Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə18/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

fektivliyinin öyrənilməsi vəmüvafiq addımların atılması önəmlidir. Bunun
ilk  addımı  isə  dövlət  tərəfindən  görülən  tədbirlərdir.  Turizm  siyasəti
dövlətin  xarici  iqtisadi  siyasətini,  beynəlxalq  turizmin  məqsəd  və
tədbirlərinin mahiyyətini formalaşdıran element kimi qəbul edilir.
Dövlət tərəfindən turizmin inkişafına dair tədbirlər görülməmişdən
əvvəl ölkənin, regionların turizm səviyyəsinin və potensialının öyrənilməsi
önəmlidir. Bunun üçün inkişaf göstəricilərinə müraciət olunur. Ölkənin tur-
izminin inkişafı göstəriciləri sisteminə aşağıdakılar daxildir:
– Turist axının həcmi;
– Bir sutkada turizm xərclərinin orta həcmi;
– Maddi-texniki bazanın vəziyyəti və inkişafı;
– Turizm firmalarının maliyyə-iqtisadi fəaliyyətinin göstəriciləri;
– Beynəlxalq turizmin inkişaf göstəriciləri.
Turizm siyasətini hazırlayarkən müvafiq aspektlər nəzərə alınmalıdır:
– Xarici turizm və siyasət qarşılıqlı əlaqədədirlər;
–  Ölkənin  turizm  siyasəti  onun  xarici  iqtisadi  fəaliyyətinin  bir
hissəsidir;
–  Turizm  siyasətinin  ilk  addımı  olaraq  ölkə  daxilində  konkret
addımlar atılmalıdır;
– Turizm siyasətinin effektivliyi ölkələr arasındakı münasibətindən
asılıdır. 
Turizm siyasəti, dövlət tərəfindən həyata keçirilən tədbirlər məcmusu
olmaqla  bu  sahənin  ölkənin  iqtisadi  və  sosial  sferalarında  rolunu,
vəzifələrini idarəetməkdir. Bunu nəzərə alaraq turizm siyasətinin aşağıdakı
mexanizmlərini sadalaya bilərik:
- Turizmin müxtəlif növləri üçün proqramların hazırlanması və həyata
keçirilməsi;
– Turizm anlayışının inkişafı;
– Tədbirlərin həyata keçirilməsi zamanı nəticəyə çatmasının təşkili;
– Turizm fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi. 
Dövlətin turizm siyasətinin məqsədinə kadr potensialının güc lən diril -
məsi, turizm sahəsində maddi-texniki bazanın güləndirilməsi, milli turist
məhsulunun  beynəlxalq  rəqabətə  dözüm  gətirməsi,  daxili  və  xarici
investisiyaların cəlb olunması, gömrük və vergi siyasətinin, sisteminin
yenilənməsi, inkişafı daxildir.
Bu məqsədlərin və hədəflərin həyata keçirilməsi üçün Milli Məclisdə
Mədəniyyət Komissiyası, Mədəniyyət vəTurizm Nazirlyi tərkibində şöbə
və komitələr fəaliyyət göstərir. 
Turizm proqramları həyata keçirilərkən qarşıya aşağıdakı məqsədlər
qoyulur:
49
Turizmin inkişafında dövlət siyasəti


–  Beynəlxalq  standartlara  cavab  verən  milli  turizm  bazarının
yaradılması;
– Turist fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi;
– Turizmin sosial yönünün güləndirilməsi;
– Turizm sahəsində mülkiyyət münasbətlərinin inkişafı;
– Turizmə kiçik sahibkarların cəlb olunması, kiçik bizneslərin dövlət
tərəfindən dəstəklənməsi;
– Turizmin regionlarda bərpası və beynəxalq standartlara cavab verən
səviyyəyə çatdırılması;
– Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, beynəlxalq
turizm münasibətlərinin gücləndirilməsi və genişləndirilməsi;
– Turizmin dayanıqlı inkişaf nəzəriyyəsinin hazırlanması;
– Müasir texnologiyaların turizm sisteminə tətbiq edilməsi;
– Turizmin maddi bazasının inkişaf etdirilməsi üçün fondların, xarici
investisi-yaların cəlb edilməsi;
– Turizm sistemində informasiya sisteminin yenilənməsi, marketinq
fəaliyyətinin gücləndirilməsi və.s.
Turizm proqramları məqsəd, mərhələ və vəzifəsindən asılı olaraq
özündə aşa-ğıdakıları birləşdirir:
– Normativ hüquqi baza
– Turizmin inkişafı və idarə olunması;
– Turizmin maddi-texniki bazasının inkişafına dəstək;
–  Yerli  turizm  məhsullarının  xarici  bazarlarda  tanıdılması  üçün
məlumat, reklam təminatının inkişafı;
– Turizmin yerli kadrlarla təmin edilməsi.
Belə ki, görüləcək tədbirlərin əsasında Azərbaycan Respublikasında
2010-2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı  durur.
Dövlət Proqramı ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və
turizm  sahəsinin  daha  da  inkişaf  etdirilməsinin  təmin  edilməsi  üçün
hazırlanmışdır. Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin
formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından
birinə  çevrilməsinin  təmin  edilməsidir.  Bu  məqsədə  nail  olunması
aşağıdakı əsas vəzifələrin həllini nəzərdə tutur:
●  ölkədə  turizm  infrastrukturunun  yüksək  beynəlxalq  tələblər
səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata
keçirilməsi;
● daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi
məqsədilə  bu  sahədə  təşviqləndirici  investisiya  və  biznes  mühitinin
formalaşdırılması; 
Nərminə Qasımova
50


● turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə
səmərəli  dövlət  tənzimlənməsi  və  idarə  edilməsi  mexanizmlərinin
yaradılması;
●  ölkənin  turizm  sahəsinin  təqdim  etdiyi  xidmətlərin  keyfiyyət
səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya
turizm  xidmətləri  bazarında  ölkə  turizminin  rəqabət  qabiliyyətinin
artırılması.
Turizm  siyasətinin  prioritet  istiqamətlərindən  birinin  məhz
beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı olduğunu
ön planda tutaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm
Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər
Birliyinin  Turizm  Şurası,  GUAM,  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı və s. beynəlxalq təşkilatlarla turizm
sahəsində çoxtərəfli münasibətlərin qurulması, turizmin inkişafı üçün pro-
qramlarda iştirak, beynəxalq səviyyəli tədbirlərdə fəal iştirak, təklif və
layihələrin hazırlanmasına dair fəaliyyətini davam etdirir. 
Turizm sektoru obrazlı ifadə etsək, bir növ ölkələrarası əlaqələrə
barış, dostluq duyğusunu qataraq həm iqtisadi, həm sosial, həm də siyasi
inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Əgər beynəlxalq arenada söz
sahibi olan ölkə olmaq istəyiriksə, ilk öncə güclü dövlətlər və millətlərlə
qlobal yaxınlaşmanı təmin etməmiz lazımdır.
Ədəbiyyat
1. Ə.Q.Əlirzayev “Turizmin iqtisadiyyatı və idarə edilməsi”, 
Bakı – 2010.
2. Bilalov B.Ə. “Turizm fəaliyyətinin tənzimlənməsi”. Bakı – 2002.
3. Əlirzayev Ə.Q. “İqtisadiyyat: düsüncələr, baxışlar”. Bakı – 2002.
4. Azərbaycan Respublikası 2010-2014-cü illərdə turizmin
inkişafina dair dövlət proqramı
51
Turizmin inkişafında dövlət siyasəti


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə