Lakin bu ifadələrdə müəyyən fonetik, leksik və morfoloji arxa-
izmlər də vardır. Dilimizdə
sözün-sovun?
ifadəsi vardır.
Sinonim qoşalardan ikincisi fəallığını itirmiş,
söz
fəallaşmışdır.
sabın sımadı
ifadəsi «Dədə Qorqud»un dilində də işlənmişdir:
Uruz babasının sözin sımadı
. (71) (Misallardan sonra qeyd
edilən rəqəm adı çəkilən mənbənin səhifəsidir).
Gün doğanda,
gün batanda
ifadələri dilimizdə ən işlək ifadələrdir.
Yuxarıda verdiyimiz misallardan aydın oldu ki, Orxon-
Yenisey abidələrinin dili ilə «Dədə Qorqud»un dili arasında
frazeoloji uyğunluqlar çoxdur. Lakin bu o demək deyildir ki,
Azərbaycan dili, bir sıra alimlərin iddia etdiyi kimi, Orxon-Yenisey
abidələrinin məxsus olduğu türklərin parçalanmasından sonra,
onların varislərindən biri kimi yaranmışdır. Əvvələn, kök birliyi
vardır, ikincisi də, dediyimiz kimi, sübut olunur ki, Orxon-
Yenisey abidələrini yaradan böyük xaqanlığın ilkin yaradıcıları
olan Bumın kağanın, İstəminin tayfası vaxtilə Orta Asiyaya
Azərbaycandan getmişdir.(4, 5-30) Bu o deməkdir ki, Azərbay-
can ərazisində Göy türk xaqanlığı dövründə də, ondan çox-çox
əvvəllər də əsas yerli əhali türklərdən ibarət olmuşdur. Azər-
baycan türk xalq və ədəbi dillərinin formalaşmasında Səlcuqların
elə bir rolu olmamışdır. Onlar gələndə Azərbaycan şifahi və yazılı
ədəbi dili artıq mövcud idi. (1, 540-555)
M.Kaşğari dövrün məlum türk ərazilərini gəzmiş, özünün
qeyd etdiyi kimi, türklərin, türkmənlərin, oğuzların, cigillərin,
yağmaların, qırğızların dilinə dair zəngin material toplamış, onları
şeirlər, atalar sözləri, məsəllər, mahnılar, qəhrəmanların şücaə-
tini tərənnüm edən parçalar, nəsr nümunələri ilə bəzəmişdir.
Təbii ki, həmin mətnlərdə frazeoloji vahidlərə də təsadüf edilir.
Lakin bunlar çox azdır və şübhəsiz, bunlar da keçən minillik
ərzində müəyyən dəyişikliyə uğramalı idi və uğramışdır da.
H.Bayramov «Divan»da təsadüf edilən frazeoloji vahidləri iki
qismə ayırmışdır. Müəllifin fikrincə, bunların bir qismi həm
quruluşca, həm də semantik baxımdan müasir Azərbaycan dilin-
də olduğu kimi işlənməkdədir. Belələrinə
öc almaq, könlü
açılmak, başra kakmak
(başa qaxmaq),
könül bağlamak,
söz tebüzmək
(söz atmaq),
söz kulokka yakışmak
(söz
qulağa girmək),
ara çakmak
(ara vurmaq),
yokaru turmak
303
(ayağa qalxmaq),
ağır azak
(ağır ayaq) və s. nümunələr
verilmişdir. (15, 3-11) Əslində isə bunlarda xeyli arxaik element
vardır:
başra kakmak –
indi arxaik
–ra
ilə deyil,
-a
şəkilçisi ilə
işlənir
– başa qaxmaq (başa kakmak –
ifadəsi daha əvvəllər
«Dədə
Qorqud»un dilində də qeydə alınmışdır
: Əgər çobanla
varacaq olursam, Qalın Oğuz bəgləri bənim başıma
qaqınc qaxarlar;
46)
söz tebüzmək
frazeoloji vahidində
tebüzmək
arxaikləşmişdir;
söz kulokka yakışmak
– ifadəsi
indi belə işlənmir; yaxud
yokaru turmak
–ifadəsi işləkliyini
zəiflətmiş, az da olsa,
Mən aşağa durduqca, sən yuxarı du-
rursan
– məsəlində mənasını saxlamışdır;
ağır azak-
ifadəsini
müəllif
ağır yeriyən, aramla yeriyən
mənasında izah
etmişdir; bu ifadə sonralar mənfi məna da qazanmışdır – birinin
işinin üstünə gedəndə və o iş ləngiyəndə deyərlər ki, «ayağı
çox ağır imiş». Və ya ifadə hamilə qadın üçün işlənər.
H.Bayramov bunları o mənada müasir dilimizdəki frazeoloji
vahidlərlə semantik və quruluş cəhətdən eyni hesab edir ki, o,
«Divan»da işlənmiş bir sıra tək-tək sözlərin də frazeoloji vahid
kimi çıxış etdiyini göstərir: M.Kaşğarinin «Divan»ında «frazeoloji
anlayışlar bəzən tək sözlərlə də ifadə edilmişdir». (16, 18) Müəl-
lif yazır: «…bizcə, bu sözlərin mənalarının tədqiqi və şərhi ciddi
əhəmiyyətə malikdir; belə ki bu araşdırma 1000 il bundan əvvəl
türk dillərində mövcud olan, deməli, yaranması etibarilə daha
əvvəllərə aid olan frazeoloji mənanın təşəkkül tarixini, onun
ifadə formalarından birini müəyyənləşdirməyə və dilçilik elmimiz-
də bu məsələni əsaslandırmağa imkan verir».(16, 18) Müəllif
«Divan»da işlənmiş bu cür sözlərdən
andğardi
– and içdi,
tüşdi
-
tuş gəldi,
tozğurdi
– cana doydurdu,
teşik
– acgöz,
közəzdi
–
göz etdi,
kiçindi
– yolunu azdı,
çökdi
– diz çökdü
, çavıkmak
–
şöhrətli olmaq və s. nümunələri misal gətirərək, belə bir nəticəyə
gəlmişdir: «Düşünmək olur ki, qədim türk dillərində frazeoloji
anlayışların belə tək sözlərlə ifadə edilməsi söz birləşməsi ilə ifadəsi
üsuluna nisbətən daha əvvəldir».(16, 25) Fikrimizcə, bunlar
frazeoloji vahidlər deyil, sonralar yaranan frazeoloji vahidlərin
leksik ekvivalentləridir və birləşmə şəklində olan əksər frazeoloji
vahidlərin belə ekvivalentləri vardır:
anlamaq – başa düşmək,
304