Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə20/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

istəyirlər. Hətta çox vaxt sırf adibələrə, tarixə mədəniyyətə görə də ölkəyə
səfər edirlər. Belə yerlərə Yunanıstan, İtaliya və s. Kimi yerləri misal
göstərmək olar.
Turizm sənayesində ən çox istifadə olunan tarixi abidələr. Dünyanın
yeni 7 möcüzəsi:
Çiçen-İtza – Mayya mədəniyyətinə aid şəhər. Çiçen İtza (Kukulkan)
piramidası  e.ə.  800-cü  ildə  indiki  Meksikanın Yukatan  yarımadasında
salınmış Mayya mədəniyyətinə aid Çiçen İtza antik şəhərində yerləşir.
Həmin şəhərdə yerləşdiyi üçün əsl adı Kukulkan olan piramida daha çox
Çiçen İtza adı ilə tanınır.
İsa Məsihin heykəli (port. O Cristo Redentor) — 38 metr hündürlüklü
bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə təpədən baxan Corcovado
təpəsinin üzərində yerləşdirilmişdir. Heykəl beş il müddətində hazırlanmış
və 1931-ci ildə açılış edilmişdir.
Çin Səddi – insan əli ilə düzəldilmiş yeganə tikilidir ki, kosmosdan
görünür. Bu nəhəng qurğunun əsas materialı dağ süxurları və torpaqdır.
Ona kərpicdən üzlük çəkilib. Sarı dənizin Lyodun körfəzinin sahillərindən
başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından
keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi
ilk dəfə e.ə. 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on
ilə tikilmişdir.
Maçu Pikçu (keçua Machu Pikchu - Qoca Zirvə) – Antik İnk şəhəri.
Bəzən  "inklərin  itirilmiş  şəhəri"  də  adlandırılır.  Qədim  şəhərçik  yer
üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Dəniz səviyyəsindən
2,430  metr  yüksəklikdə  yerləşir.  Şəhər  mərkəzi  And  platosundan
başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.
Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri
Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə
həsr edilmişdir.
Petra – Nəbatilər dövləti paytaxtı. Nəbatilər dövləti paytaxtı Petra
olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər
öz  evlərini  dağın  qoynunu  oyaraq  düzəltdiklərinə  görə  ora  belə
adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’" qaya
divar (sıldırm qala) olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa
vadisində  Harun  dağının  yüksəkliklərində  (İordaniya  ərazisindədir)
qalmaqdadır.
Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat.
Colosseum, it. Colosseo) – Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub,
dünyada  ən  böyük  antik  amfiteatr  sayılır.  Eskvilin,  Palatin  və  Çelio
təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian,
55
Tarixi – mədəni turizm və ekskursiyalar


Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır.
Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır.
Tac Mahal – Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən
biri. Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən
gözəl, ən möhtəşəm türbəsidir. Hindistanda Baburlular dövrünün memarlıq
xarüqələri çoxdur və bunlar bü gün bütöv şəkildə durmaqda, seyr edənləri
heyran qoymaqdadır. Bu gün Pakistanın ən çox turist cəlb edən yerlərindən
biri  olan  Lahur  sarayı,  həmin  şəhərdə  dünyanın  ən  geniş  və  yaraşıqlı
Padşah məscidi, Aqra, Dehli, Heydərabad və digər şəhərlərdəki saray və
camelərin hər biri ayrılıqda bütöv memarlıq şah əsərləridir.
Bunlar  dünyada  ən  çox  tanına  və  ən  çox  səyahət  edilən  turizm
abidələridir. Hər il milyonlarla insan bu abidələri ziyarət edir. Bu və ya
digər şəkildə brend olmuş abidələrə tez – tez rast gəlmək olar. Və bunlar
haqqında olan sənədli filmlər, kinolar, məlumatlar insanlar da daha da
maraq yaradır. Tarixi mədəni abidələr ölkəyə turizm cəlb etmək üçün bir
nömrəli reklam xammalı hesab olunur. Hər hansı bir ölkənin turistik reklam
çarxına baxanda orada ancaq təbiət gözəlliyi, tarixi abidələr, mədəniyyət
nümunələri və müasir tikililəri görmək mümkündür.
Ədəbiyyat 
1. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında
Azərbaycan Respublikasının qanunu. Bakı – 1998.
2. M.K.Abadov. Azərbaycan turizmi və onun inkişaf problemləri. 
Bakı – 2014.
3. Azərbaycanın tarixi abidələri. AMEA – 1958.
4. www.azerbaijans.com
5. www.unwto.org
6. www.wikipedia.org
Tahir Əliyev
56


UOT-9:91:910.8 
Nigar ƏFƏNDİYEVA 
Turizm işi ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti, 
u.nigar@mail.ru 
Qax inzibati rayonunda turizmin inkişaf potensialı
Tourism potential of Gakh administrative region
Туристический потенциал Гахского административного района
Abstract: Tourism industry developes year by year. That`s why
Azerbaijan must keep pace with new tendencies, otherwise it will be un-
avoidable to fall behind. Taking into account that Gakh is one of the most
favorable regions of Azerbaijan, it is necessary to develop its tourism po-
tential. Current situation of tourism in Gakh region and its development
perspectives were interpreted in this article. Also public catering enter-
prises and modern circumstances of infrastructure are stressed. İn short,
the article contains brief information about possibility of tourism activi-
ties in Gakh.
Key words: New tendencies, tourism perspectives, public catering,
current infrastructure, tourism potential, tourism policy.
Резюме: Индустрия туризма развивается с каждым годом. По-
этому Азербайджан должен идти в ногу с новыми тенденциями, в про-
тивном случае отставание будет неизбежно. Взяв во внимание тот
факт, что Кахи является одним из наиболее благоприятных регионов
Азербайджана, необходимо развивать его потенциал туризма. Сего-
дняшнее положение туризма в Кахском районе и его перспективы раз-
вития были истолкованы в этой статье. А также прикоснулись к теме
текущего состояния предприятий общественного питания и инфра-
структуры. Одним словом, статья содержит краткую информацию о
возможности туристической деятельности в Кахи.
Ключевые слова: Новые тенденции, перспективы туризма, об-
щественное питание, существующая инфраструктура, туристический
потенциал, политика туризма.
57
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə