Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

дан обратиться к зарубежным странам. Большинство из тех, кто едет
в страны дальнего зарубежья остаются в гостиничных учреждениях.
Это становится причиной потока валюты из страны. Таким образом
чтобы обеспечит поток иностранной валюты нашу страну правитель-
ствa принимаeт серьезные меры в направлении развития въездного
туризма.
Ключевые слова: выездной туризм, обслуживания, тур, валютa,
стандарт
Turizm müasir dövrdə iqtisadi və siyasi sektorlar içərisində ən önəm -
li l ərindən biridir və ölkələrin inkişafında, beynəlxalq əlaqələrdə önəmli yer
tutur. İqtisadiyyatını qarşılıqlı razılaşmalar, sövdələşmələr vasitəsilə inkişaf
etdirmək istəyən ölkələrdə turizm müstəsna əhəmiyyətlidir.
Turizmin iqtisadiyyatda rolu iqtisadi siyasətdə və ölkənin beynəlxalq
əlaqələrində xüsusi çəkisi ilə müəyyənləşir. Baxmayaraq ki Azərbaycanda
iqtisadi potensialına görə turizm ilk yerlərdədir onun inkişafı hələ də aşağı
səviyyədədir. Turizmin inkişafdakı rolu istehsal və istehlak istiqamətində
inkişaf edir. Turizmin gəlirləri dövlət gəlirlərinin, əhali və sahibkarların
gəlirlərinin tərkib hissəsidir. Bu səbəblərdən də ölkədəki turizm onun iqti-
sadi və sosial potensialının inkişafına və idarə olunmasına təsir edir (4).
ÜTT-in tövsiyyələrinə görə daxili (ölkədə daimi yaşayan şəxslərin
ölkə daxilində səyahəti), getmə (ölkədə daimi yaşayan şəxslərin digər
ölkələrə səyahəti) və gəlmə (digər ölkədə daimi yaşayan şəxslərin ölkəyə
səyahəti)  turizm  tipləri  ayrılır.  Ölkələr  daha  çox  gəlmə  turizmin
inkişafında maraqlı olur. Çünki turizmin bu tipi ölkəyə valyuta axınını
təmin edir (2).
Azərbaycanda beynəlxalq turizminin inkişafı daha çox getmə turizm
üz rə ixtisaslaşmışdır. Ölkəmizin beynəlxalq turizm bazarında kifayət qədər
ta nınmamasını gələn turistlərin sayının az , xaricə gedən turistlərin sayının
isə çox olmasında görə bilərik. Bu nəticə uzun müddətdir ki, belə qalmaqda
da  vam edir. Qeyd etmək lazımdır ki, son illərdə dövlət tərəfindən görülən
bə zi tədbirlər və Azərbaycanın beynəlxalq müsabiqələrə ( Eurovision mah -
nı müsabiqəsi – 2012, Baku 2015 European Olympic Games,Formula 1
yarışları və s.) ev sahibliyi etməsi ölkəyə gələn turistlərin sayının artmasına
və Azərbaycanın beynəlxalq arenada daha da tanınmasına səbəb olur. 
Ölkəmizdə  outqoinq  fəaliyyət  növü  ilə  məşğul  olan  turizm
şirkətlərinin  sayı  inkaminq  fəaliyyət  növü  ilə  məşğul  olan  turizm
şirkətlərinin sayından çoxdur. Hər iki fəaliyyət növünü göstərən turizm
şirkətləri gəlirlərinin əsas hissəsini getmə turizmdən əldə edirlər. 
79
Azərbaycanda getmə turizmin inkişafı


Xarici  turizm  bazarında  getmə  turizm  növünün  üstünlük  təşkil
etməsinin səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Getmə turizmdə xidmətlərin standartlara uyğun olması. Belə ki,
xa  ricə gedən ölkə vətəndaşlarının xidmətlərdən məmunluq səviyyəsi yük -
sək dir. Getmə turizm bazarında aparılan marketinq tədqiqatları göstərir
ki, xid mətdən məmunluq səviyyəsi 72,8%-dir. Xarici turizmdə xidmətlər
ba ha lı olsa da, keyfiyyətə üstünlük verənlər getmə turizmdən istifadə
edirlər. Bun la yanaşı, turizm şirkətlərinin təklif etdiyi xarici turizmlə
bağlı xid mət lə rin daha çox ənənəvi marşrutlar üzrə istiqamətlənməsi,
yeni proqramların az olması bu sahədə olan tələbatı tam ödəməyə imkan
vermir.
2. Xarici turizmin daha çox təşkil olunmuş olması və xidmət seçi-
minin  üstünlüyü.  Ölkədə  daxili  turizmdən  fərqli  olaraq  getmə  passiv
turizmdə turist şirkətləri fəal iştirak edir. Şirkətlər xarici turizmdə çox
çeşidli xidmətlər təklif edir ki, bu da istehlakçılarıa daha çox cəlb edir.
Digər tərəfdən istirahətin növün və turun seçim imkanlarının olması da
istehlakçıları cəlb edən vasitələrdən sayılır. Onu da qeyd edək ki, turist
şirkətləri satığı xidmətlərdə turların və əyləncə imkanlarının çox olması
da, istehlakçıları cəlb edən amillərdən sayılır. Marketinq araşdırmaları
göstərir  ki,  xarici  turizmdən  istifadə  edən  istehlakçıların  məmunluq
səviyyəsinin yüksək olması xidmətlərlə yanaşı personalın münasibətinin
yüksək olmasın da qeyd etmək olar.
3. Daxili turizmlə müqayisədə xarici turların çeşid müxtəlifliyi və
qiymətlərin  xidmətlərlə  uyğunluğu.  Daxili  turizmdən  fərqli  olaraq
beynəlxalq turizmdə müştərilərin seçim imkanları çoxalır. Bu həm tura
görə,  həm  də  seçilən  ölkə  və  ya  regiona  görə  müəyyənləşir.  Bu  da
istehlakçılara qiymətləri və xidməti seçməyə imkan verir. Digər tərəfdən
bir həftəlik istirahət xarici ölkədə 500–1200 manat təşkil etsə də, daxili
turizmdə 300-1200 manat arasında dəyişir. Xidmətlər isə daxili turizmdə
yalnız istirahət və qismən əyləncə olsa da, xarici getmə turizmdə isə ek-
skursiya və müxtəlif turlar daxil olmaqla çeşidli xidmətlər təklif olunur.
Buna görə də yerli istehlakçılar tur məhsullar arasında seçim edərkən xarici
turizm xidmətlərinə daha çox üstünlük verirlər.
4. Əhalinin sosial rifah səviyyəsinin və dünya görüşünün artması ilə
əlaqəli  olaraq  turizm  standartlarına  tələbatın  artması.  Belə  ki,  ölkədə
əhalinin gəlirlərinin davamlı olaraq artması istirahət və turizm hərəkatında
iştirak  edənlərinin  sayının  artmasına  səbəb  olmuşdur.  Bu  baxımdan
beynəlxalq turizmdə iştirak edənlərin sayının artması ilə nəticələnir. Rəsmi
statistikaya görə ölkə əhalisinin 43,1%-i xarici ölkələrə səfər edirlər. Bu
tendensiyanın illər üzrə artmasın müşahidə etmək olar. Xarici səfərlər
Leyla Muradzadə
80


arasında turistlərin üstünlük təşkil etməsi əhalinin sosial-iqtisadi şəraitinin
yaxşılaşması ilə izah etmək olar (1).
Xarici getmə turizmində iştirak edənlərin əsas hissəsi Bakı şəhəri
(76,8%), az bir hissəsi isə regionların payına düşür. 
2014-cü ildə 4244,3 min nəfər Azərbaycan Respublikası vətəndaşı
xarici ölkələrə səfər etmişdir. Ölkə vətəndaşlarının 3319,4 min nəfəri tur-
izm məqsədi ilə səyahətə çıxmışdır ki, onların 72,5%-ni kişilər, 27,5%-ni
qadınlar  təşkil  edir.  Xarici  ölkələrə  turizm  məqsədilə  səfər  edən  ölkə
vətəndaşlarının  sayı  2013-cü  illə  müqayisədə  0,4%  artmışdır.
Həmvətənlərimiz digər xarici ölkələrə nisbətən daha çox qonşu ölkələrə
səfər etmişlər. Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İrana gedənlərin
ümumi yekunda xüsusi çəkisi 70,2% təşkil etmişdir.Quru yol nəqliyyatında
istifadə edərək xarici ölkələrə gedən Azərbaycan turistlərinin yekunda xü-
susi  çəkisi  46,4%,  hava  nəqliyyatından  istifadə  edənlər  52,9%,  su
nəqliyyatından istifadə edənlər isə 0,7% təşkil etmişdir.
Turizm məqsədilə xarici ölkələrə gedənlərin tərkibində 46-55 yaş
qrupu arasında olan şəxslər daha üstünlük təşkil etmişdir. Bu yaş qrupun-
dan olan şəxslərin sayı 761,4 min nəfər, 17 yaşadək olanların sayı 247,0
min nəfər, 17-25 yaşda olanlar 403,5 min nəfər, 26-35 yaşda olanlar 682,3
min nəfər, 36-45 yaşda olanlar 745,2 min nəfər, 56-65 yaşda olanlar 309,6
min nəfər, 66 və ondan yuxarı yaşda olanlar 170,4 min nəfər təşkil etmişdir.
Bu dövr ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən birgünlük zi -
ya rətçilərin (ekskursiyaçıların) sayı 58,8 min nəfər olmuşdur. Bir günlük
zi yarətçilər əsasən Rusiya, İran, Gürcüstan və Türkiyəyə səfər etmişlər. Öl -
kə vətəndaşlarının 38,5%-i işgüzar, 30,6%-i istirahət və əyləncə, 17,1%-i
qo h   umları (tanışları) ziyarət etmək, 5,1 %-i müalicə və sağlamlıq, 3,5%-i
di ni ziyarət, 3,7%-i bazarlıq (alış-veriş) və 1,5 %-i digər turizm məqsədilə
sə fər etmişdir.
Bu  dövrdə  xarici  ölkələrə  gedən  ziyarətçilərin  turizm  məqsədilə
çəkdikləri xərclərin həcmi 2013-cü illə müqayisədə 1,4% artaraq 1888,5
milyon  manata  çatmışdır.  Xərclərin  45,1%-ni  nəqliyyat,  29,1%-ni
yerləşmə,  15,0%-ni  qidalanma,  2,3%-ni  tur-paketin  alınması,  1,0%-ni
mədəniyyət, 0,4%-ni nəqliyyat vasitələrinin icarəyə götürülməsi, 0,7%-ni
idman və əyləncə, 6,4%-ni digər istehlak xərclər təşkil etmişdir. Xarici
ölkəyə gedən hər bir Azərbaycan vətəndaşının turizm məqsədilə çəkdiyi
xərc orta hesabla 569 manat təşkil etmişdir (3).
Xarici turizm seqmentinin yönəldiyi əsas ölkələrə RF, Türkiyə, İran,
Gürcüstanı qeyd etmək olar qeyd olunan ölkələrə gedənlərin sayı ümumi
getmə  turist  axınlarının  79%  təşkil  edir.  Bunlar  arasında  birgünlük
ziyarətçilər azlıq təşkil edir (58,8 min nəfər). Xarici ölkələrə səfər edən
81
Azərbaycanda getmə turizmin inkişafı


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə