Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə19/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

UOT-9:91:910.7
Tahir ƏLİYEV
Turizm ve sosial mədəni servis xidməti ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
tahir_90@mail.ru
Tarixi – mədəni turizm və ekskursiyalar
Historical – cultural tourism and excursions
Историко – культурный туризм и экскурсии
Abstract: What is cultural heritage tourism? Cultural heritage tourism
is the presentation of any country’s history, culture, monuments to tourists.
This type of tourism is widely used all over the world. Because it is unde-
niable that, cultural heritage tourism is one of the important factors that af-
fect development of tourism and do country attractive for tourists. In
addition, tourists who travel to any country, interest with history, culture
and artifacts which showing lifestyle of aborigines.
Key words: monument, heritage, culture, tourism, excursion, history,
tourist.
Резюме: Что такое культура исторический туризм? культура ис-
торический туризм является презентация истории, культуры, памят-
ники  любой  страны  для  туристов.  Этот  вид  туризма  широко
используется во всем мире. Потому что нельзя отрицать, что, культуро
исторический туризм является одним из важных факторов, влияющих
на развитие туризма и сделать страну привлекательной для туристов.
Кроме того, туристы, которые путешествуют в любую страну, интерес
с историей, культурой и артефакты, показывающие образ жизни або-
ригенов. 
Ключевые слова: памятник, наследие, культура, туризм, экскур-
сии, история, турист.
Tarixi mədəni memarlıq abidələri – öz həcm-plan həllini kifayət qədər
saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı
obyektlər,  mühəndis  kommunikasiyaları;  məskənsalma  (şəhərsalma)
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
52


abidələri;  ərazisinin  əksər  hissəsi  memarlıq,  tarixi-mədəni  sənətkarlıq
abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala
divarları  ilə  əhatə  edilən,  küçə  şəbəkəsini  və  mühəndis  kom mu -
nikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyaban-
lar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan,
bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun
ömürlü  memarlıq  binaları  və  qurmaları;  kiçik  memarlıq  formaları;
monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər
və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri (1). 
Tarixi – mədəni turizm hər hansı yerin tarixi – mədəni abidlərini,
muzeylərini, xalqın adət ənənələrini və yaşayış tərzini öyrənmək məqsədi
ilə  həyata  keçirilən  fəaliyyət  növüdür  (2).  Tarixi  –  mədəni  turizm
abidələrinə  yuxarıda  təsnifləşdirilən  abidələrdən  memarlıq  və  tarixi
abidələrin bir qismini misal göstərmək olar. Memarlıq abidələri tikildiyi
dövrdən asılı olmayaraq öz dövrünün və bugünün memarlıq üslubuna,
gözəlliyinə, unikallığına görə özünəməxsusluğu olan abidələrdir. Tarixi
abidələr isə memarlıq baxımından çox da önəm kəsb etməyən, ancaq
gördüyü mühüm döyüşlər və ya hadisələrə görə məhşurlaşan, və hansı
dahiyə ev sahibliyi etmiş və s kimi tarixi özəlliyi olan abidələrdir.Məhz elə
turizmdə də əsasən bu tip abidələr istifadə edilir.
Avropa Birliyini əhatə edən ölkələrdə aparılan bir tədqiqatda məlum
olmuşdur ki tarixi – mədəni turizmlə məşğul olanlar yüksək gəlirli və
yüksəl təhsilli iş adamları olur ki bu da danılmaz faktdır ki statistikaya görə
ən çox səyahət edənlər də məhz o sinfə aid insanlar olur.
Turizm üzrə mütəxəssislərin, sözlərinə görə, ilin bütün fəsillərində
turistləri cəlb etmək istəyən ölkələrdə tarixi - mədəni turizmin inkişafına
xüsusi önəm verirlər (3). Çünki tarixi - mədəni turizm mövsümlə əlaqəli
deyil. Bəli bügun bir çox turizm ölkələri üçün mövsümilik problem olaraq
qalır və bunu bəzən aradan qaldırmaq üçün milyardlarla pul xərcləyirlər.
Çünki turizmin mövsümiliyi o sahədə calışanların da müddətli çalışması
deməkdir. Bunun da çıxış yolu qış turizmin növünü yaratmaqdan əlavə
həm də bu turizm növünü daha da inkişaf etdirməkdir. Bəzi turizm ölkələri
bu sahədə hiyləyə də yol atırlar. Belə çox yerdə eşitmişik ki, tarixi abidə
çay və ya gölü hər hansı mifik bir hadisə və ya rəvayətlə əlaqələndirirlər.
Tarixi – mədəni turizm daha çox ekskursiyalar şəklində fəaliyyət
göstərir. Ekskursiya Dərketmə məqsədi ilə həyata keçirilən səyahətdir. Tur-
izm firmalarının məşğul olduğu, turizmin daha çox yayılmış formalarından
biri olmaqla yanaşı müxtəlif region və ölkələrin tarixi, mədəni, təbii və b.
diqqətəlayiq sərvətləri ilə insanların tanış olmaq arzusudur. Dərketmə
kurortda istirahət zamanı da həyata keçirilə bilər, yəni, istirahət müddətində
53
Tarixi – mədəni turizm və ekskursiyalar


turistlər ekskursiyalarda iştirak edərək hətta, başqa şəhərlərə getmək imkanı
da  qazanırlar.  Bir  çox  ölkələrdə  dərketmə  səyahətlərinin  xarakterik
xüsusiyyəti,  onun  uzaq  məsafələrə  təşkil  edilməsi  və  bir  səyahət
müddətində daha çox ölkə və şəhərlərdə olmaq şansının verilməsidir.
İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin
ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və
çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən
asılı  olmayaraq,  insanların  məkan  və  zaman  çərçivəsində  öz  yerlərini
dəyişməsidir. Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı
XX  əsrin  fenomeni  adlandırılır.  Həqiqətən  də  belədir,  bu  gün  şahidi
olduğumuz  turizm,  texnikanın,  insanlar  arasındakı  humanitar  münasi -
bətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə
səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni
sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox
insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri
(38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik
və sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Turizm çox yerdə Fransız
mənşəli söz kimi götürülsə də, əslində latın mənşəli söz olmaqla dövrə vur-
maq etmək deməkdir. 
Turist  istirahət,  sağlamlaşdırma,  tanış  olma,  idraki  (tarix  və
mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının
icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə
(yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək
müddətdə  müvəqqəti  olan  şəxsdir  (5).  Dərketmə  məqsədi  ilə  həyata
keçirilən və müddəti 24 saata qədər olan səyahətə isə ekskursiya deyilir.
İngiltərəli keşiş Tomas Kuk müasir turizmin banisi hesab olunur. O,
1841-ci ildə dəmir yolu vasitəsilə ilk kütləvi gəzinti təşkil etmişdir. Bu
səyahətdə  571  nəfər  adam  iştirak  etmişdir  (6).  Bu  onun  turizm
fəaliyyətinin, həmçinin müasir turizmin, turizm sahəsinin başlanğıcı idi.
Həmçinin dəmir yolları beynəlxalq turizmin gələcək inkişafı ilə bağlı bütün
tədbirlərin və reklamın müəyyənləşdirilməsini də öz üzərinə götürmüşdü.
Turizmi  mədəni  –  tarixi  turizmsiz  düşünmək  qeyri-mümkündür.
İstənilən turist səfər etdiyi ölkənin mədəniyyəti tarixi haqqında məlumatlar
əldə etmək istəyir. Dərketmə ekskursiyalarından istifadə etməklə öklənin
mədəniyyəti, tarixi ilə tanış olur. Həmçinin ölkələr də öz mədəniyyət və
tarixi  nümunələrini  sərgiləməkdə  maraqlıdırlar.  Bu  həm  ölkənin
mədəniyyətini, tarixi yaymaqla yanaşı, həm turistləri ölkədaxili gəzməyə,
bir yerdə qalmamağa sövq edir.
İnsanlar məsələn səfər etdikləri yerlərdə UNESCO – nun mədəni-irsi
siyahısına  daxil  edilmiş  və  ya  varsa  dünyanın  7  möcüzəsini  görmək
Tahir Əliyev
54


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə