Qrup: 302 Fənn: Mülki hüquq-2 Kafedra


Xüsusi mükafatlandırmanın açıq elan edilməsi



Yüklə 107,84 Kb.
səhifə6/8
tarix31.12.2021
ölçüsü107,84 Kb.
#81494
1   2   3   4   5   6   7   8
Mülki hüquq 2

Xüsusi mükafatlandırmanın açıq elan edilməsi

MM-in 1079-cu maddəsinə əsasən xüsusi mükafatlandırmanın açıq elan edilməsi öhdəliyində şəxsin müəyyən halda pozulmuş olan öz hüququnu ictimaiyyətin köməyilə bərpa etməsi üçün xüsusi mükafatlandırma üsulundan istifadə etmək hüququ nəzərdə tutulmuşdur. Şəxs hər hansı bir hərəkəti yerinə yetirməyə müəyyən nəticə əldə etməyə görə mükafat təyin edə bilər. Lakin mükafat ödəmək vədi o zaman öhdəlik statusu ala bilər ki, mükafatlandırma vədi açıq elan edilsin. Şübhəsiz ki, mükafatlandırma müqabilində həyata keçirilməli olan hərəkət qanuna uyğun hərəkət olmalıdır. Məsələn, şəxs özünə son dərəcə əziz olan bir xatirənin daşıyıcısı olan bir əşyanı itirdikdə onu tapıb ona qaytaran şəxsə xüsusi mükafat verəcəyini açıq elan edir.Açıq elan dedikdə, onun məzmununun istisnasız olaraq hamının tanış olmasına imkan verən açıqlama anlaşılır. Belə açıqlamar adətən kiv-də elanlar verməklə həyata keçirilir. Mükafatı açıq elan etmiş şəxsin arzuladıö hərəkəti bu mükafat haqqında məlumatı olmayan və belə bir mükafatı gözləməyən şəxs tərəfindən yerinə yetirildikdə də o, mükafat ödəmək öhdəliyindən azad edilmir və həmin şəxsə mükafat ödəməlidir. Mükafat pul və digər pul dəyərinə malik əşya ola bilər.

Xüsusi mükafatlandırmanın açıq elan edilməsinin hüquqi əhəmiyyətə malik olması aşağıdakı əlamətlərlə şərtləndirilir:


  • Bir qayda olaraq, xüsusi mükafatlandırma barədə açıq elan yazılı formada verilir: yerli mətbuatda; xüsusi olaraq ayrılmış elan yerlərində; hamının tanış olmasına imkan verən yerlərdə və s.

  • İkinci elamet ondan ibarətdir ki, xüsusi mükafatlandırma barədə verilən elanın məzmunundan mükafat təyin edən şəxsi müəyyən etmək mümkün olmalıdır. Müraciətə qoşulan qarşı tərəf dəqiq və konkret olaraq bilməlidir ki, o, yerinə yetirdiyi hərəkət barəsində məlumatı kimə çatdırsın və ya elanda göstərilən əşyanı kimə versin.

  • Üçüncü əlamət ondan ibarətdir ki, elan edilmiş xüsusi mükafat əmlak xarakterinə malik olmalıdır. Başqa sözlə desək, vəd edilmiş mükafatlandırma vədinin obyekti kimi yalnız pul və dəyər ifadəsi olan digər maddi nemətlər çıxış edə bilər.

  • Dördüncü əlamət ondan ibarətdir ki, xüsusi mükafatın verilməsini şərtləndirən yerinə yetirilməli olan hərəkət hüquqa uyğun olmalıdır.

Bəzi hallarda açıq elanda nəzərdə tutulmuş hərəkət bir neçə şəxs tərəfindən yerinə yetirilir. Məsələn, şəxs evindən qaçan ceyran barəsində açıq elan verir. Şəxsə onun heyvanının zooparka aparıldığına dair zəmg gəlir. Bir neçə saat sonra başqa bjr şəxs tərəfindən belə bir zəng gəlir. Bu halda mükafat birinci məkumat verənə verilir. Əgər şəxslər elanda deyilən hərəkəti eyni zamanda etsələr mükafat bərabər paylanılır. Məsələn, itən heyvanı 3 nəfərin birlikdə tapıb, gətirməsi. (MM maddə 1081)

MM-nin 1080-ci maddəsinə əsasən xüsusi mükafatlandırmanın açıq elan etmiş şəxsin bu elanın açıq edilməsini ləğv etmək hüququ nəzərdə tutulmuşdur. Lakin bu hüquq hərəkətlərin yerinə yetirilməsinə qədər istifadə edilə bilər. Həmçinin şəxs mükafatın açıq elan edilməsi ilə bağlı verdiyi elan kimi yenə müsabiqənin açıq elan edilməsinin ləğvi barədə elan verməlidir.Əgər şəxs elanı bir qəzetdə vermişdirsə, elanın ləğvini də həmin qəzetdə verməlidir.

Bu öhdəlik 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsində də əks olunmuşdur. Birtərəfli əqdlərdən əmələ gələn öhdəliklər içərisində ən geniş yayılmışıdır. Açıq müsabiqə bir çox ölkələrin qanunvericilində nəzərdə tutulmuşdur.Almaniya Mülki Qanunnaməsi və Yaponiya mülki qanunvericiliyi müsabiqə öhdəliyinin tənzimləməsinə ayrıca normalar həsr etmişdir.


Yüklə 107,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə