ölçü qazanır. İstirahət-turizm anlayışına dair yeməkxanalara və ya turist
məhsullara hər keçən gün yenisi əlavə olunur və beynəlxalq turizm
bazarındakı rəqabət sürətlənir. Bu səbəblə eqzotik, təbii və mədəni
cazibədarlığa malik məkanlar, termal mərkəzlər, yaylaqlar, qorunan sahələr
diqqət çəkərkən, ekoturizm, termal turizm, mədəni turizm, kənd, turizm
növləri ön plana çıxır. Avropa Birliyi turizm sektorunun regional inkişaf
və məşğulluq yaratmadakı əhəmiyyətinin dərk etmiş və inkişafı üçün
müəyyən tədbirlər görülməkdədir. İcma turizm fəaliyyətinin inkişaf
etdirilməsi məqsədilə bir sıra elm adamı və coğrafiyaçısını yaxından
maraqlandıran bəzi hədəflər müəyyənləşdirmişdir.
• Turizmdə yeni texnalogiyalar istifadə edilərək, məlumatın
paylaşımı ve yayılmasının asanlaşdırması,
• Turizm sektorundakı keyfiyyəti artırmaq üçün peşə təhsilin
dəstəklənməsi və inkişaf etdirilməsi,
• Turist məhsulların inkişaf etdirilməsi və keyfiyyətinin artırılması,
• Turizmdə davamlı inkişafın və ətraf mühitin qorunması
prinsiplərinin dəstəklənməsi, inkişaf etdirilməsi.
• Avropa Birliyinin ortaq turizm siyasəti "Turizm Fəaliyyət Planları"
vasitə ilə dəstəklənir. Bu planların məqsədlərini;
○ Az inkişaf etmiş bölgələrdə turizmi inkişaf etdirmək,
○ Turist regionlarda infrastrukturu dəstəkləmək,
○ Ətraf mühiti qorumaq, təbiətə qayıdış arzusunu həvəsləndirmək,
○ Ortaq mədəniyyət irsinə sahib çıxmaq, yaşatmaq,
○ Tətillərin illik zaman kəsiklərini zaman və məkan miqyasında
tənzimləmək,
○ Turist mövsümi genişlənmənin qarşısını almaq,
○ Turizm statistikalarını asan və anlaşıqlı hala gətirərək istəyənin
xidmətinə təqdim etmək şəklində yekunlaşdırmaq mümkündür (4).
Sahil turizmində, yayla turizmində, termal turizmdə, kənd turizmdə
keçirilən bütün fəaliyyətlər daxilində mədəni faktorlar var. Bu turizm
növlərinə qatılarkən aparılan fəaliyyətlər, təqdim olunan yemək və
musiqilər, görünən paltarlar ya da yerli xalqla qurulan münasibətlər,
mədəniyyətlərarası təsirlər mədəni turizm ilə bağlıdır. Bu səbəblə, turizmin
mədəniyyətlərin bir-birini anlamasına yardımçı olması kimi bir funksiyası
var. Xüsusən son illərdə məqsədsiz gəzməyin yerini artıq şüurlu bir mədəni
turizmin aldığı məlumdur. Bu baxımdan Avropa Birliyi birləşmə
düşüncəsində mədəniyyəti ən təsirli vasitə kimi görür. Hər nə qədər
Avropada fərqli dillər və mədəniyyətlər olsa da, mədəniyyət fərqlərindən
irəli gələn mədəni turizmin Avropanın turizm bazarında kiçilən payının
artırılmasında təsirli olacağı güman edilir. Çünki mədəni turizm səyahət
13
Avropa Birliyinin turizm siyasəti çərçivəsində alternativ turizm
sənayenin ən sürətli inkişaf edən sektorudur. Bu turizm üçün gələn turist,
digər turistlərdən gündə təxmini göstərici ilə 62 dollar, hər səfərdə 200 dol-
lar çox sərf edir. Həmçinin mədəni turizm üçün gələnlər səfərləri əsnasında
birdən çox turizm bölgəsini ziyarət edirlər (5).
Mədəni turizm getdikcə genişlənən, millətlər və ölkələr arasında geniş
vüsət alan adi turizmdən daha fəal bir prosesdir. Mədəniyyət irsinə dair
yanaşmalar ölkədən ölkəyə, bölgədən bölgəyə kimi mədəniyyət irsinin
növünə, xarakterinə, məkan xüsusiyyətlərinə, tarixinə, turizm dəb
anlayışlara görə də dəyişir. Turizmin sahil bölgələrinə dağıdılması yerinə
ölkənin hər yerinə yayılmasını təmin edəcək səylər planlar işlənib
hazırlanır. Bu səbəblə dünyada son 20 il ərzində mədəniyyət mirası və
bunun bir sektor olaraq ələ alınması getdikcə əhəmiyyət qazanmış, bu
məsələdə yalnız yeni tətbiqi növləri deyil həm də yeni anlayışlar da inkişaf
etdirilmişdir.
Mədəni turizm anlayışı ilə ölkə-region torpaqları üzərində/altında
yerləşən və keçmiş dövrlərdən bəri davam edən hər cür maddi qalıq ilə
şifahi ənənənin, bunlara zərər vermədən cəmiyyətin bəhrələndiyi dəyərə
çevrilməsi izah edilməyə çalışılır. Avropa mədəniyyəti turizmin ən qədim
və ən əsas yaradıcılarından biri qəbul edilir. Hətta icma aktı mədəni irsin
turizm üçün əhəmiyyətini vurğulamaqla Avropalıların mədəniyyətləri,
adət-ənənələri və həyat tərzlərinin daha çox tanınmasını qarşısına məqsəd
qoymuşdur. Muzeylər üçün dəstək verilməsi, tarixi binaların otellərə ya da
başqa yerləşdirmə obyektlərinə çevrilməsi kimi prioritetlər müəy -
yənləşdirilib. Bundan başqa, konsert salonları, teatrlar kimi mədəni
mərkəzlər üçün maliyyə yardımı aparılır və şəhərlə əlaqədar quruculuq
proqramları çərçivəsində tarixi şəhər mərkəzlərinin qorunması üçün
layihələr dəstəklənir.
Sözü gedən aktual məsələyə aid müxtəlif mənbələrdən olan
məlumatları toplayaraq hazırkı məqalədə cəmləməyə çalışmışam. Son
olaraq Avropa Birliyinin turizm siyasətində alternativ turizm növlərinin
inkişafına xüsusi diqqət edildiyi aydın sezilir. Regionlarda ənənəvi turizm
növləri ilə yanaşı alternativ turizm növlərinin inkişafı Avropa Birliyi turizm
siyasətin əsas tərkib hissəsidir. Sea, Sun, Sand üçlüyünün yaratdığı 3S tur-
izminin ilə yanaşı Exciting, Educational, Entertainment üçlüyünün təşkil
etdiyi 3E turizminin inkişafı sözü gedən regionda sahil kənarında
yerləşməyən ərazilərdə də turizmin inkişaf etdirilməsi əsas hədəflər
sırasındadır. Avropa Birliyi turizm vizyonuna nəzər saldıqda şəhər turizmi
çərçivəsində mədəni turizmin inkişafı əsas prioritetlərdəndir.
Çağdaş dövrdə ölkəmizdə də alternativ turizmin inkişafı geniş
perspektivə malikdir. Su hövzələrindən kənarda yerləşən bəzi coğrafi
Mehdi Həsənzadə
14
ərazilərimizdə alternativ turizm növləri yaradıb inkişaf etdirməklə həm
sözü gedən ərazilərdə geniş iş imkanları həm də Azərbaycanın qədim tarixi
abidələrini, milli folklorunu, milli-mənəvi dəyərlərinin gələn turistlərə
təbliği prosesini düzgün istiqamətləndirmək şansı yaradır.
Ədəbiyyat
1. Türsab 1999: Yeni min ildə Avropa, turizm ve Türkiyə.
İstanbul. Səhifə 15
2. Avropa Birliyi 2000: Avropa Birliyi Turizm Siyasəti,
Türkiyə nümayəndəliyi komissiya Hesabatı. Ankara. Səhifə 19-20.
3. Avcıkurt 2001: “Avropa Birliyi uyğunlaşma prosesində
Türk turizminin prioritetləri” Türkiye Turizmini Araştırma İnstitutu.
1-ci Milli Türkiyə Turizmi Simpoziumu Kitabı. İzmir. Səhifə 44-61
4. Türsab 1998: Dünyada ve Türkiyədə Səyahət Sənayesi.
İstanbul. Səhifə 23
5. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2006:
Türkiye Turizm Strategiyası. Ankara. http://www.kultur.gov.tr/
15
Avropa Birliyinin turizm siyasəti çərçivəsində alternativ turizm
Dostları ilə paylaş: |