həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluqları 800 km-ə bərabərdir.
BƏƏ tərkibində 7 əmirlik: Əbu-Dabi, Dubay, Şərca, Ərman, Rəs-əl –
Heyma, Umm-əl-Qayveyn və Füceyra daxildir. Ölkə ərazisinin 93%-i Əbu-
Dabi və Dubay əmirliklərinin payına düşür (1).
Birləşmiş Ərəb Əmirliklərini tеz-tеz "vеrgi cənnəti" аdlаndırırlаr.
Ölkənin vеrgi sistеminin özəlliyi оndаn ibаrətdir ki, BƏƏ-də nə
müəssisələrin gəlir vеrgisi (хаrici bаnklаr və nеft şirkətləri istisnа оlmаqlа
– хаrici bаnklаr gəlirlərinin 20%-i həcmində, хаrici nеft şirkətləri isə Əbu-
Dаbi əmirliyində gəlirlərinin 55%-i, bütün digər əmirliklərdə isə
gəlirlərinin 50% vеrgi ödəməlidirlər), nə də fiziki şəхslərin gəlir vеrgisi
mövcud dеyil. Gömrük rüsumlаrı dа çох məhdud хаrаktеr dаşıyır – rəsmi
оlаrаq zinət əşyаlаrı 10%-lik, digər iхrаc оlunаn mаllаr isə 4% lik vеrgiyə
cəlb еdilirlər. Prаktikаdа isə iхrаc еdilən mаllаrın əksəriyyəti vеrgiyə cəlb
оlunmur, əgər оlunurlаrsа bеlə, vеrginin həcmi 1%-dən аrtıq оlmur.
Həmçinin iki bələdiyyə vеrgisi mövcuddur. Bunlаr yаşаyış sаhəsinin
icаrəsi (5%), kоmmеrsiyа əmlаkının icаrəsi (10%), mеhmаnхаnа
хidmətləri və əyləncə (5%) vеrgiləridir. Ölkədə həm də ƏDV və sаtış
vеrgisi аnlаyışı yохdur (8).
Ölkənin vergi sisteminin təhlilindən aydın olur ki, turizm sənayesinə
qoyulan kapitalın əsas hissəsi vergiyə cəlb olunmur. Həmçinin xarici
şirkətlərin ölkədə tikdirdiyi turizm obyektlərinin çoxu vergidən azaddır və
ya sinvolik rəqəmlərlə vergi ödəyir. Bu da ölkənin bu sahədə daha çox uğur
qazanmasına imkan vermişdir. Aparılmış təhlillər göstərir ki, ökəyə turizm
sahəsinə cəlb olunan investisiyaların 35% xarici sərmayədarların payına
düşür ki, bu göstəricidə hər il artır.
Аktivlərinin həcminə görə ən iri bаnklаr Abu-Dаbi milli bаnkı (Na-
tional Bank of Abu Dhabi), Dubаy milli bаnkı (National Bank of Dubai),
Emirates Bank International, Mashreq bank və Əbu-Dаbi kоmmеrsiyа
bаnkıdır (Abu Dhabi Commercial Bank). Ümumiyyətlə,ölkədə 21 yеrli
kоmmеrsiyа bаnkı və 26 хаrici kоmmеrsiyа bаnkı fəаliyyət göstərir.
Həmçinin 2 invеstisiyа bаnkı vаr (9).
Yеrli bаnklаr hеç bir vеrgi ödəmir. Хаrici bаnklаr isə,qеyd оlunduğu
kimi, gəlirlərinin 20%-ni vеrgi şəklində dövlət büdcəsinə ödəyirlər.Yеrli
bаnklаr BƏƏ-də qеyri-nеft invеstisiyаlаrının əksəriyyətini mаliy yələş -
dirirlər. İslаm bаnklаrının rоlu və nüfuzu sürətlə аrtmаqdаdır. Hələlik
оnlаrın əsаs fəаliyyət sаhəsi dаşınmаz əmlаkın tikintisini, özəl müştərilərin
və turizm üzrə tikinti хərclərinin mаliyyələşdirilməsidir. Turizm
sənayesinin maliyyələşdirilməsində komersiya bankları öz əhəmiyyətin
saxlayır. Bu sahəyə ayrılan kreditlərin yarıdan çoxun kommersiya bankları
verir. Turizminin inkişafının ilk illərində bu sahəyə yatırılan investisiyaların
65
Birləşmiş Ərəb Əmirliklərində beynəlxlaq turizminin inkişaf xüsusiyyətləri
əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilirdisə, hazırda bu yükün altına
daha çox kommersiya bankları və xarici banklar girmişdir.
Beynəlxalq turizm təşkilatının məlumatlarına görə, Cənub-Qərbi
Asiya son illər beynəlxalq turizminin inkişafına görə daha çox fərlənir. Illik
artım tempi isə 3-5% təşkil edir. 2014-cü ildə regiona gələn turistlərin 38%
BƏƏ payına düşür. Körfəz ölkələri arasında beynəlxalq turizmdən ən çox
gəlirləri BƏƏ (32,5%), ikinci yerdə isə Səudiyyə Ərəbistanı (22,4%)
götürmüşdür(5).
Beynəlxalq turizmdən gələn gəlirlərin dinamik olaraq artması XX
əsrin 80-ci illərindən başlayaraq bu sahəyə çəkilən xərclərin artması,
ölkənin neft sənayesindən sonra alternativ iqtisadi mənbə olaraq turizm
sektoruna prioritet istiqamət olaraq baxması ilə bağlıdır. Ölkədə turizm
sənayesinə ayrılan vəsaitlər son 20 ildə on dəfədən çox artmışdır. Bu da
BƏƏ-nin, xüsusilə Dubay şəhərinin beynəlxalq turizm mərkəzinə
çevrilməsinə imkan vermişdir. Bununla yanaşı, Dubay şəhərində azad iqti-
sadi zonanın təşkili, ölkədə münbit investisiya mühitinin yaradılması,
turistləri cəlb edən infrastruktur sahələrin genişləndirilməsi və
müasirləşdirilməsi qeyd olunan iqtisadi inkişafın əsasını təşkil edir.
Şəkil 1. BƏƏ turizminin inkişaf dinamikası (5)
Şəkildən göründüyü kimi BƏƏ beynəlxalq turizminin inkişafı digər
təsərrüfat sahələri arasında üstün mövqe tutmuşdur. Hazırda beynəlxalq
turizmdən gələn gəlirlər neft sənayesindən sonra ikinci yeri tutur. Ölkədə
ümumi daxili məhsulun 45% neft sənayesinin, 40% isə beynəlxalq
turizmdən gələn gəlirlər təşkil edir (5).
Səfiyyə Məmmədli
66
Beynəlxalq turizmdə iştirak edənlərin sayı 2010-cu il ilə müqayisədə
2015-ci ildə 56,7% artmışdır. Turist axınlarının əsas istiqaməti Çin, MDB
ölkələri və Avropa İttifaqından gələnlər təşkil edir. Ölkədə 2014-cü il ilə
müqayisədə 2015-ci ildə gələn turistlərin sayında 5,6% artım olmuşdur ki,
bunun da əsas hissəsi Rusiya Federasiyasından gələn turistlərdən ibarət
olmuşdur. Avropa ittifaqı ölkələrindən gələnlər ümumi turist axınlarının
35 % təşkil edir. Rusiyadan gələn turistlər isə 16,3% təşkil etmişdir. Gəlmə
turizm üzrə ümumi artımın əsas hissəsi Dubay və Abu-Dabi əmirliyinin
payına düşür (5).
BƏƏ gələn turistlər arasında Avropa ölkələrininn payının artması son
beş ildə bu sahədə fəaliyyət göstərən turoperatorların aktiv fəaliyyəti ilə
bağlı olmuşdur. Digər tərəfdən BƏƏ Avropa İttifaqına daxil olan 28 ölkə
üçün vizasız rejimin tətbiqi turistlərin kütləvi axının təmin olunmasına
imkan vermişdir.
Ölkəyə gələn turistlərin məqsədinə görə qruplaşdırdıqda ənənəvi ola -
raq istirahət, əyləncə, işgüzar, macəra həvəskarları və eko turizm üstünlük
təş kil edir. Ərəb əmirliyini seçən turistləri buranın ilboyu çimərlikləri, müa -
sir əyləncə və istirahət mərkəzləri, dəbdəbəli otelləri, geniş ceşiddə şopinq
etmək imkanları, təklif olunan müxtəlif növ turlar və s. daha çox cəlb edir.
Statistik məlumatların təhlilindən məlum olur ki, istirahət və əyləncə
turizmi seçənlər ümümi turist axınlarının 40%-ə qədərini təşkil edir.
Istirahət üçün isə əsas yer olaraq Dubaydakı otel və istirahət məkanları
daha çox seçilir. Beləki, ölkəyə gələn turistlərin 67%, həmçinin istirahət
və əyləncə məqsədilə gələnlərin 3\2 Dubay şəhərinə istiqamətlənir (9). Onu
da qeyd edək ki, Dubay şəhərinə gələn turistlərin sayının çox olması,
turoperatorların daha çox burada olan otellər və turagentliklərlə işləməsi,
ənənəvi işlənmiş turların mövcudluğu ilə bağlıdır.
Dubay başlıca olaraq dörd əsas hissədən ibarətdir. Bunlar Cümeyrah,
Burc Ərəb, Deira bölgəsi və Şeyx Zayed prospektidir. Şəhərin əsas gəzib-
görməli yerlərinə şəhəri iki hissəyə ayıran körfəz sahillərini, iki minarəli
Cümeyrah məscidini (Jumeirah Mosque), "Jumeirah Beach Hotel" ini, in-
gilis memar tərəfindən hazırlanmış "Burj- Al- Arab" otelini, ikonik üs-
lublarda inşa edilmiş məşhur ərəb göydələnlərini, “Dubai Marina”sını,
tarixi binaları ilə məşhur Burc Dubayı, əsas alış-veriş mərkəzi olan "Dubai
Mall" u və bir çox başqa yerləri göstərmək olar.
Dubayın ən qaynar və lüks hissəsi Cümeyrah bölgəsidir. Dünyanın 8-
ci möcüzəsi olan Palmiyə adası, dalğa şəklində olan 5 ulduzlu Jumeirah
Beach oteli və Burj-Al-Arab oteli də burada yerləşir. Bir tərəfdən Bəsrə
körfəzi, digər tərəfdən Hind okeanı Dubayın görünüşünə daha başqa
mənzərə qatır.
67
Birləşmiş Ərəb Əmirliklərində beynəlxlaq turizminin inkişaf xüsusiyyətləri
Dostları ilə paylaş: |