Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   15   16   17   18   19   20   21   22   23
ag-zanbaqlar-olkesi-az Mir.az

“Civis romanus Sum", 
yəni “mən Roma vətəndaşıyam”. Kimsə 
Roma vətəndaşını təhqir etməyə cürət etmir. Roma - dünyanın 
hakimi, onun ağasıdır. Mənə qulaq as, - ona üz tutub dedim. - 
Mənim nəsihətlərimə qulaq ver, dediyim yolla get və sən 
Romadan daha güclü hakimiyyət sahibi olacaqsan. Roma sənin 
xidmətində dayanacaq. Bütün dünya sənin hakimiyyətin altına 
düşəcək. Yer üzü bütünlüklə sənin krallığına çevriləcək! 
- İblisin qanunu hökm sürən İsa Məsih krallığı? - həqiqət 
ruhu, incə, rişxənd dolu təbəssümlə şər ruhunun gözünün içinə 
baxdı. 
174 


O isə, baxışlarını kənara qaçırıb, bir andaca kükrədi: 
- Heç olmasa belə! Axı ad onun olacaqdı! İsa Məsihin krallığı 
və İsa Məsihin hakimiyyəti! 
-Amma ruh sənin olacaqdı! - işıqlı ruh yenə də incə bir 
təbəssümlə dedi. 
- O da mənə eynilə belə cavab verdi və qəzəblə yanından 
qovdu. Ancaq mənim ruhum “O”nun ruhundan daha güclü çıxdı, 
- qaranlıq ruhu acıqla dedi. - Onun Qolqofda çarmıxa çəkilməsi 
mənim təntənəmdi. Mən hər yerdə və həmişə, qalibiyyət 
təntənəsi içində olmuşam. Mənim təntənəm bu gün də davam 
edir. Bu təntənə həmişə mənimlə olacaq, - deyə qaranlıq ruhu 
qəzəbli bir vəcdlə dedi. 
- Siz tikirsiniz, mən uçururam. Siz dünyaya həqiqət və sevgi 
toxumu səpirsiniz, mən isə sizin əkininizi tapdayıb əzirəm. 
Siz ağır əməklərə qatlaşıb, çox böyük çətinliklə, işıqlı 
idealların ocağını çatırsınız, mən isə bircə tüpürcəklə bu ocağın 
alovunu söndürürəm. Onu his qoxulu, boğucu tüstüyə çevirirəm. 
Gənclik və ülviliyi təmsil edən sevgi çiçəyini bu tüstünün 
qurumuyla 
çirkləndirirəm. Azadlıqdan özbaşınalıq və 
pozğunluq yaradıram, hakimiyyətdən zorakılıq və terror 
törədirəm. İsa Məsihin sevgi təlimini, insanlar arasında dini 
nifrət yaradan səbəbə çevirmişəm. Xalqların qardaşlığı idealını, 
aralarındakı arasıkəsilməz müharibələrə çevirmişəm. 
- Mən dünyanın ağasıyam! Mən insanın hakimiyəm! Adamlar 
da, xalqlar da mənim ruhumla yaşayır! - qaranlıq ruhu məğrur 
bir əda ilə bu sözləri işıqlı ruhun üzünə çırpdı. 
İşıqlı ruh isə, dayanıb işıqlı bir təbəssümlə baxırdı. Sanki o 
bu sevinc dolu nuruyla qaranlıq ruhunun özünü də işıqlandırmaq 
istəyirdi. 
175 


- Nə üçün susursan? - şər ruhu qəzəblə soruşdu, - yoxsa 
deməyə bir sözün yoxdur?.. Etiraz edə bilmirsən?.. Mənim 
qələbəmi etiraf edirsənmi? 
- Sənin qələbən?.. Sən həqiqətənmi qalib gəldiyini 
düşünürsən? Allahı, İsa Məsihi və yer üzündəki bütün ucalıq və 
müqəddəslikləri məğlub etdiyinimi düşünürsən? 
- Əlbəttə! - qaranlıq ruhu qürurla hayqırdı. 
- Mənim bədbəxt düşmənim! İşığın yazıq yağısı! Sən 
tərbiyəsi pozulmuş, kobud və axmaq uşaq kimi, böyük bir tütün 
çubuğundan havaya qalın, boğucu tütün tüstüsü buraxır və günəş 
şüalarını söndürdüyünü düşünürsən!.. Sənin Allah, İsa Məsih, 
xeyir və həyat həqiqətləri üzərində “qələbən” buna bənzəyir!.. 
Sən İsa Məsihi Qolqofda öldürdüyünü deyirsən? Ancaq Qolqof 
çarmıxı özünütəsdiq, xeyirin şər üzərində qələbəsi simvoluna 
çevrildi. Qusun yandırıldığı tonqalın alovu milyonlarla insan 
üçün həqiqətə gedən yolu aydınlatdı... Sən böyük ideyaların 
daşıyıcısı olan insanları öldürmüsən və öldürməkdə davam 
edirsən, ancaq ideyaların özünü öldürə bilməmisən və bunu 
bacarmayacaqsan... İşıqlı ideyalar uğrunda ölən əzabkeşlərin 
qanı yeni ideyalar bağçasını suvarmaq üçün ən yaxşı vasitədir. 
Sənin qətllərindən doğulan ideya əzabkeşləri yeni-yeni insanları 
həqiqət və xeyirin böyük ideyalarına cəlb edir. 
- Onda mən sənin ideyalarını korlayır, eybəcərləşdirirəm, - 
şər ruhu onun sözünü kəsdi. 
- Korlamağa çalışırsan, ancaq gücün çatmır. Sən ayrı- ayrı 
alovların işığını söndürə bilərsən, ancaq odu və işığı məhv 
etməyə gücün çatmaz. 
- Mən güclüyəm! Mən - gücəm! Öldürə bilirəm və 
öldürürəm! Yer üzündəki bütün işıqları məhv edəcəyəm! - 
qaranlıq ruhu qəzəblə kükrədi. 
176 


- Söz güləşdirməklə vaxtımızı itirməyək, - işıqlı ruh 
düşmənini dayandırdı, - gəl, gücümüzü işdə sınayaq. 
- Nə təklif edirsən? 
- Bax, bir məşəl götürüb onu meydanın ortasına bərkidək... 
- Sonra? - şər ruhu müsahibini tələsdirdi. 
- Mən köksümə bir zərbə vuracağam, ondan çıxan qığılcım 
məşəli yandıracaq. Məşəl uzun müddət parlaq alovla yanacaq və 
qaranlıqda insanların yolunu işıqlandıracaq. Bəs sən, buna 
bənzər bir iş görə bilərsənmi? 
- Ah, sənin bu əbədi alovlandırmaq istəyin! - qaranlıq ruh 
rişxəndlə güldü. - Sən hər şeyi “alovlandırırsan”! İnsanların 
ağlını, vicdanını alovlandırırsan, ruhlarını alışdırırsan! Hər 
yerdə “qəhrəman” və insanların böyüklüyü oyununu 
oynayırsan! Ağılsız avara! 
- Nə üçün? - yenə həyat ruhu işıqlı bir təbəssümlə soruşdu. 
- Çünki insanlar qəhrəman deyillər. Onlar Yer adlanan böyük 
peyin qalağında eşələnən peyinqurdu, bütün işıqları görməyə 
gözü olmayan köstəbəkdirlər, çünki bu işıqlar onların gözlərini 
qamaşdırır. Adamlar şirin yalanları sevir. Bütün nazirlər və 
rəislər onlara göstərilən yaltaqlığı sevirlər. Özləri kobud, zorakı, 
yırtıcı və tənbəl milçəklər kimidir, ancaq özlərinin müdrik, 
böyük, xalq atası adlandırılmasını istəyirlər. 
Milyonlarla insan ayrıca götürüləndə əqli və ruhi baxımdan 
kütdür. Qarınları üçün yaşayırlar. İşləməyə nifrət edirlər. 
Özlərinə vurğun, özbaşına, əxlaqi cəhətdən natəmizdirlər, ancaq 
başqalarının onları ağıllı, savadlı, təmənnasız, həyatın ideya üzrə 
qurucuları hesab etməsini istəyirlər. 
177 


Xalqlar - ikiayaqlı mal-qara sürüsüdür. Əgər onlar 
işləyirlərsə, bu da yalnız kölə kimi, başları üzərindəki dəyənəyin 
qorxusundandır: ya sahiblərinin, ya da ehtiyacın hökmü altında 
işləyirlər. Bu ikiayaqlı heyvanlar zorakı və amansızdırlar. Daima 
öz aralarında it kimi didişirlər. Bir-birinin əlindən almaq 
istədikləri bir parça artıq torpaq üstündə dava edirlər. Fərqli 
“inancları” ucbatından bir-birinin ətini didirlər: nə üçün 
sürülərdən biri Allahı və onun qanunlarını başqa sürünün 
anladığı kimi anlamaq istəmir?! Başqa tayfalardan, qəbilələrdən 
olduqları üçün bir-birini qəbul etmirlər. Hərfləri fərqli 
yazdıqlarına görə belə yola getmirlər... 
Bütün bu öküz naxırı, qoyun sürüsü, qurd yığmı özünün yer 
üzündə ən yaxşı xalq olduğunu, Allahın, bütün bəşəriyyətin 
xilası üçün göndərdiyi sevimli və seçilmiş xalq olaraq, 
yaradıldığını sübuta yetirməyə çalışır, başqalarını isə belə hesab 
etməyə məcbur edir, - şər ruhu istehzayla dedi. - Hər bir sürü 
yalnız özünün ən istedadlı, ən mədəni və ən xeyirxah xalq 
olduğunu irəli sürür. 
Onların hamısı kobuddur. Hər işdə kobuddurlar, başqa 
xalqlara münasibətdə kobudluğa üstünlük verirlər. Ailədə, 
arvadlarına, ərlərinə, uşaqlarına qarşı kobuddurlar. Yuxarıların 
qarşısında nəzakətli və yaltaq, aşağıların qarşısında 
həyasızcasına kobuddurlar. 
Yalançı və namussuzdurlar. Aldatmaqla yaşayırlar. Yalansız 
yaşamağı 
təsəvvür 
edə 
bilmirlər. 
Onların 
ticarəti 
soyğunçuluqdur. Siyasətləri alınıb satılmaqdır. Düşüncələrini 
də, sözlərini də, işlərini də satırlar. Vicdanı, vətəni və öz 
allahlarını da satırlar. 
Hamısı gözəl kostyumlarla bəzənirlər: ruhun xeyirxah-
lığından, böyük ideyalardan, qəhrəmanlıqdan, insanların 
178 


qardaşlığından, vətənə və bəşəriyyətə sevgidən danışmağı 
sevirlər. 
- Bütün dövrlərin minlərlə kütbeyin kitab qurdları bəşər 
tarixinin mənasını və xarakterini müəyyən etmək üçün baş 
sındırır, - şər ruhu qəzəblə dedi. - Ancaq həyatın mənası və 
xarakteri çox sadə və aydındır. İnsanların, xalqların, bütün 
bəşəriyyətin həyatı - müxtəlif miqyaslı maskaradlardan 
ibarətdir... Maskaraddakı adamların kostyumlarına baxırsan: 
kimsə müdrik-filosof, bir başqası qəhrəman-cəngavər, kral, 
sultan, boqdıxan, kahin, ağıl, gözəllik, musiqi, poeziya, həqiqət, 
düha ilahələridir, ancaq bunlar hamısı... yalnız kostyumlardır və 
kostyum altındakı ilahələr, krallar və müdriklər - aşpaz, bazar 
alverçisi, özündənrazı kütbeyin, yaxud cılız bir fırıldaqçı ruhu 
daşıyırlar. 
- Ey mənim sadəlövh xəyalpərəstim, - qaranlıq ruhu işıq 
ruhuna istehzayla baxıb dedi, - bütün həyat, bir böyük yarmarka 
teatrının səhnəsidir. Burada hər şey saxtadır: güzgü yerinə tənəkə 
parçası, mərmər yerinə rənglənmiş kağız, brilyant yerinə isə 
rəngli şüşələr işlənir... 
İndi sən bura işıq gətirmək istəyirsən. Nə üçün? Yoxsa 
eybəcər üzlərdən gözəl maskalan qoparmaq istəyirsən?.. 
Adamları dinc burax: qoy əbləhlər müdrik, kölələr dünyanın 
ağası olduqlarını düşünsünlər... Sən özünün “işıqlı məşəlinlə” - 
müdrik düşüncə məşəlinlə, vicdan məşəlinlə - sadəcə bizim həyat 
sevincimizi 
korlayırsan. 
Adamların 
və 
xalqların 
özündənrazılığmı əlindən alırsan... Özünün bu məşəlyandınna 
“sehrlərini” dayandır. Onlar yer üzündə heç kimə gərək deyil. 
Hə, həm də, onlar büsbütün faydasızdır, - qaranlıq ruhu bunu 
deyib güldü. 
- Sən həmişə olduğu kimi məkrlisən, yalançı ruh! - işıqlı ruh 
da öz növbəsində gülüb dedi. - Ey mənim ba 
179 


rışmaz düşmənim, sənin özünəməxsus “məkrli məntiqin” var. 
Sən əyri güzgü kimisən: hər şeyi əyri göstərirsən, bu əyri 
güzgünlə nə qədər adamı aidatımsan! Xeyirxah təbiətli neçə 
oğlan və qızı bu əyri güzgünlə ümidsizliyə salmısan! Nə qədər 
insanın inancını intihar həddinə çatdırmısan: onların insanlığa, 
insanlara, həyatın böyüklüyünə və gözəlliyinə inamını öz 
əlləriylə öldürməsinə təhrik edib, həqiqətin və xeyirin gücünə 
inamdan məhrum etmisən. Onlar həyatın qurucuları, yaradıcıları 
ola bilərdilər, ancaq sən öz əyri güzgünlə onların yolunu 
xarabalıqlara sarı yönəltmisən... 
- Görürsən, görürsən, görürsən, - qaranlıq ruhu nifrət dolu bir 
sevinclə kükrədi. - Özün etiraf edirsən, mən sənin yaradıcı-
qurucu adamlarını öz xarabalıqlarıma yönəldə bilirəm... Deməli, 
səndən güclüyəm! Mən sənin bütün tikdiklərini uçururam! 
- Hay-küy salma, ay qaranlıq ruhu! - işıqlı ruh sakitcə 
dilləndi. - Öz zibil yığınından ibarət sözünün tozunu havaya 
qaldırıb mənim gözümü tutmağa çalışma. Bütün bunların hamısı 
bir demaqoqun, kütləni aldatmağa alışmış birinin yalanlarıdır. 
Mən uzun müddət sakitcə dayanıb, sənin qaranlıq fəlsəfən 
haqqında dediklərini dinlədim, danışmağına mane olmadım. 
İndi isə mənim “sadəlövhlük” adlandırdığın fəlsəfəm barədə 
dediklərimə sonadək qulaq as... Mən sənin gücünü inkar 
etmirəm. Bununla bağlı, özümü və arxamca çağırdığım insanları 
aldatmıram. Sənin böyük və rəngarəng gücün, daha dəqiq desək 
güclərin var. Sənə demişdim, bir daha deyirəm, sən gənc 
idealistlərin əqidəsini öldürmüsən, bu alçaq əməlinə bu gün də 
davam edirsən. Ancaq onları, gücünü yenilməzliyi ucbatından 
öldürməmisən, səbəb sadədir: sənin qurbanların gənc 
olduqlarından, onların ağılı yetkinləşməyib, məntiqləri zəifdir. 
180 


Sən, mənim barışmaz düşmənim, mübahisələrdə təhlükəli 
rəqibim, özünü kart oyunundaki şulerlər kimi aparırsan. Sənin 
məntiqinə, şulerin əlinə açıq və təcrübəli nəzərlə yanaşıldığı 
kimi yanaşmaq lazımdır, yoxsa fırıldaq bir gedişlə oyunu 
aparacaqsan, - işıqlı ruh güldü. 
- Onda deməli, səncə dahilər, skeptiklər və pessimistlər 
şulerdir, kütləyə fırıldaq gəlirlər? - şər ruhu qürurla etiraz etdi. - 
Deməli, Volter, Rable, dahi Svift və qədim mütəfəkkirlər Petroni 
və Lukresi də, həmçinin Sokratın güclü rəqibləri olan Qorgias və 
Aristofan və müasir Leopardi və Şopenhauer də, səncə, 
demaqoqlar, kütləni aldadanlar və düşüncə şulerləri olublar
eləmi?.. Bədbəxt sadəlövh! Siz hamınız beləcə, sadəlövh bir 
xeyirxahlığın xidmətində dayanmısınız: etiraz etmək əvəzinə 
yalnız söyməyi bacarırsınız. Balaca uşaqlar bir-birinə daş, palçıq 
topu atan kimi, siz də rəqibinizin üzərinə təhqiramiz ləqəblər 
yağdırırsınız. 
-Bilirsənmi, səninləmübahisəetməkhəttaxoşagəlimlidir, - 
işıqlı ruh yenə də gülərək dedi. - Düşüncə və sözləri heyrətamiz 
məharətlə, qılınc kimi oynada bilirsən. Çox ustalıq və çevikliklə, 
kart tuta bilirsən. Şulerlikdə demək olar, dahisən. 
- Nə demək istəyirsən? - qaranlıq ruh təəccüblə soruşdu. 
- Bax, bu artıq sənin zəifliyindən xəbər verir, - işıqlı ruh cavab 
verdi. - Yalan danışdığını bilirsən. Kartları çırpışdırdığını 
bilirsən, ancaq özünü qanmazlığa vurursan... Yenə də təkrar 
edirəm, mən bütün hallarda səndən güclüyəm. Sadaladığın 
insanları öz tərəfinə çəkməkdə haqlı deyilsən. Qədim 
Yunanıstanın skeptiklərini səndən pis tanımıram: sofistler 
Qorgias, Prodik və Protaqor haqqında yetərincə bilirəm. Qədim 
Romanın Lukresi və Petroni kimi skeptiklərinə də yaxşı 
bələdəm. Rableni də, Svifti də, 
181 


Volteri də, filosof Dekartı da, onun əsas prinsipi 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə