Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

Turizm dünyada ən çox iş yeri təklif edən və qadınların, miqrantların,
natamam təhsilli insanların rahatlıqla çalışa biləcəyi sahədir. Ən əsası da
bu sahədə müxtəlif bacarıqlara və təhsilə sahib olan insanlar çalışa bilər.
Bir çox ölkələrdə turizm sahəsində çalışan əhalinin üzləşdiyi əsas problem
turizmin mövsümi xarakter daşımasıdır. Məsələn, Azərbaycanda turizm
mövsümü bəzi regionlarda 3-4 ayı əhatə edir. İlin əksər vaxtı işsiz qalmaq
əhalini maddi cəhətdən qane etmir, bu amilin özü də turizmə cəlb olunan
işçi  sayına  təsir  edir.  İlboyu  məşğulluğu  təmin  etmək  üçün  turizmin
mövsümdən asılı olmayan istiqamətlərini də inkişaf etdirmək lazımdır. 
Turizm  daha  çox  beynəlxalq  səviyyədə  nəzərdən  keçirilsə  də,
ölkədaxili turizmin əhəmiyyəti gözardı edilə bilməyəcək qədər böyükdür.
Belə ki, ölkənin beynəlxalq turizm bazarına inteqrasiya edə bilməsi üçün
ilk növbədə ölkədaxili turizm inkişaf etdirilməlidir. Qax rayonunda da bu
problemlərin həlli istiqamətində aparılan işlər turizmin inkişafına şərait
yaradır. 
Bu gün dünyada turizm sürətlə inkişaf edən iri biznes sahəsi hesab
olunur. Turizmin perspektivi mədəni-tarixi irs, əlverişli təbii şərait və
nəqliyyat kimi amillərdən asılıdır.
Mədəni-tarixi  irs  baxımından  Qax  ölkəmizin  olduqca  zəngin  bir
guşəsidir. Regionda aparılan arxeoloji qazıntılar nəticəsində Neolit, Tunc,
İlk dəmir dövrlərinə aid çoxlu yaşayış yerləri və kurqanlar aşkar edilmişdir.
Tarixi  mənbələrdən  məlumdur  ki,  hələ  eramızdan  əvvəl  VII  əsrin
əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olub. Qaxda
addımbaşı Skif çarlığının, onun əsasını qoyan türk tayfalarının(skif, sak)
izlərinə rast gəlinir. Sak tayfalarının Qaxın etno tərkibində mühüm yer tutan
saxurların sələfi olduğu güman edilir.
İnzibati rayon ərazisində 2-si dünya, 18-i ölkə və 48-i yerli əhəmiyyət
daşıyan 68 tarixi abidə mövcuddur. Ləkit kəndindəki V əsrə aid məbəd,
VI-VII əsrlərə aid kompleks məbədlər; Qum kəndində V-VI əsrlərə aid
məbəd; İlisu kəndində Sumuq qala, Beşbulaq, Ulu körpü abidələri, habelə
məscid və qalalar; Ağçay kəndində Oğlan qala, Qız qala; Oncallı kəndində
Oğuz  qəbiristanlığı,  Sırtqala(XVIII  əsr);  Qax  şəhərinin  İçəribazar
küçəsində Qala qapısı və divarları, habelə rayon ərazisində yerləşən onlarla
digər abidə və tarixi incilər ziyarətçilər üçün böyük maraq kəsb edir. Yerli
feodal, İlisu sultanı Adı Görklü bəy XVI əsrdə Qax qalasını tikdirmişdir.
Bu gün Qax şəhəri yerli əhali tərəfindən “İçəribazar” adlandırılan “Qax
qalası”nın  yerləşdiyi  ərazi  daxilindən  və  həmçinin  XVIII  əsrə  aid
Qaxmuğal məscidinin əhatəsindən genişlənərək müasir görkəmini almışdır.
İçəribazar XIX əsrin sonları – XX əsrin əvvəllərindən yaşayış, mədəni
əyləncə  və  xalq  yaradıcılığı  tədbirlərinin,  eləcə  də  milli  bayramların
Nigar Əfəndiyeva
58


keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirir. Bu günkü İçəribazar
tarixi  abidə  kimi  Azərbaycanın  ən  cəlbedici  və  maraqlı  turizm
mərkəzlərindən biri hesab olunur. Hal-hazırda İçəribazar özünün ikinci
çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa
olunmuş,  turistlərə  xidmət  göstərəcək  dükanlar  tikilmişdir,  bazar
meydanında isə “yaşıl teatr” fəaliyyət göstərməkdədir. Yaşıl teatrda bayram
və digər tədbirlərlə bağlı konsertlərin keçirilməsinə baxmayaraq, turistləri
cəlb edəcək yeni proqramlar tərtib olunmur. Klassik və müasir əsərlərin
səhnələşdirilməsi diqqətçəkən faktor ola bilər. Belə ki, rayonda istedadlı
gənclər də kifayət qədərdir.
Rayonun  coğrafi  mövqeyi,  iqlimi,  təbiəti  də  turizm  baxımından
əlverişlidir. Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla
həmsərhəddir. Kürmük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır.
Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda
quru subtropik, mərkəzdə qismən rütubətli subtropik, dağlarda isə mülayim
iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +410 С olur. Bu cür
yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda
ən aşağı temperatur dağların zirvəsində -450 С-ə çatır. Bu da qış turizm
növlərinin təşkili üçün əlverişlidir.
Rayon müalicə-sağlamlıq turizminin inkişafı üçün geniş perspektivə
malikdir.Bol mineral su ehtiyatlarının mövcudluğu rayonda iqlim-balne-
oloji  kurort  zonalarının  yaradılmasını  zəruri  edir.  İlisu  və  Sarıbaş
kəndlərindəki  termal  bulaqlar  dövri-qədimdən  xalq  təbabətində  yel
xəstəliyinin müalicəsində istifadə olunur. Hamam çayı sahilindəki Oğlan
bulaq, Qız bulaq və hamam adlanan hovuz buraya gələn yüzlərlə xəstəyə
şəfa verir. Yerli əhali “İlisu hamamı”na ziyarət yeri kimi yanaşdığına görə
heç kəs bu ərazilərdə neqativ hallara yol vermir. Yaxın keçmişəcən bu
bulaqların suyu hədər yerə axıb gedirdi. İndi həmin bulaqların suyu boru-
larla “Ulu dağ” istirahət mərkəzinə gətirilir. Sağlamlığı əsrarəngiz İlisu
hamamına getməyə əl verməyən insanlar hər cür şəraiti olan rahat otaqlarda
bu müalicəvi sudan lazımınca istifadə edir (3).
Rayonda ovçuluq və balıqçılıq üçün də geniş imkanlar var. Qanıx -
Əyriçay  vadisində  düzənliklər  və  dağətəyi  əsas  ovçuluq  zonalarıdır.
Balıqçılıq  üçün  isə  Əyriçay,  Qapıçay,  Qanıx  çayları  və  Lələli  kəndi
ərazisinin su hövzəsi(axmaz) münasibdir. Rayonun mərkəzi, Qax şəhəri
dəniz səviyyəsindən 500 m yüksəklikdə Kürmükçayın sahilində, Böyük
Qafqaz dağlarının meşəli cənub yamaclarında salınmışdır. 
Qaxda kənd yaşıl, müalicə, istirahət turizmi daha geniş yayılmışdır.
Bunların arasında ən inkişaf etmişi kənd yaşıl turizmidir və əsasən yerli
turistlərin istifadə etdiyi sahədir. Hazırda Qaxın İlisu, Ağçay, Qaşqaçay,
59
Qax inzibati rayonunda turizmin inkişaf potensialı


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə