UOT-9:91:910.5
Günay Mirzəyeva
Beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
gunay-220@mail.ru
Polşanın turizm mərkəzlərinə görə turizm növlərinin
inkişaf istiqamətləri
Development of Polish tourism according
tourism centers in Poland
Развитие Польского туризма в соответствии с
Польскими туристическими центрами
Abstract: The article is devoted to the climate, nature, geografical
location and historical monuments of Poland and contributes to the devel-
opment of excursions and businness tourism as well as different types of
active and passive types of tourism like beach and ski tourism. Also it talks
about the tourism policy of the country which strongly stimulates this de-
velopment, coming through multiple stages.
Key words: Types of tourism in Poland, historical monuments in
Poland, eco-tourism, religious tourism, business tourism.
Резюме: Статья посвящена климату, природе, географического
положения и исторических памятников Польши способствует разви-
тию экскурсий и делового туризма, а также различных видов актив-
ных и пассивных видов туризма, как пляж и горно-лыжного туризма.
Также политика туризма у страны, проходящий через несколько эта-
пов, сильно стимулирует это развитие.
Ключевые слова: Виды туризма в Польше, исторические памят-
ники в Польше, экотуризм, религиозный туризм, деловой туризм
Polşa turizm üçün zəngin bir ölkədir. Avropada şimaldan cənuba
hərəkət etdikcə rəngarəng mənzərəsi olan nadir ölkələrdən biridir. Burada
qızıl qumlu Baltik dənizi çimərlikləri, möhtəşəm Mazur gölləri, Tatra
dağlarının zirvələri və Beskid dağlarının silsiləsi yerləşir.
71
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
Polşada istirahət – müalicə-sağlamlıq müəssisələrində sağlamlığınızı
bərpa etmək üçün əla fürsətdir. Aktiv istirahəti sevənləri onun keyfiyyəti
və müxtəlifliyi cəlb edir: dağ-xizək, yelkənli,vindsörfinq, qolf, tennis,
balıqçılıq, atçılıq idman turizmi. Həmçinin Polşada Baltik dənizi
çimərliklərinə ekskursiyalar və Milli Parklara gəzintilərdə etmək olar.
Polşada inkişaf etmiş turizm növləri bunlardır: dərketmə-ekskursiya
turizmi, dağ-xizək turizmi, müalicə-sağlamlıq turizmi, aktiv istirahət,
işgüzar turizm, ekoturizm, çimərlik və dini turizm.
Dərketmə və ekskursiya – Polşada ən məşhur turizm növlərindən
biridir. 20-yə yaxın qəsrin mövcudluğu, Polşanın tarixi-memarlıq
abidələrinin əksəriyyətinin UNESCO-nun mədəni irs nümünəsi olması
bura olan marağı daha da artırmışdır (4, s. 187). Həmçinin qeyd etmək
istərdim ki, Polşa öz növbəsində tranzit ölkə rolunu da oynayır. Buradan
Şərqi Avropa, Almaniya və Çexiyaya avtobus səfərləri təşkil olunur. Belə
olduğu halda Şərqi Avropaya səyahət edən turistlərin Polşanın tarixi
şəhərlərini görmək imkanı olur.
Polşanın dərketmə-ekskursiya mərkəzlərini sizin diqqətinizə
çatdırmaq istəyirəm: Varşava, Krakov, Veliçka, Poznan, Vrotslav, Qdansk,
Qdınya, Malburq və Torun. Qeyd etmək istərdim ki, Polşanın iri
şəhərlərinin fərqləndirici tərəfləri ondandır ki, onların əksəriyyəti keçmiş
Kral iqamətgahları olmuşlar və burada monarxın şəhər iqamətgahları ilə
şəhərətrafı “Krallıq yolu” abidələri ilə birləşmidir.Varşava- paytaxt və ən
çox məskunlaşılmış şəhərdir. Mazoveç voevodalığında yerləşir. Paytaxtın
abidələrinin əksəriyyəti “Krallıq yolu” boyunca yerləşmişdir. Burada
Qədim şəhər, Krallıq qəsrləri, Lazenki parkı da yerləşir. Qədim şəhər II
Dünya müharibəsi zamanı darmadağın edilmiş, müharibədən sonra isə
əsaslı şəkildə bərpa edilərək, UNESCO-nun mədəni irs siyahısına daxil
edilmişir. Əsas diqqəti Qədim şəhərin Bazara aid olan ərazisi daşdan
hörülmüş evlərlə, krallıq qəsri, Varşava Barbakanı (mühavizə divarı), qotik
üslublu Müqəddəs Yana kafedral kilsəsindən ibarətdir. “Krallıq yolu”
boyunca kilsələr və saraylar; Müqəddəs Xaç məbədində Frederix Şopenin
qalıqları yerləşir. Varşavada iki saray-park kompleksi vardır : Krallıqların
Lazenki – Polşanın sonuncu kralının yay iqamətgahıdır. Barokko üslublu
Vilyanuv – III Yan Sobeskinin iqamətgahıdır. Paytaxtın mərkəzində SSRİ-
dən hədiyyə olan ən hündür bina– elm və mədəniyyət sarayı yerləşir. Bu-
rada 30-cu mərtəbədə şəhərin hündürdən mənzərəsini görmək üçün
müşahidə sahəsi var (3,s.106).
Krakov – Malopolski voevodalığının paytaxtı, Avropanın mədəniyyət
şəhəri kimi şərəfli ad qazanmışdır. Turistlərin də Krakov şəhərinə böyük
marağı vardır. Krakovun mərkzi 1978-ci ildən UNESCO-nun mədəni-tarixi
Günay Mirzəyeva
72
irs nümunələri siyahısına əlavə edilmişdir. Krakov bazar meydanı - Orta
əsrlər Avropasının iri bazar meydanlarındandır. Burada ucalan Sukenniç
binası, bazar cərgələri XII-XIII əsrlik tarixə malikdirlər. Sukenniç binasının
yaxınlığında Müqəddəs Məryəmin adına ucalan bazilika yerləşir. Həmçinin
burada ratuşa binasında yerləşir ki, onun yeraltı zirzəmilərində qədim
işgəncə yerləri vardır. Krakovun öz krallıq yolu Mateyko meydanından
başlayır, Barbakana, Bazar meydanından keçir və Vavel təpəsində
yekunlaşır. Barbakan – Avropada qorunub saxlanilmiş üç qala
şəhərlərindən biridir. Vavel –kral qəsridir ki, burada polyak krallarının tac-
qoyma mərasimləri keçirilmişdir. Kazimej əvvəllər ayrı bir şəhər idi, hal-
hazırda isə o Krakovun gözəl rayonlarından biri sayılır. Bu ryonda – polşalı
və yəhudi mədəniyyətinin mövcud olduğu bir yerdir.
Veliçka – Krakov yaxınlığında yerləşən kiçik bir şəhərdir. UNESCO-
nun düyavi irs nümunələrinə aid olan duz mağaraları burada yerləşir. XIII
əsrdən fəaliyyət göstərməyə başlamışdır. Yeraltı turist marşurutunun
uzunluğu 3,5 km-dir və duz mağaralarının icərisindən keçir. Əsas diqqəti
isə Müqəddəs Kinqisin ibadətgahı əkir, həmçinin duz mağaraları sanatorya
kimi də istifadə olunur.
Vrotslav – Nijneselezya voevodalığının mərkəzidir. Polşa tarixinin
bütün dövrlərinə aid olan tarixi abidələrlə zəngin olan bir şəhərdər. Odra
çayı şəhəri 12 adaya bölmüşdür. Turistlərin ziyarəti şəhərin mərkəzində
yerləşən Bazar meydanından başlayır. Burada Müqəddəs Məryəm Ana,
Müqəddəs Yelizaveta kilsələri, Universitet kilsəsi, borokko üslubuda
tikilmiş Vrotslav binası yerləşir. Pesçannı və Tumsk adaları turist
marşurutlarının üzərində yerləşir. Burada qotik üslubda tikilmiş Kafedral
kilsəsi şəhərə xüsusui gözəllik qatır.
Poznan – Velikopolski voevodalığının mərkəzidir və Polşanın ən
böyük və ən qədim şəhərlərindəndir. Hər il bu şəhərə çoxlu turist gəlir.
Poznanda hər il Beynəlxalq yarmarka keçirilir. Bu yarmarkaya müxtəlif
ölkələrin işgüzar dairələrinin çoxsaylı nümayəndələri və çoxlu əcnəbi turist
gəlir. Bundan əlavə, Poznanda ildə iki dəfə (yaz və payız) Ümumpolşa
yarmarkası təşkil olunur. Şəhərdə 40-dan artıq elmi-tədqiqat institutu, 8
All təhsil müəssisəsi (o cümlədən 30 min tələbənin təhsil aldığı Adam
Mitskeviç adına universitet) fəaliyyət göstərir. Şəhərin mədəni həyatı da
zəngin və rəngarəngdir, Monyuşko adına Opera, və balet teatrı, oğlanlardan
ibarət tanmmış xorun fəaliyyət göstərdiyi Poznan fılarmoniyası, Polşada
və onun hüdudlarından uzaqlarda da məşhurdur. Bu fılarmoniyada
skripkaçıların Vinyavski adına beynəlxalq müsabiqəsi keçirilir.
Qdansk – Pomor voevodalığının mərkəzidir və Baltik dənizi
sahillərində yerləşir. “Krallıq yolu” rayonunda əsas şəhərin gəzib-görməli
73
Polşanın turizm mərkəzlərinə görə turizm növlərinin inkişaf istiqamətləri
Dostları ilə paylaş: |