Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


Futbol 
Napoleonun hakimiyyətə gəlməsiylə Avropadakı müha-
ribələrin ardı-arası kəsilmədi. Napoleon demək olar, bütün 
Avropa ölkələriylə döyüşürdü, onun başlıca məqsədi güclü 
İngiltərəyə qalib gəlməkdi. Elə İngiltərə də Napoleonu dar-
madağın etmək üçün var gücünü toplamışdı. 
Napoleon Rusiyanı da müharibəylə təhdid edirdi. Bu 
səbəbdən, Rusiya 1808-ci ildə İsveçlə müharibəni bitirməyə 
tələsdi, bununla da Napoleonla başlana biləcək müharibədə əl-
qolunun bağlanmasının qarşısını aldı. Gözlənilən müharibə 
başlandı. Napoleon on iki ölkənin xalqlarını Rusiyaya qarşı 
qaldırdı, Moskvaya qədər gəlib çıxdı və burada məhv oldu. Onun 
rus xalqının köksünə endirmək istədiyi zərbə öz başına və 
köksünə çırpıldı... 
O, Fransaya bütünlüklə sarsılmış vəziyyətdə qayıtdı. Özünün 
əvvəlki gücünü və ad-sanmı bərpa etməyə çalışdı. Ancaq bütün 
Avropanı ona qarşı mübarizə üçün birləşdirən İngiltərə 
Napoleonun ordusunu tamamilə darmadağın edə bildi. Özünü 
isə Müqəddəs Yelena adasında həbsə məhkum etdilər. 
72 


Napoleonla aparılan arasıkəsilməz müharibələrdən bezmiş 
Avropa xalqları bu qədər fəlakətlərin baiskarı olan bu adamın 
İngiltərə tərəfindən zərərsizləşdirilməsindən razı qalmışdı. 
Onlar İngiltərənin böyük qüdrəti qarşısında təzim edirdilər. 
İngiltərəyə vurğunluqla baxır, onu yamsılamağa çalışırdılar. Hər 
şeydə ingilislərə bənzəmək dəbə çevrilmişdi. 
Ancaq uşaqlarda və hələ yetkinləşməmiş gənclərdə olduğu 
kimi, böyükləri təqlid etmək çox vaxt onların yanlışlarını, hətta 
yaramazlıqlarını yamsılamaqla başlayır: onlar tütün çəkməyə, 
keyfiyyətsiz alkoqollu içkilər içməyə, çığır-bağır və ağır 
söyüşlərlə danışmağa başlayırlar. Mədəni baxımdan gənc, əqli 
cəhətdən yetərincə inkişaf etməmiş xalqlarla da belə oldu. Onlar 
ingilislərin zahiri, çox vaxt da, eybəcər cəhətlərini qəbul etməyə 
başladılar. 
Bununla da, ingilis cəmiyyətinə xas olan bir sıra poz-
ğunluqlardan yaranmış həyat tərzinin surətini çıxarıb bunu 
özləri üçün yaşam tərzi seçdilər. 
Yaşlı, imkanlı adamlar ingilislər kimi qaça bilmək üçün 
qurulmuş məşğələlərə çoxlu pul sərf edirdilər. Viskini, ingilislər 
kimi sodayla içməyə başladılar. İngilis parçalarından tikilmiş 
kostyumlar geyindilər. Üzlərini və saçlarını ingilis dəbiylə 
qaydaya saldılar. 
Gənclər ingilis idman növləriylə məşğul olmağa başladılar, 
onları ən çox cəlb edənsə, bu idman növlərindən ən pisi olan 
futbol, ayaqla top oynamaqdı. Avropanın bütün gəncləri 
arasında, hələ orta məktəbi qurtarmamış yeniyetmələr üçün 
futbol özünəməxsus bir inanca çevrildi. Bütün ölkələrdə 
minlərlə insan futbol kultu yaratdı. Onu yaymağa başladılar, 
elmə, incəsənətə çevirdilər. 
73 


Alçaq ruhlu, nadan küçə mətbuatı, yeniyetmələrin bu 
ehtirasından yararlanmağa girişdi. Onu istismar etməyə başladı. 
Xüsusi rubrikalar yaratdı. Demək olar, hər gün bu ayaqlarıyla 
qəhrəmanlıq edən camışlar haqda icmallar hazırlanırdı. 
Snelmanın vaxtında Finlandiyada da buna bənzər hadisələr 
baş verirdi. Finlandiyanın gəncləri hələ əqli əməklə ciddi məşğul 
olmağa 
öyrəşməmişdi. 
Yüksək 
ideyalara 
maraq 
formalaşmamışdı. Finlandiyanın Rusiyaya birləşdirilməsindən 
sonra isveçlilərə bəslənən nifrət və onlara qarşı yönələn milli 
azadlıq mübarizəsi öz mənasını itirmişdi. 
Bekar, sağlam və təəssüf ki, mənəvi baxımdan tənbəl olan fın 
gəncliyi futbola meyl saldı. Futbol mənəvi-yoluxucu xəstəlik 
kimi Finlandiyanın şəhərlərindəki gəncliyin bütün təbəqələrinə 
sirayət etdi. Sonra böyük kəndlərin növbəsi gəldi. Futbol dəbə 
çevrildi və bütöv bir nəslin düşüncəsini və ürəyini məşğul etdi. 
Futbol klubları və cəmiyyətləri xəstə bədəndə durmadan artan 
sızaqlar və ləkələr kimi, ölkəni bürüyür, bataqlıqda qaynaşan 
ağcaqanad təəssüratı yaradırdı. Bu klublar şəhər-şəhər gəzib 
futbol matçları təşkil edirdilər. Futbol oynamaq üçün başqa 
ölkələrə getməyə başlamışdılar. Bu işə çox böyük məbləğdə 
pullar xərclənirdi. Gənclərin təhsilə, məktəbə həsr edilməli olan 
ömürləri bu futbol çılğınlığına sərf olunub hədər olurdu. Mənəvi 
təlatüm boşuna xərclənirdi. Camış ayaqları zamanın ideya 
simvoluna çevrilirdi. 
Snelman və onun dostları gənclərin intellektual inkişafının 
yerini yoğun camış ayaqlarının tutmasıyla heç cür barışa 
bilmirdilər. Onlar bütöv bir gənc nəslin bu cür, əqli 
74


və mənəvi yoxsulluğa düşməsinə çox ciddi təhlükə kimi ya-
naşırdılar. 
- Bu, bud, diz, topuq əzələlərini inkişaf etdirməklə ömür 
sürən qəhrəmanların axırı necə olacaq? - Suominin mədəni 
oyanışı üçün çalışan həvariləri məyusluqla soruşurdular. - 
Onların gələcək həyatı necə olacaq? Onlar vətəni hansı mənəvi 
dəyərlərlə zənginləşdirəcəklər? 
Snelman və dostları, vaxtilə, böyük Servantesin dahiyanə 
“Don Kixot” kitabını yazdığını və bu əsərdə o dövr ispanlarının 
naməlum cəngavər-qəhrəmanların macəralarından danışılan 
axmaq, gülünc romanlar oxumaqla vaxtlarını necə manasızca 
havaya sovurduğunu, necə bir amansızlıqla ələ saldığını yaxşı 
xatırlayırdılar. 
Onlar belə mühakimə yürüdürdülər: 
- Görünür, bütün ölkənin axmaq romanları heyranlıqla 
oxuması kiçik hadisə deyildi, məhz elə buna görə də, ispan 
dahisi bununla mübarizəyə qalxmışdı. Servantes, ispan 
oxucularının kütləvi şəkildə uydurma və axmaq romanları 
oxumağa qapılmasının bütün ölkənin savadlı insanlarının əqli 
ərincəkliyə uymasının əlaməti olduğunu yaxşı anlayırdı. 
İnsanlar öz vətənlərində gözəl həyatın yaranması qayğısına 
qalmaq, öz xalqının iqtisadi, əqli və əxlaqi baxımdan 
təkmilləşməsi uğrunda əmək sərf etmək istəmirlər. Bu baxımdan 
çılpaqdırlar! Onların nə düşüncəsi, nə ürəyi, nə iradəsi lazımi 
istiqamətə yönəlib. Sadəcə olaraq, işləmək istəmirlər! 
Beləliklə, insanlar öz-özlərini aldadırlar. Günlər, aylar, illərlə 
uydurma hadisələrdən bəhs edən axmaq romanları oxumaqla 
vaxt keçirirlər. Onlara elə gəlir, nə iləsə məşğuldurlar... Ölkə isə 
mədəniyyət sahəsində peşəkarlardan məhrum olub. Xalqın 
zəkası yuxuya gedib. Nadanlıq 
75


günü-gündən böyüyür. Xalqın kobudluğu və yoxsulluğu 
durmadan artır. Ölkə daimi yoxsulluq içindədir. Əxlaqi, əqli və 
iqtisadi iflasa yaxınlaşır. Ölkənin kömək gözləməyə haqqı çatan 
ziyalılar haradadırlar? Onlar axmaq və əyləncəli uydurmaları 
oxumaqdan məst olublar... 
- Təəssüf, bizdə dahi yazıçıların əsərlərində əks olunan 
mənanı, dəyəri bilmirlər, anlamırlar, - Snelman şikayətlənirdi. - 
Bizim xalqımızın indi öz Servantesinə ehtiyacı var, gərək Svift 
kimi bir yazıçı yetişib özünün liliput- lar haqda dahi satirasını bir 
də ortaya qoysun. Bunu liliput düşüncə, liliput siyasət, liliput 
ruhla yaşayan xalqa çatdıra bilsin. 
Snelmanla dostları belə bir qərara gəldilər: 
- Bizim Servantes kimi dahimiz yoxdur, biz Svift yetişdirə 
bilmirik, ancaq ağlımız və qabiliyyətimiz onların başladığı böyük 
işləri öz ölkəmizdə gerçəkləşdirməyə yetər... Taunun, vəbanın və 
yatalağın mikrobları gözlə görünmür: onlar olduqca kiçikdir, 
ancaq buna baxmayaraq böyük ərazilərdə kütləvi insan qırğını 
törədirlər. Eynilə, cəmiyyətin və xalqın içində də mənəvi xəstəlik 
törədən mikroblar var. Ola bilsin, onlar taun mikroblarından daha 
təhlükəlidir. 
Finlandiya bataqlıqlarla örtüldüyündən, burada malyariya və 
vərəm xəstəliyi geniş yayılmışdı. Əhali malyariyadan çox əziyyət 
çəkir, vərəm isə çoxsaylı insan ölümünə səbəb olurdu. İsveçlilər 
buna xüsusi əhəmiyyət vermirdilər. Snelmanın başladığı hərəkat 
bu xəstəliklərlə mübarizəni də ön plana çəkmişdi. 
- Ancaq düşüncənin, iradənin, ruhun da vərəmi olur, - 
Snelman deyirdi. - Bizim gənclik az qala hamıhqla bu mənəvi 
yoluxucu xəstəlikdən əziyyət çəkir. Beş ildən, on 
76


beş ildən sonra yaradıcı həyata qədəm basacaq bu insanların 
arasında mənəvi vərəm xəstəliyinin yayılmasına laqeyd qalmaq 
olmaz. Buna qarşı mübarizə aparmalıyıq. 
* * * 
Bir dəfə futbolçuların böyük təntənəli mərasimi keçirilirdi - 
aparıcı futbol klublarından biri özünün onilliyini qeyd edirdi. 
Yığma komandaların maraqlı yarışması təşkil edilmişdi. 
Oyundan sonra təntənəli yığıncaq keçirildi. Çıxışlar oldu. 
Yığıncaqda başqa idman növlərinin təmsilçiləri də iştirak edirdi. 
Onların arasında Snelmanın dostları da vardı. Snelman 
yarışmada iştirak edən idman klublarından birinin fəxri sədriydi. 
O, konfransdakı çıxışında bunları söylədi: 
- Bizim fın gəncliyinin idmanla məşğul olması məni çox 
sevindirir. Düşünülərək yerinə yetirilən müxtəlif fiziki təlimlər 
böyük tərbiyəvi əhəmiyyət daşıyır. Müdrikliyiylə seçilən qədim 
yunan xalqı gimnastika, güləş, qaçış, uzunluğa tullanmaq kimi 
idman növlərinə çox böyük hörmətlə yanaşırdı. Fiziki təlimlər 
bədənin elastikliyini və çevikliyini artırır. Bunun sayəsində 
bədən cəld, yeriş yüngül, hərəkət incə olur. 
-
Şəhər həyat tərzində, uzun müddət bir yerdə oturmaq, çox 
vaxt dar və havası çatmayan otaqlarda işləmək bədəni korlayır. 
Əzələlər boşalır. Qan zəhərlənir. İnsanlar süstləşir. Üstəlik, 
düşünülməmiş və uzunçuluqla dolu məktəb proqramı 
mövcuddur. Burada canlı biliyi məktəb fəlsəfəsinə çevirir, beyini 
kitablardan gəlmə sitatlarla: illərlə, adlarla, ölçülərlə, düsturlarla, 
ölü qanunlarla yükləyirlər. 
-
Almaniyada şagirdlərin çoxu gözlük taxır. Onların gözləri 
yaxşı görmür. Şəhərlərdəki əksər uşaqların onurğa 
77


sütunları əyri, sinələri çökük, ayaqları nazikdir, əlləri zəif, üzləri 
solğundur; havasız yerdə böyüyən bitki kimi əzgin görkəmləri 
var. İstəyirsən, insanları götürüb şəhərdən qırağa çıxarasan. 
Onları qaçmağa, tullanmağa, göy otluqda güləşməyə məcbur 
edəsən. Dərindən nəfəs almağa çağırasan. 
-
Yunanlar belə də edirdilər. Biz də onlardan nümunə 
götürürük. Ancaq Sokratın, Fidi və Periklin müasirləri həyati 
müdrikliyin əsasında belə bir qayda olduğunu düşünürdülər: 
“Heç nədə ifrata yol vermək olmaz!” Yəni, ölçüdən qırağa 
çıxmaq lazım deyil. Birtərəflilik olmaz. Hər şeydə ölçü 
gözləmək, hər şeyi öz vaxtında və öz yerində etmək lazımdır. 
-
Bununla yanaşı, Sokratın, Esxilin və Aristofamn 
müasirləri əqli əməklə məşğul olan insanların həyatdan 
ayrılmalarına, ziyalıların ölüvaylığına və fiziki zəifliyinə 
gülürdülər. 
-
Ölümsüz komediya “Axmaqlığın tərifi” əsərinin böyük 
müəllifi' çömçəquyruq adlandırdığı, müdrikliyi çoxlu kitab 
oxumaqda görən və quru nəzəriyyələri əzbərləməklə öyünən 
adamları öz satirasıyla amansızcasına qamçılayırdı. 
-
“Qulliverin səyahəti” əsərinin dahi müəllifi Svift lili- 
putların, cırtdan boylu xalqın həyatına gülür, özlərini qurbağa 
kimi şişirdib böyük cüssəli insan sayan bu adamların 
gülünclüyünü açıb tökürdü. 
-
Svift öz əsərində bir neçə böyük bir hissəni, bütöv bir 
başlığı, liliputların eybəcər meyllərini və iyrənc həyatlarını 
istehzalı təsvirinə ayırır. Liliputların yekə başları, nazik boğazları 
və dar çiyinləri var. Onların bütün həyatı kitablar- 
1
Rotterdamlı Erazmus nəzərdə tutulur. (Tərc.) 
78


dakı düsturlar, həndəsi çertyojlar üzərində qurulub... bütün 
əməlləri isə zahiri görünüşləri kimi iyrənc və eybəcərdir. 
-
Ancaq mən, - Snelman sözünə davam etdi, - dostlarımla 
birgə gözəl xəyallar qurduğum gələcək Suominin Liliputiyaya 
bənzəməsini istəmirəm. Bizə liliputlar gərək deyil. Lakin finlərin 
gələcəkdə güclü ayaqlı və zəif beyinli xalqa çevrilməsini də 
istəmirik. Aşağıda camış ayaqları, yuxarıda qoyun başı; karton 
qutu şayağı boş və yüngül kəllə - belə mənzərə bizdə heyranlıq 
doğurmur, kiçik xalqımızın böyüklüyüylə bağlı arzularımıza 
cavab vermir. 
Siz Finlandiyada futbolun uğurlarını heyranlıqla izləyirsiniz. 
Sevincinizdən qışqırırsınız, sizin “Güclü ayaq” cəmiyyəti futbol 
klubunun qonşu ölkələrə: İsveç, Norveç, Danimarka kimi 
ölkələrdəki yarışlara çağırılmasıyla öyünürsünüz, “Güclü ayaq” 
klubunun uzaq Macarıstandakı yarışlardan qələbəylə qayıtması 
sizi sevindirir. Ancaq sizin bu sevinciniz məni sevindirmir. 
-
Əgər bizim Suomidə “Güclü düşüncə”, “Böyük əməl”, 
“Süd istehsalı”, “Yaxşı yumurta”, “Seçmə taxıl”, “Ağ parça”, 
“Təmiz vicdan”, “Yeni ideyalar”, “Mexanikanın fəxri”, “Tox 
xalq”... kimi adlar daşıyan klublar olsaydı, mən özümü çox 
xoşbəxt hiss edərdim. 
-
Çox istərdim, siz gənc finlər, yalnız macarlara deyil, 
habelə, almanlara, fransızlara, ingilislərə də qalib gələsiniz, 
ancaq bunu topu təpikləməklə deyil, başınızla, ürəyinizlə, 
iradənizlə, 
elminizlə, 
ustalığınızla, 
ticarətinizlə, 
peşə 
sənətkarlığınızla, müdrik qanunlarınızla, xalqın öz vətənində ən 
yaxşı quruluş yaratmaq uğrunda mübarizəsiylə edə biləsiniz. 
Bu böyük mübarizədə siz, futbolçuların əzələli ayaq- larıyla 
uzağa gedə bilməzsiniz. Topu başla vurmaq üçün 
79


gərək möhkəm kəllən olsun, ən möhkəm kəllə isə qoyun 
kəlləsidir. FinlandiyalI gənclərin qoyun kəlləsiylə öyünəcəklərinə 
inanmıram. 
-Axtarıb Sokratın şəklini və Heraklın məşhur heykəlinin 
təsvirini tapın və onları tutuşdurun. Sokratın portretindəki 
müdrikin başı daha çox gözə çarpır, beyinin yerləşdiyi çox böyük 
alın! Adama elə gəlir, beyin çox böyük olduğundan kəllə çanağına 
yerləşmir, bura ona darısqallıq edir. Sokratın başına və alnına 
diqqət etsəniz, bunu hiss edəcəksiniz. 
İndi isə Heraklın heykəlinə göz yetirin. Hər şeydən öncə bizi 
bu qədim mifik qəhrəmanının güclü, ağır və əzələli bədəni cəlb 
edir. Şalbana bənzəyən iri ayaqlar üzərində dayanmış güclü 
bədən. Qolların əzələləri sıx hörülmüş gəmi kanatlarına bənzəyir. 
Geniş çiyinləri, qabarıq köksü var. Kəl kimi yoğun boynunun 
üzərindəki başı bədəniylə mütənasib deyil. Alnı dardır. Hər şey, 
qarşınızda nəhəng fiziki gücün dayandığını göstərir, lakin onda 
intellektual və mənəvi güc deyilən bir şey əsla yoxdur. Herakl - 
güclü bədən quruluşu, bərk sümüyü, qüvvətli əzələləri olan bir 
adamdır, ancaq onun yüksək intellekt, düşüncə və ruh adamı 
olmadığı çox aydın görünür. 
Mən sizə Sokratın və ya Heraklın başlarından birini seçməyi 
təklif etmirəm. Lakin camış ayaqlarını yamsılamaq üçün 
çalışanda Sokrat kimi bir baş bəsləmək qayğısını da unutmamağı 
məsləhət görürəm. Daş kimi bərk qoyun kəlləsinə sahib olmaqla 
kifayətlənməyin. Bu qaydanı unutmayın: oynamağına sözüm yox, 
ancaq qurşaqdan yuxarının da qayğısına qal. Gənc Finlandiyaya 
təkcə dəri top qovmağı bacaran insanlar gərək deyil. Ona fın 
xalqının iqtisadi, ictimai, əqli və mənəvi həyatı üçün güclü 
mühərriklər də lazımdır. 
80 


- Yetərincə mədəni olmayan xalqların arasından çıxan alçaq 
xislətli fırıldaqçılardan nümunə götürməyin, onlar mədəni 
xalqların həyatını onların çöl qapılarından və zibil qablarından 
başlayaraq qavramağa başlayırlar. Onlar Parisdə kafe-
şantanlardakı qaydaları öyrənir, Almaniyanı öyrənməyə 
pivəxanalardan başlayır, İngiltərədən futbol topu qəbul edirlər. 
Siz daha yüksəklərə baxın! Avropada yaradıcılıq evlərinə baş 
çəkin. Düşüncə məbədlərinə gedin. Almaniyadakı, “Xeyirxahlar 
ittifaqı” kimi cəmiyyətləri dolduran gəncləri yamsılayın. 
Ruhunuzun inkişafı üçün çalışın. Bu qədim nəsihəti unutmayın: 
“Sağlam bədəndə sağlam ruh olar”. 
- Fin gəncləri, unutmayın: sizin vəzifəniz ağır topu hündürə 
qaldırmaq və ya uzağa vurmaq deyil, xalqınızı yüksəyə 
qaldırmaq, gələcəyə aparmaqdır. Başlıca işiniz vətəninizin daha 
sürətli inkişafına nail olmaqdır. 
81 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə