hələ qədim zamanlardan müxtəlif ölkələrin, regionların sakinlərini özü nə
heyran etmişdir. Turizmin tarixi inkişafına nəzər saldıqda Avropa və Av ropa
Birliyi ölkələrinin mərkəz yaratdığı görülməkdədir. Başqa bir ifa də ylə
beynəlxalq turizm hərəkətlərinə ən çox iştirak edən, ən çox turist çə kən
ölkələr Avropa ölkələridir. Günümüzdə də Avropa Birliyi ölkələri, dün ya
turizminin inkişafında təsirli rol oynayan və dünya turizmini is ti qa mət -
ləndirən bir quruluşa malikdir. Dünyada öndə gələn 40 turizm ölkəsinin 12
si Avropa Birliyinin üzvüdür. İspaniya, İtaliya, Yunanıstan, Fransa, Por tu -
qaliyada dəniz-qum-günəş çəkili kütləvi turizmi, Orta Avropa ölkələrində
qış turizmi və termal turizm, Qərb Avropanın böyük şəhərlərində dəb, kon-
qres, iş, festival kimi tədbirləri əhatə edən mədəni turizm ön plana çıxır (1).
Avropadakı mədəniyyətlərin və ənənələrin zənginliyi Avropa Birliyini
bazarın ən böyük turizm bölgəsi edir və müxtəlif növ turizm növlərinin
inkişafına əlverişli mühit yaradır. Birliyi təşkil edən ölkələr dünya turizm
hərəkətlərinin 60 faizini və turizm gəlirlərinin təxminən 53 faizini əhatə
edir. Turizm sektoru Avropa Birliyinin milli gəlirinin 5.5 faizini, ümumi
məşğulluğun 6 faizini yaratmaqda və bilavasitə 9 milyon insana iş imkanı
təmin edir. Avropa Birliyi eyni zamanda dünyanın ən böyük turizm
sahələrindən birini təşkil etməkdədir (2).
Avropa Birliyi ölkələrini son illərdə 300 milyon turist səfər etmişdir
və bu statistik göstəricinin növbəti illərdə də daha da artması danılmazdır.
Avropa Birliyinin turist sayı baxımından dünyadakı bazar payı 40 faizdir.
Avropa Birliyi Dünya turizm gəlirlərinin təxminən 40 faizini əlində
saxlayır. Avropa Birliyi ölkələrində beynəlxalq standartda 9,5 milyon yataq
var ki buda gələn qonaqların yüksək səviyyədə yerləşdirilməsini təmin edir
(3). Avropa Birliyi bütün iqtisadi sektorlarda və sosial-mədəni quruluşda
ortaq siyasətlər yaradaraq inteqrasiyanı qarşısına məqsəd qoymuşdur.
Xüsusilə ortaq turizm siyasəti yaradaraq, mədəniyyətlərarası yaxınlaşmanı
təmin etmək, multikulturalizmi və ictimai yaxınlaşmağı qarşısına məqsəd
qoymuşdur.
Təbii, tarixi və mədəni mənbələrin müxtəlifliyi, iqlim və coğrafi
şərtlərin fərqli turizm məhsulları üçün əlverişliliyi, qonaqpərvərlik, yaradıcı
və güclü turizm sənayesi hökumət və qeyri-hökumət təşkilatlarının turizmə
cəlbinə, qoruma-istifadə tarazlığına xüsusi diqqət göstərməsi ölkə tur-
izminin güclü istiqamətləridir və bu güc səfərbər edilməyi gözləyir. Avropa
Birliyinin turizmi regional inkişaf fərqlərini aradan qaldıran inkişaf
strategiyalarının lokomotivi olaraq görməsi və bu məqsədlə xüsusilə Aralıq
Dənizi ölkələrinə yönəlik layihə əsaslı maliyyə dəstək proqramları təşkil
etməsi sözügedən ərazi üçün turizmin daha da inkişaf etdirilməsinə xüsusi
şans yaradır.
11
Avropa Birliyinin turizm siyasəti çərçivəsində alternativ turizm
Qloballaşma ilə birlikdə daha da əhəmiyyət qazanmağa başlayan tur-
izm ölkələrin iqtisadiyyatlarında həlledici rola malik olub və daha da
inkişaf etdirilməsi nəzərəçarpan bir prosesdir. Bu baxımdan yeni turizm
planları qurulur, vizyonlar tərtib olunur və uyğun turizm siyasətləri
formalaşdırılır. Bu baxımdan hökumətlər, siyasətçilər və turizm
mütəxəssisləri tərəfindən turizm siyasətinə olduqca önəm verilməklə
bərabər konseptual olaraq turizm siyasəti üçün müxtəlif təriflər verilir. Tur-
izm siyasəti; Bir ölkənin daxili və xarici iqtisadi siyasətinə uyğun olaraq
turizmin inkişaf etdirilməsi, turizm sektorundan mümkün olduğu qədər çox
gəlir təmin olunması kimi iqtisadi məqsədlərlə dövlət idarələri tərəfindən
görülən tədbir və edilən müdaxilələrin cəmi kimi başa düşülür. Başqa bir
deyimlə turizm siyasəti təşkilatlanmış bir cəmiyyətdə turizmin iqtisadi və
iqtisadi olmayan funksiyalarından ən rasional şəkildə istifadə etmək, tur-
izmin mümkün mənfi təsirlərini ən aşağı səviyyəyə endirmək məqsədilə
turist inkişafının gedişinə şüurlu olaraq edilən müdaxilələrin və sektorda
görülən tədbirlərin cəmi kimi baxılır. Qısaca turizm siyasəti turizmi inkişaf
etdirmək və turist sayını artırmaq üçün görüləcək tədbirlər və izlənəcək
metodlar əsasında aparılacaq müdaxilələrin cəmi şəklində xarakterizə ol-
unur. Turizm siyasəti klassik mənada daxili və xarici turizmin inkişaf
etdirilməsi, iqtisadi və dolanacaq-iqtisadi funksiyalarından ən yüksək
səviyyədə istifadə edilməsi üçün dövlət idarəçiliyinin turizm sahəsində
aldığı tədbir və etdiyi müdaxilənin cəmi olaraq təsvir olunmuşdur. Görülən
bütün bu təriflərdən aydın olur ki, turizm siyasəti dövlət idarəçiliyinin tur-
izm sahəsində vasitəli və vasitəsiz olaraq gördüyü hər cür idarə etmədir.
Digər sözlə desək turizm siyasəti, təşkilatlanmış cəmiyyətlərdə, xüsusən
dövlət tərəfindən turist inkişafın gedişinə şüurlu bir şəkildə müdaxilə
etməkdir. Bu müdaxilənin əsas hədəfləri belədir. Turizm siyasəti:
1) Turizmin təklif və tələb üçün mövcud şərtlərin yaxşılaşdırılmasını
tələb edən səbəbləri müəyyən edir.
2) Turizm sahəsində keçirilməkdə olan və təklif olunan müdaxilələrin,
görüləcək tədbirlərin edəcəyi təsirləri araşdırır.
3) Turizmin inkişafı üçün yeni vəzifələr, vasitələr və imkanlar ortaya
qoyur.
Turizm, bir çox sektorla və sosial hadisə ilə bağlı bir fəaliyyət sahəsi
olduğundan turizm siyasəti pul, nəqliyyat, abadlıq, daxili və xarici ticarət,
təhsil, kənd təsərrüfatı, sənaye kimi sektorların əlaqəli bir anlayış
olduğundan turizmin inkişafı sadalanan bölmələrin inkişafına zəmin
yaradır.
Dəniz-qum-günəşə əsaslanan sahil turizmi əhəmiyyətini davam
etdirməklə yanaşı son illərdə turist tələbindəki dəyişmələr diqqətçəkən bir
Mehdi Həsənzadə
12
Dostları ilə paylaş: |