Abodakı incəsənət muzeyinin binası
(memar Gustav Nyström, 1904)
Çılpaq qranit qayalıqların əhatələdiyi,
dəniz sahilində yerləşən kiçik və sadə
fin şəhəri Abodayeni incəsənət
muzeyi ucalır.
incəsənətinin danılmaz ləyaqətini tanıtmaq gücündədir. İstər
rəssamlıq, istərsə də heykəltəraşlıq nümunələri finlan- diyalı
sənətkarların yüksək zahiri texnikası və dərin daxili yaradıcılıq
istedadından soraq verir. Buradakı heykəltəraşlıq nümunələri içində
cənab Vikstremanm “Finlandiya” adlı heykəli xüsusilə seçilir.
Heykəldə adi bir obraz: gənc, güclü, dolğun bədənli fın qadını təsvir
olunub. Ancaq heykəltəraşın adı çəkilən əsərində bu tipli
heykəllərdə çox az rast gəlinən, daxili məna və duyğular öz əksini
tapır.
“Finlandiya” heykəli nə isə çox vacib, böyük və uzaq bir şey
barədə dərindən-dərin və çox ciddi düşüncələrə dalmış bir təsir
bağışlayır. Heykəlin sol əli yanma sallanıb. O biri əli sıx saçlarının
arasındadır və sanki düşüncələrinin ağırlığından köksünə enmək
istəyən başına dayaq olub, onu dik saxlamağa çalışır.
“Finlandiyanın” üzündən kədər, qüssə yağmır, sanki artıq keçmişdə
qalmış bir dərdin kölgəsi sezilir.
Cənab Vikstremanm “Finlandiya” heykəlinin simasında ötüb
keçmiş əzabların incə, çox çətinliklə duyulan bir ifadəsi sezilir. Bu,
indi xoşbəxt və güclü, gələcəyinə əmin, ancaq erkən gəncliyində
çox ağır, ağrılı və qorxulu günlər yaşamış bir qadının simasıdır.
Həmin, indi unudulsa da, bir vaxtlar yaşanıb ölkənin ruhunu
yandırıb yaxmış əzablı günlər, ölkə sakinlərinin simasında öz
izlərini buraxıb.
Fin rəssamları Edelfeldt, Hebhart, Enkell, Vesterholm, Halonen
və başqaları, bütün finlər kimi özlərinin kiçik, yoxsul ölkəsini sevən
bu yaradıcı insanlar, incə bir məhəbbətlə fin təbiətinin gözəlliklərini
təsvir etməyə çalışsalar da, onların bu iti rəssam baxışlarının
məhsulu olan rəsmlər oxucunun diqqətini özünə bağlayan peyzajlar
yaratmaq gücündə deyil.
22
Finlandiyanın təbiətində qüssəli kimsəsizlik, kədərli yalqızlıq
doğuran lövhələr çox olsa da, onların arasında özünün kəskin gözə
çarpan böyüklüyü və parlaqlığıyla tamaşaçını məst edən
nümunələr tapmaq mümkün deyil. Mamırla örtülmüş daşlar.
Qranit qayalar. Küknar və şam ağacları. Donuq və cansıxıcı
bataqlıqlar. Solğun-yaşıl rəngli, göyün altında boz-yaşıl rəngə
çalan uzaq göllər. Finlandiyada haraya gedirsinizsə gedin, təbiətin
bu yalçın qayalıqlar və meşəliklərdən ibarət olan görkəmiylə
qarşılaşacaqsınız. Hara baxırsan, nəhəng qaya parçaları, qənd
kimi parıldayan qranit gözə dəyir. Yol boyunca sobada yandırmaq
üçün hazırlanmış odun qalaqları, ağacların budanmış gövdə və
taxta şəklinə salınmış oduncaq topaları uzanır. Sahillərdə qatranla
dolu minlərlə çəllək gözə çarpır.
Ölkə yoxsuldur. Burada hər şey qıtdır, ancaq əhalinin əməyə
qatlaşmaqda göstərdiyi inadkarlığı, enerjisi və öz yoxsul torpağına
olan sevgisi hədsizdir.
Helsinqforsdakı “Ateneum” deyilən, Finlandiyanın mərkəzi
incəsənət muzeyində siz Yemfeldin, Halonenin, Blomstedtin və
Rissanenin bir sıra rəsm əsərləriylə qarşılaşacaqsınız, bu rəsmlər,
finlərin hansı güc, zəhmət və məhrumiyyətlərə dözərək öz
ölkələrində yaşadıqlarını sizə əyani şəkildə göstərəcək. Bir sıra
kətan üzərində təxminən eyni bir mənzərə təsvir: Kəndlilər
ailəliklə torpağı əkin üçün təmizləyirlər. Ağacları qırıb yerə
tökürlər. Kötükləri qazıyıb yandırırlar. Torpaqdan iri daşları qazıb
çıxarırlar. Çılpaq qranit qayalıqlara münbit torpaq daşıyıb
tökürlər.
Buradakı hər torpaq parçası bütöv bir nəslin ağır zəhməti
bahasına əkin sahəsinə çevrilirdi. Sanki təbiət insanı bu ba-
taqlıqlar, göllər və çılpaq qayalıqlarla dolu əraziyə atmaqla onu
ələ salmaq istəmişdi. Ancaq hər şey tərsinə olmuş,
23
insan təbiəti ələ salmış, onunla savaşa qalxıb təbiətə qalib
gəlmişdi.
Finlandiya şəhərlərinin çoxunda küçədə gəzərkən ayağınız
altında dərinliklərdən baş qaldıran iri qranit layları görə
bilərsiniz. İnsan ağlının gücüylə əl gəzdirilmiş bu daş yı-
ğınlarından əmələ gələn silsilə bütöv məhəllələri bürüyür.
Hersoqovinanın çılpaq qayalıqlarını görən hər bir adam, finlərin
qatlaşdığı ağır zəhməti düzgün təsəvvür edə bilər. Bizim
Rusiyada Novqorod və Pskov quberniyalarında da belə iri daş
parçası yığınlarına rast gəlinir. Yerli əhali bunlara “Şeytan
qənddanı” deyir. Finlandiyada bu “Şeytan qənddanlarını”
bağlara və parklara çeviriblər. Çılpaq daşların üzərinə münbit
torpaq töküb, ağac əkib, çiçək ləkləri salıblar.
Sanki “İkuynen taystelu” pyesinin müəllifi Y.Linnankoski
əsəriylə belə demək istəyir:
-
Qabili mənə verin, mən öz ilhamımla ondan mədəniyyətin
əbədi başlanğıcını qoyan qorxmaz və əzmli bir döyüşçü yaradım.
Finlər isə, özlərinin yüzillikləri əhatə edən inadkar zəh-
mətiylə demək istəmişlər:
-
Bizim bəxtimizə bataqlıqlar və qayalıqların arasında
yaşamaq düşdü, lakin öz əməyimizlə buranı mədəni bir ölkəyə
çevirdik.
Bütün bunları isə sayı üç milyona çatan kiçik bir xalq qurub
yaradıb: onun iki milyon üç yüz mini fin, dörd yüz mini
isveçlidir.
* * *
Suomi ilə tanış olduqca ona həsəd aparmaq mümkündür.
Ölkədə hər şey kiçikdir: şəhərlər kiçikdir, ölkənin təbii sərvətləri
çox azdır, lakin böyük abadlıqla rastlaşır-
24
|