Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

turistlərin  daha  çox  kollektiv  yerləşmə  vasitələrindən  istifadə  etməsi
onların xərclərinin artmasına, ölkədən valyuta axınına səbəb olur. Onu da
qeyd edək ki, Gürcüstan və Rusiyaya gedən vətəndaşlara arasında fərdi
yerləşmə vasitələrindən istifadə edənlərin sayı üstün olmuşdur.
Xarici  ölkələrə  gedən  Azərbaycan  vətəndaşlarının  səfərin
məqsədləri üzrə dinamikası, min nəfər
Mənbə: Dövlət Statistika komitəsi
Cədvəldən  göründüyü  kimi  getmə  turizmdə  istirahət  və  əyləncə
məqsədilə  gedənlərin  sayı  dinamikası  yüksəlsə  də,  işgüzar  turizm  öz
əhəmiyyətin  saxlamışdır.  Dünyanın  əksəriyyət  inkişaf  etməkdə  olan
ölkələrində  işgüzar  turizm  öz  əhəmiyyətin  saxlanıldığın  nəzərə  alsaq
Azərbaycan üçün bu halı təbii olaraq qəbul etmək olar. 
Ölkə  vətəndaşlarının  işgüzar  turizmdən  daha  çox  istifadə  etməsi
biznesmenlərin və kiçik kommersantların üstün olması ilə bağlıdır.Statistik
rəqəmlərdən göründüyü kimi işgüzar turlar üstünlük təşkil etsə də, istirahət
məqsədilə  gedənlərin  sayı  dinamik  olaraq  artır.  Istirahət  və  əyləncə
məqsədilə  səfər  edilən  ölkələr  arasında  Türkiyə  üstünlük  təşkil  edir.
Bununla yanaşı, Qərbi Avropa ölkələri, BƏƏ, Ukrayna, RF, Çexiyaya
gedənlərin sayı artmışdır.
Ədəbiyyat
1. Dərgahov V.S., Kərimov R.N. Azərbaycanda inkaminq (gəlmə) 
turların təşkili imkanları BDU. “Heydər Əliyev və Azərbaycanda 
2011
2012
2013
2014
Xarici ölkələrə getmiş
ziyarətçilərin sayı, cəmi 
2308,2
2828,9
3306,7 3319,4
Biznes və işgüzar
1150,3
1172,3
1290,9 1277,8
İstirahət və əyləncə
513,1
897,6
1053,9 1014,7
565,0
579,9
443,5
344,1
Qohumları ziyarət etmək
169,8
169,0
116,5
92,6
Müalicə-sağlamlıq
Dini ziyarət
64,0
66,1
82,5
117,8
Şoppinq
70,4
70,9
81,2
124,5
Digər məqsədlərlə
73,7
62,0
49,3
49,8
Leyla Muradzadə
82


Coğrafiya elminin inkişafı” mövzusunda elmi praktik
konfransın materialları. Bakı – 2013. səh 174–178.
2. Bilalov B.Ə. “Turizmin tarixi”. Bakı – 2015, səh 30–33.
3. http://www.stat.gov.az/source/tourism –
Ölkə sərhədini keçən Azərbaycan və xarici ölkə vətəndaşları üzrə 
statistika müayinəsinin nəticələri (2014-cü il üzrə)
4. http://www.qafqazinfo.az/medeniyyet-10/azerbaycan-turizm-
sektorunda-regionun-yeni-lideri-96439
83
Azərbaycanda getmə turizmin inkişafı


UOT-9:91:910.5
Aygün RÜSTƏMLİ
Otelçilik ixtisası üzrə magistr
Azərbaycan Turizm vəMenecment Universiteti
aygun.rustamli@mail.ru
Otellərdə yeniləmə işləri və onun perspektivləri
Hotel renovation and its prospects
Реконструкций отеля и его перспективы
Abstract: Kotler (1997) argues that regardless of the initial success
of the brand position in the market, the firm may have to be forced to repo-
sition it later. Similarly, Trout and Rifkin (1995) state that today is more
the time for repositioning than positioning. This is due to the changing mar-
keting environments that influence any organization. However, renovation
is costly, ongoing and inevitably essential for hotels to stay active and alive
in the market. At any one time, almost every hotel has recently been reno-
vated, is under renovation, or is waiting for renovation. An examination of
the literature uncovers the fact that hotel positioning and property renova-
tion are inseparable in the hotel industry since most innovation is attained
through renovation. It is the intention of this paper to concentrate on the
process of property renovation in the hospitality industry and its role as a
strategic marketing tool for hotel repositioning. 
Key words: renovation, hotel, industry, funded, marketing, modern,
decoration, interior, exterior.
Резюме: Котлер (1997) утверждает, что независимо от началь-
ного успеха положения бренда на рынке, фирме, возможно, придется
повторно позиционировать его позже. Точно так же, Траут и Ривкин
(1995) утверждают, что сегодня лучше репозиционировать чем пози-
ционировать. Это связано с изменением в маркетинговых средах, ко-
торые влияют на любую организацию. Тем не менее, ремонт является
дорогостоящим, продолжающимся и неизбежно необходимым для го-
стиниц, чтобы оставаться активным и живым на рынке. Во все вре-
мена, почти каждый отель или был недавно отремонтирован, или
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
84


находится на реконструкции, или ждет обновления. Изучение лите-
ратуры раскрывает тот факт, что позиционирование отеля и ремонт
недвижимости неотделимы в гостиничной индустрии, так как боль-
шая часть инноваций достигается за счет обновления. Намерение этой
статьи, сконцентрироваться на процессе собственности обновления в
гостиничном бизнесе и его роли в качестве стратегического марке-
тингового инструмента для гостиничного репозиционированы. 
Ключевые слова: ремонт, гостиниц, промышленности, финан-
сируемых, маркетинг, современный, отделка, внутренние, внешние. 
Otelçilik  sektorunda  edilməsi  zəruri  işlərdən  biri  də  müştəri
məmnuniyyətini  hər  zaman  üst  səviyyədə  tutmaq  bacarığıdır.  24  saat
qonaqların hər cür ehtiyacını qarşılamaqla bərabər, müəssisə hər zaman
bütün  qonaqlar  üçün  ən  uyğun  halda  xidmət  verə  biləcək  durumda
olmalıdır. Təəssüf ki, uzunmüddətli və çox istifadə nəticəsində müəssisədə
əşya və avadanlıqların gözləniləndən daha tez köhnəlməsi və ya yararsız
hala  düşməsi  müşahidə  olunur.  Həmçinin,  texniki  cəhətdən  işlək  bir
vəziyyətdə olsa belə, mehmanxana sənayesində vizual görünüşün böyük
əhəmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq  otelə  gələn  qonaqlarda  ilkin
təəssüratın effektiv olması və təqdimatın lazimi səviyyədə edilməsi mühüm
əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu səbəbdən istər otelin, istərsə də
əşyaların ilk günkü kimi təzə görünməsi otelə gələn qonaqların təəssüratı
baxımından mühüm bir şərtdir. Bütün sadalanan bu amillər otellərdə za-
manla yenilənmə işlərinin görülməsinin labüdlüyünü sübut edir. Həmçinin
digər sahələrdən fərqli olaraq otelçilik sənayesində köhnəlmə səbəbi ilə
gəlir itkisi müqayisə olunmayan səviyyədədir. Otelçilik daimi yeniliyi tələb
edir. Bəs yenilənməyə hardan başlanılmalıdır? Və başlamışkən müştərilərin
tələblərini, arzu və istəklərini daha yaxşı bir şəkildə qarşılamaq üçün bu
yenilənmə prosesində ilk olaraq nələrə daha çox diqqət yetirilməlidir?
Otellərdə ən çox yenilənməyə ehtiyac duyulan yerlər günün 24 saatı
fəalliyyət göstərən və ümumi istifadə üçün açıq olan yerlərdir. Otellərə
daxil olarkən girişdə köhnəlmiş döşəmə artıq qonaqlarda otelin otaqları və
xidmətləri  ilə  tanış  olmadan  mənfi  təəssürat  yaradır.  Bu  baxımdan
yenilənməyə ən çox ehtiyac duyulan yerlər kimi otellərin girişi , orda olan
əşyalar, döşəmə, divarlar, işiqlandırma və s. göstərmək olar (3,5).
Suyun  məhvedici  təsiri  və  gigiyena  baxımından  otellərdə
yenilənməyə ehtiyac duyulan yerlərdən biri də sanitar qovşaqlardır. Ümumi
istifadəyə açıq olan sanitar qovşaqlar gündəlik təmizləndiyi üçün daha az
problemlərlə qarşılanılır. Lakin otaqlarda olan hamam və tualetlərin bir
85
Otellərdə yeniləmə işləri və onun perspektivləri


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə