obyektləri cəmlənmişdir. Burada : Dluqa və Dluqa Tarq küçələrində zəngin
bəzədilmiş evlər və qədim memarlıq strukturları mövcüddur. Qotik uslubda
tikilmiş Qdans ratuşasında şəhərin tarix muzeyi yerləşir. Artusa sarayı –
XV əsr abidəsidir və şəhərin qiymətli incisidir. Onun qarşısında yrləşən
Neptun fəvvarəsi Qdaskın simvoluna evrilmişdir. Həmçinin yerli kilsələr
şəhərin əsas görməli yerlərinə çevrilmişdir. Kərpic daşlarla tikilmiş
Müqəddəs Məryəm kilsəsi şəhərə xüsusi gözəllik atır. Qdanskın
yaxınlığında yerləşən Oliva şəhərində əsasən qədim arqanın yerləşdiyi
kafedral kilsəsi və Miçkeviç parkı turstlərin diqqətini cəlb edir.
Qdınya-Pomor voevodalığında yerləşir. Şəhərin turizm mərkəzləri –
Kostyuşka bağçası və cənub dalğaqıranına yanaşmış gəmi-muzey : “ Dar
Pomoja” yelkəntikəni, dünyanın qədim hərbi gəmilərindən biri olan
“Blıskaviça”da yerləşir. Dalğaqıranda okean muzeyi və hər cürə su flora
və faunası ilə zəngin olan dəniz akvariumu vardır.
Malbork – Avropada orta əsrlərə aid iri qəsr şəhərdir. Bura keçmiş
mö tə bər tevton rütbəli cəngavərin iqamətgahı olmuşdur. Qəsr qülləli qala
di varları və darvzalarla əhatələnmişdir. Hal-hazırda qəsrdə muzey ya ra dıl -
mışdır və UNESCO-nun mədəni-tarixi irs siyahısına əlavə edilmişdir.
Torun-Kuyava – Pomorsk voyevodalığının mərkəzidir və Visla
çayının hər iki sahilində yerləşir. Bütün Polşa şəhərlərində olduğu kimi
burda da qotik üslubda tikilən tikililərin sayı çoxdur. Şəhərin gəzib görməli
yerləri – nümayiş qülləsi olan ratuşa, Nikolay Kopernikin evi muzeyi, qotik
məbədlər, şəhər divarları və darvazaları, əhli-səlib qəsrinin qalıqları, əyri
qala, planetari və etnoqrafik qoruq-muzeyi.
Dağ-xizək turizmi – Polşa landşaftının dağlıq olması və iqliminin
əlverişliliyi bu turizm növünün inkişafına səbəb olmuşdur. Hər il dağ-xizək
turizminin texniki bazası yenilənir və qiymətlərin münasib olması, asan
viza rejimi bura gələn turistlərin sayının da artmasına səbəb olur.
Dağ-xizək turizm mərkəzlərinə aşağıdakıları misal göstərmək olar:
Zakopane – Polşanın “qış paytaxtı” adlanır və məşhur dağ-xizək
kurortudur. Burada beynəlxalq səviyyəli xizək yarışları keçirilir və noyabr-
dan aprelə kimi kompleks qış mövsumi üzrə fəaliyyət göstərir. Kompleksdə
həm yeni başlayanlar üçün, həm də peşakar idmançılar üçün xizək yolları
salınmışdır. Dağxizəkçilərinin istifadəsinə təlimçilər və çoxsaylı kanatlar
verilmişdir.
Krıniça – Polşa kurortlarının “mirvarisi” adını almışdır və müxtəlif
qış idman növlərinin mövcud olduğu iri dağ-xizək turizm mərkəzidir. Bu-
rada yaxşı salınmış infrastruktura, qış idman avadanlıqlarının icarəsi, xizək
məktəbləri, qidalanma müəssisələri ilə zəngindir. Bütün il boyu fəaliyyət
göstərən Sankostrada kirşə mərkəzi vardır.
Günay Mirzəyeva
74
Şirk – Zakopanedən sonra Polşanın ikinci böyük dağ-xizək turizmi
mərkəzidir. Şirk şəhəri Polşanın dağ-xizək idman növü ilə məşğul olan
olimpiya yığmasının təlim-məşq bazasıdır. Mərkəzi fərqləndirən tərəf skir-
inq- ata bağlanmış xizəklərlə yürüşlərin keçirilməsidir. Dekabrdan başlanan
mövsüm aprelə kimi davam edir. Çətinlik dərəcəsinə görə müxtəlif yolların
olması gələn turistlər üçün də əyləncəlidir.
Şıklarska-Poremba – Polşanın cənub qərbində, Şreniça dağının
ətəyində yerləşən Avropanın ən yaxşı dağ-xizək kurortlarından biridir.
1945-ci ilə qədər bura Almaniyanın tərki hissəsində qalmışdır və hər il al-
manlar buraya xizək sürmək üçün gəlmişlər. Elə məhz o dövrdən burada
yüksək xidmət və Avropa səviyyəli infrastruktura malikdir. Noyabr ayından
aprel ayına kimi kurort fəaliyyət göstərir. Avropanın ən yaxşı qaçış
xizəkçiliyi üzrə mərkəzlərindən biri sayılır.
Müalicə-sağlamlıq turizminin inkişafı XVIII–XIX əsrlərdən
başlamışdır (1, s. 70). Bu gün Polşada 300 müəssisə ilboyu fəaliyyət
göstərirsə, onlardan 100-ü- mineral mənbələr və palçıqlarla müalicə
mərkəzləridir. Polşa kurortlarını xarakterizə edərkən həm müalicəvi, həm
də istirahət məqsədi ilə əhəiyyətini qeyd etmək olar. Burada mülayim
əlverişli iqlim, müalicə-sağlamlıq sularının zənginliyi, müxtəlif tibbi
xidmətlər mövcuddur. Hal-hazırki dövrdə Polşanın müalicə-sağlamlıq
mərkəzləri xidmət səviyyələrinə görə, tibbi personalın ixtisaslaşdırılması
və avadanlıqların yenilənməsi, sanatoriyaların yenidən qurulması
nəticəsində Avropada qabaqcıl yer tutmasına səbəbdir. İqlim, balneoloji,
talasaterapiya – Polşa kurortlarının əsas müalicə istiqamətləridir.
Kudova-Zdruy, Duşkini-Zdruy, Polyaniça-Zdruy, Kriniça-Zdruy,
Avqustv-Zdruy, Sopot – Polşa üzrə məhşur kurort şəhərləridir. əksər kurort-
lar müəyən xəstəliklərin müalicəsi üzrə peşəkarlaşmışlar. Nalençuvda
kardeologiya, Konstançində əsəb sistemlərini, Lendek-Zdruy və Polçin-
Zdruyda qadın xəstəliklərini, Rabka-Zdruy isə uşaq xəstəliklərinin
müalicəsi ilə peşəkarlaşmışlar. Həmçinin geniş sahəli kurort mərkəzləri –
Baltik dənizi sahillərində yerləşən Busko-Zdruy və ya Kolobjeq böyük
təbii bərpa mərkəzidir. Polşa kurortarı turistləri yüksək xidmət və münasib
qiymətlərlə cəlb edir.
Aktiv istirahət – Polşanın iqlim və təbii şəraiti, burada ilboyu bütün
idman növləri ilə məşğul olmağa imkan verir. Dağadırmanma və
eksursiyası, su və xizək idman növləri, atçılıq və veloturizm hələ burada
inkişaf edən idman növlərinin çox cuzi bir hissəsidir.
Polşada veloturların artması geniş yayılmış istirahət növünə çev ril -
miş dir. Yeni salınmış velosiped yollarının şəhərin gəzib-görməli yer lə rin -
dən keçməsi velosiped ilə səyahət edən turistlər üçün rahatlıq yaratmışdır.
75
Polşanın turizm mərkəzlərinə görə turizm növlərinin inkişaf istiqamətləri
Dostları ilə paylaş: |