Qrup: 302 Fənn: Mülki hüquq-2 Kafedra



Yüklə 107,84 Kb.
səhifə7/8
tarix31.12.2021
ölçüsü107,84 Kb.
#81494
1   2   3   4   5   6   7   8
Mülki hüquq 2

Müsabiqə

Müsabiqə ərəb sözü olub, etimoloji mənada yarışma deməkdir. Yarış isə iştirakçılar arasında hərəkətin daha yaxşı yerinə yetirilməsi uğrunda mübarizədir. Buna görə də müsabiqə təkcə elanda nəzərdə tutulmuş hərəkətin sadəcə, yerinə yetirilməsini deyil, həm də onun ən yaxşı yerinə yetirilməsini tələb edir. Buna görə də müsabiqə haqqında elan hamılıqla tanış olmağa imkan verən şəkildə açıqlanmalıdır. Açıq elanda bəyan edilmiş hərəkəti yerinə yetirmək iqtidarında olan şəxslər müsabiqədə iştirak etmək üçün hazırladıqları işlərin təqdim edilməsi barədə ərizə verirlər. Təqdim edilmiş işlərdən hansının müqavilənin şərtlərinə uyğun gəlib-gəlməməsi və iştirakçılardan kimə üstün verildiyi barədə qərar müsabiqənin şərtlərində göstərilmiş şəxs tərəfindən belə göstəriş olmadıqda isə müsabiqəni elan etmiş şəxs tərəfindən qəbul edilir.

Müsabiqədə mükafatlandırma əvvəlcədən müsabiqənin şərtlərinə müəyyən edilmiş prizin qalibə verilməsi ilə həyata keçirilir. Priz pul, əşya mükafatlarından başqa qalibə işlənmiş işin icrasının sifariş veriləcəyi vədi də ola bilər. Məsələn inşa edilməli olan tikintidə istifadə edilmək üçün memarlıq layihələsi hazırlanması üzrə müsabiqənin qalibi tikinti-memarlıq təşkilatı olarsa, ona hazırladığı layihənin icrası sifariş edilə bilər.

Təqdim edilmiş işlərə müsabiqə şərtlərində göstərilmiş şəxs və ya müsabiqəni elan etmiş şəxs tərəfindən verilmiş qiymət bütün iştirakçılar üçün məcburi xarakter daşıyır və belə qərarlar məhkəmə qaydasında mübahisələndirilə bilməz. Müsabiqə şərtlərində verilmiş işlərə qiymət verən şəxs kimi, adətən, müəyyən münsiflər heyəti nəzərdə tutulur.

Təqdim edilmiş işlər eyni məziyyətdə olarsa və onların heç birinə üstünlük vermək olmazsa, MM-in 1081.2 və 1081.4-cü maddələri tətbiq edilir. Belə ki, işlır eyni məziyyətdə olduqda priz onların arasında bərabər bölünür. Priz öz xarakterinə görə bölünmədikdə və ya elana əsasən bir şəxs üçün nəzərdə tutulduqda priz püşkatma yolu ilə verilir. Müsabiqənin şərtlərində müsabiqə iştirakçılarının təqdim etdiyi işlər üzərində müsabiqə elan etmiş şəxsin mülkiyyət hüququ əldə etmə səlahiyyəti nəzərdə tutula bilər.

Müsabiqənin keçirilmə mərhələləri:



  1. birinci mərhələ mükafatlandırma barədə açıq elan verməkdən ibarətdir;

  2. ikinci mərhələ prizi (mükafatı) almaq üçün müsabiqədə iştirak etməkdən ötrü iştirakçılar tərəfindən işlərin təqdim edilməsindən və bu barədə ərizə verilməsindən ibarətdir;

  3. üçüncü mərhələ vaxtında təqdim edilmiş işlərin müsabiqənin şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməkdən və işlərə müqayisəli qiymət verməkdən ibarətdir;

  4. dördüncü mərhələ müqayisəli qiymət vermənin nəticəsinin müsabiqə komissiyası (jüri) və ya münsifler heyəti tərəfindən müzakirə edilməsindən


Yüklə 107,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə