Öhdəlik hüququnun anlayışı
Mülki Məcəllədə öhdəlik anlayışı konkret göstərilib. Sözügedən məcəlləyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlər etməkdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var.
Öhdəlik hüququnun sisteminə ümumi hissə ilə bərabər xüsusi hissə də aiddir. Xüsusi hissə müxtəlif müqavilələrdən yaranan öhdəlik münasibətlərini və müqavilədən kənar hərəkətlərdən (qanundan, birtərəfli əqdlərdən və zərər vurmadan) yaranan öhdəlik münasibətlərini tənzimləyir.
Xüsusi hissədə hüquqa uyğun hərəkətlərdən yaranan öhdəliklər geniş yer tutur:
Dostları ilə paylaş: |