Turizm kütləvi turizmə nə qədər çox çevrilərsə, yerli mədəniyyətə
təsiri o qədər də dərinləşər. Kütləvi turizmin sıx olduğu ərazidə , həmin
əraziyə aid xüsusiyyətlər və mədəniyyət getdikcə dəyişməyə başlaya bilər.
Ənənəvi dəyərlər yerli ticarət anlayışına çevrilə bilər.
Azərbaycanda turizm ətraf mühit baxımından, sosial-mədəni cəhətdən
aşağıdakı kateqoriyalar üzrə bölünür: (2)
Sağlamlıq və müalicə: Bu kateqoriyada əsas məqsəd əsasən çoxlu
sayda xəstəxana yataqlarının təşkil olunması və ölkədə peşəkar tibb
işçilərinin fəaliyyət göstərməsidir.
Turizmin yüksək dərəcədə priorietləşdirilməsi:Bu sahədə dövlətin
göstərdiyi diqqət əsasında gəliri və ona həvalə edilmiş büdcə xərclərinin
payı ölçülür.
Nəqliyyat infrastrukturu: Ölkə ərazisinin nisbətən ümumi sahəsinin
yollarla örtülməsi Azərbaycan üçün üstünlükdür.Qeyd etmək lazımdır ki ,
bu kateqoriyada yenilənmiş naviqator xəritələrinin mövcudluğu , ingilis
dilində hərtərəfli yol nişanları , nəqliyyat şəbəkələri və ya şəhər xəritələri
üçün qiymətləndirmə nəzərə alınmır.
Qiymət və rəqabət :Bu kateqoriyada yanacaq qiymətlərinin təsiri otel
qiymətləri və hava limanı xərcləri də nəzərə alınaraq, ölkənin profilinə görə
Azərbaycanda yaxşı mövqe tutur. Azərbaycanın turizm bazarının
beynəlxalq bazara daxil olması təkmilləşdirilmiş güclü rəqabətə təsir
edir.Mehmanxanalar ümumi iqtisadi inkişafın bütün səviyyələrində mühüm
rol oynayır və belə ki , orta səviyyədə istirahət üçün müasir beynəlxalq
səviyyəli iki –üç ulduzlu mehmanxanalara üstünlük verilir. Bu mehmanx-
analar təhlükəsizliyi təmin edir və obyektlərinin azlığı ,lüks səviyyəsinə
görə seçilirlər.
Təhlükəsizlik: Adambaşı yol qəzalarının sayının az olması
Azərbaycanda turistlərin marağını cəlb edir.
“Bakı 2015” Azərbaycanda keçirilən ilk Avropa oyunlarının həyata
keçməsi dünyanın müxtəlif ölkələrindən gələn turist axınına səbəb oldu.İlk
Avropa Oyunları Azərbaycanın mədəniyyətinə,idmanına, iqtisadiyyatına,
turizminə böyük töhfələr verdi.Avropa Oyunlarının möhtəşəmliyi ,
təşkilatçılıq və qonaqpərvərliyimiz turistlərin yaddaşına həkk olundu. I
Avropa Oyunları ərəfəsində Azərbaycanın milli geyimləri , xalq sənətinin
növlərini real və virtual aləmdə təbliğ etməsi turistlərin diqqətini cəlb
etmişdir. Bunun nəticəsində Azərbaycan vətəndaşlarının tarixi, mədəni və
mənəvi dəyərlərimizə həssaslığının artırılması, onlarda yüksək vətəndaş
keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli-mədəni dəyərlərinin
qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara
çatdırılmasında mühüm rol oynamışdır.
19
Azərbaycanda turizmin əhalinin sosial-mədəni
səviyyəsinə təsirinin xüsusiyyətləri
Beləliklə, turizmi canlandırmaq üçün sosial xərcləri artırmaqla daha
çox sosial-mədəni tədbirlər həyata keçirməklə nail olmaq olar.Mədəni irsi
qorumaq və bir çox problemlərin həlli ilə məşğul olmaq əsasdır. Belə ki ,
qanunsuz tarixi obyektlərin ticarəti, qeyri-rəsmi arxeoloji tədqiqatlar , es-
tetik dəyərlərin eroziyası və yüksək keyfiyyətli sənətkarlıq bacarıqlarının
yox olması və s. problemlərinin həlli çox əhəmiyyətli hadisələrdən biridir.
Turizm baxımından insanın ətraf mühiti, sosial-mədəni fəaliyyəti,
fiziki hörmət və digər müsbət üstünlüklərini qeyd etmək olar.Onlardan ən
əhəmiyyətlisi aşağıda qeyd edilmişdir: (4)
1) Turizm sosial-mədəni baxımdan daim inkişaf edir və ənənəvi
fəaliyyəti olan bölgələrdə yoxsulluğun azaldılması kimi müsbət təsir
göstərir.
2) Cəmiyyətin daim inkişaf edən istirahət və əyləncəsini təmin edən
ətraf mühitin sosial dəyərlərini artırır.
3) Turizmin estetik və mədəni dəyərləri, təbii gözəllikləri (muzey,
park, kinoteatr və s.) düzgün idarəetmə nəticəsində uzunmüddətli
qorunmasını təmin edə bilər.
4) Yerli memarlıq ənənələrinin, regional xüsusiyyətlərin , sosial-
mədəni mühitin qorunması şərtilə turizm yenilənir. Bu şəhərin canlanması
və turist axınının artmasına səbəb olur.
Turizmin vacib xüsusiyyətlərindən biri ondadır ki, turizmdən əldə ol-
unan gəlir əhali arasındakı müxtəlif təbəqələr üzrə nisbətən bərabər
bölünür.Belə ki, turizm xidmətlərini hazırlayan da, suvenirlər hazırlayan
və satan da, öz mənzilini kirayə verən də, yeyinti məhsullarını hazırlayan
da turizmdən gəlir əldə edə bilir. Turizmin əhalinin rifahının artmasına
müsbət təsiri ilə yanaşı olaraq ölkənin sosial səviyyəsinə də müsbət təsiri
olur.Çünki maddi rifahın artması nəticəsində təhsilin, mədəniyyətin,
incəsənət növlərinin və həyat tərzinin müsbət inkişafı ölkənin sosial
səviyyəsinin də yüksək inkişafına səbəb olur.Sosial nöqteyi-nəzərindən tur-
izm regionlarının inkişafına böyük təsir göstərir, regionlarda minlərlə iş
yerləri açılır, kommunikasiya inkişaf edir, yerli əhalinin mədəniyyət, savad
və dünyagörüş səviyyəsi yüksəlir.Regionlarda turizmin inkişafı işsizlərin
paytaxta axınının qarşısını alır.Mənfi təsirləri isə səyahət zamanı turistlərin
yerli xalqın mədəni və əxlaqi dəyərlərinə hörmətsiz davranmaları (dini və
ənənəvi dəyərlərə, yerli geyim nümunələrinə,əyləncə formalarına və s.)
,yerli mədəni əsərlər və ekologiyaya qeyri-mühafizəkar davranmaları bu
qəbildəndir (5).
Azərbaycan xalqının adət-ənənələrini təbliğ etmək, mill bayram və
mərasimləri qorumaq, tarixi rəmzləri yenidən yaratmaq, milli musiqi və
Aysel Səfərova
20
rəqsləri məşhur etmək, şifahi xalq sənətini qorumaq , milli oyun və
tamaşalar bərpa etmək , bədii dekorativ və miniatür sənəti inkişaf etdirmək
insanların sosial-mədəni səviyyəsinin daha intensiv inkişaf etməsinə səbəb
olar. Azərbaycan Respublikasının 2013-2020 ci illəri əhatə edən tarixi və
mədəniyyət abidələrinin qorunması və bərpası, tarixi və mədəni ehtiyatların
inkişafı və modernləşdirilməsi üzrə Dövlət Proqramında vahid elekton
məlumat bazası və qeydiyyatı bu sahədə inkişaf etdiriləcəkdir.
Əhalinin aztəminatlı kateqoriyaları üçün mədəniyyət obyektləri və
xidmətlərindən istifadə etmək imkanlarının genişləndirilməsini nəzərdə
tutan inkişaf etdiriləcəkdir.Mədəni sahələrdə -özəl təşkilatlarda işləyənlər
üçün dövlət dəstəyinin artırılması , kitabxana fondlarının ədəbiyyat və
müasir informasiya daşıyıcıları ilə təmin edilməsi ,həmçinin ölkənin turizm
ehtiyatlarının inkişafı üçün zəruri işlər həyata keçiriləcəkdir (3).
Ədəbiyyat
1. E-Journal of New World Sciences Academy. 2010; Ahmet -Tartan,
Seljuk University, Konya-Turkey.
"Halkla Ilişkilerde Medyayla Ilişkileri, Medya çalışanlarının
görüşleri üzerine bir Saha araştırması.
2. The Travel and Tourism Competitiveness Report 2013.
World Economic Forum
3. “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ”
İNKİŞAF KONSEPSİYASI. Səh-37
4. Петрова Е.В. Социокультурные аспекты туризма в
овременной России:
5. Cоциологический анализ. Автор. Диссерт.к.с.р. М., 2009.
6. Абанкина Т.В. Экономика желаний в современной
«цивилизации досуга» // Отечественные записки. – 2005.
– 4 (24). – С.132-146.
7. Абуков А.Х. Туризм на новом этапе. Социальные аспекты
развития туризма в СССР. – М.: Профиздат, 1983. – 296 с.
8. Биржаков М.Б. Введение в туризм. – СПб.:
«Издательский дом Герда», 2007. -576 с
9. Городецкий П.Г. Социально-демографические аспекты
туризма // Социолог, исслед. – 1985. – №4. – С.34-41.
21
Azərbaycanda turizmin əhalinin sosial-mədəni
səviyyəsinə təsirinin xüsusiyyətləri
Dostları ilə paylaş: |