Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə218/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   214   215   216   217   218   219   220   221   ...   243

daha yaxın olduğu müşahidə olunur. Bunu vaxtilə Ə.Dəmirçizadə də 

qeyd etmişdir. (5, 32-33) 

Dilçi və tarixçilərimizin bir çoxu belə güman edir ki, Göy türk 

xaqanlığı   dağıldıqdan   sonra   türklər   Azərbaycana   gəlmiş   və   yerli 

əhalini   türkləşdirmişlər.   Bu   fikir   bəsit   və   ya   qərəzli   düşüncənin 

məhsuludur və tarixi saxtalaşdırmaqdan irəli gəlir. Biz başqa bir 

yazımızla sübut edə bildik ki, həmin xaqanlığı yaradan türklər Orta 

və Mərkəzi Asiyaya bilavasitə Azərbaycandan getmişlər. (bax: 29, 

14-27) Odur ki onların dil materialı ümumxalq Azərbaycan dilinin 

nəzərdə tutulan dövrünü öyrənmək üçün dəyərli mənbədir.



4.M.Kaşğarinin  «Divani-lüğat-it  türk»  əsəri

.   XI   əsrin 

böyük türkoloqu M.Kaşğarinin bu qiymətli əsərində lüğət materialı 

ilə   yanaşı,     çoxlu   ifadələr,   atalar   sözləri,   məsəllər,   bayatılar, 

müxtəlif şeir parçaları toplanmışdır. Oğuz tayfa dili ilə bağlı bu cür 

materiallar Azərbaycan dilinin frazeoloji inkişafını izləmək üçün 

də imkan verir.

5.Folklor   materiallarının   dili.

  Buraya   qədim   izləri 

qoruyub   saxlayan   bayatıların,   tapmacaların,   atalar   sözləri   və 

məsəllərin,   nağıl   və   dastanların   dilindəki   frazeoloji   material 

daxildir. Bizim dövrümüzdə çap olunmuş  folklor toplularında da 

lazımi nümunələrə rast gəlmək olur.   Lakin bir neçə əsr əvvəl 

yazıya alınmış, sonralar  toplanıb çap olunmuş folklor nümunələri 

içərisində       yazıyaqədərki   dövrün     frazeoloji   mənzərəsini   əks 

etdirən   frazeoloji   vahidlər   daha   qabarıq   nəzərə   çarpır.   Bu 

cəhətdən   Asya   Məmmədovanın     əlyazma,   fraqment   və   arxiv 

materialları içərisindən seçib çap etdirdiyi «Bayatılar» (6), Məm-

mədvəli   Qəmərlinin     «Atalar   sözü»   (7),   Abdulla   Şaiq,   Mirzə 

Məhəmməd   Hatif   və     Şəfiqə   Əfəndizadə   tərəfindən   toplanıb 

1926-cı ildə çap olunmuş «Bayatılar və manilər» (8) (Bu son iki 

kitab Folklor İnstitutu tərəfindən yenidən nəşr edilmişdir) kitab-

ları daha faydalıdır.

Folklor materialları içərisində S. Əlizadənin  müqəddimə, lüğət 

və şərhlərlə çap etdirdiyi «Oğuznamə» (10) və   Çingiz xan adına 

Qədim   Türk   Tarixini   Araşdırma   Fondunun   çap   etdiyi   «Mənzum 

oğuznamə»   (11)   əsərləri   də   qiymətli   mənbələrdir.   Dil   faktları 

göstərir  ki, «Oğuznamə» əsəri «Kitabi-Dədə Qorqud»un yaşıdıdır 

və dastan mövcud olduğu dövrdə daim «Oğuznamə»də toplanmış 

300



atalar   sözləri   və   məsəllər   də   mövcud   olmuşdur.   Ona   görə   də 

«Oğuznamə» yazıyaqədərki dövr materialı kimi, az qala, «Kitabi-

Dədə Qorqud» qədər əhəmiyyətlidir.

Folklorşünas M.Həkimovun «Xalqımızın deyimləri və duyumla-

rı» (12, 118-190) kitabında xeyli atalar sözləri və məsəllər, alqışlar, 

qarğışlar  və vulqar ifadələr toplanmışdır. Tədqiqat göstərir ki, bun-

ların əksəriyyəti çox qədimlərdən gələn, demək olar ki, tarix boyu 

insanın yol yoldaşı olan ifadələrdir. 

«Avesta»nın hansı dildə olduğu, hansı dildə qələmə alındığı 

mübahisəlidir. Əksərən alimlər bu əsərin İran dillərindən birində 

yazıldığını   qeyd   edir   və   konkret   olaraq   hansı   dildə   olduğunu 

müəyyənləşdirmək  çətin  olduğundan  əsərin  dili «Avesta» dili» 

adlandırılır. Lakin son zamanlar aparılan dəqiq araşdırmalardan 

aydın olur  ki, bu əsərin əsli prototürkcədədir və bu cəhət onun 

12 minillik tarixi olan «Qatlar» adlı tərkib hissəsində  özünü daha 

aydın  göstərir. Bu baxımdan filologiya elmləri doktoru Baloğlan 

Şəfizadənin  «Zərdüşt, Avesta, Azərbaycan…» (13) əsərini xüsusi 

qeyd   etmək   olar.   B.Şəfizadənin   tədqiqləri   əsərin   prototürkcədə 

olduğunun subutu üçün  ciddi əsaslar verir. 

Biz bu əsərdən bir mənbə kimi faydalana bilərik. Çünki tam 

aydın şəkildə Günəş, od, xeyir, şər, gecə, gündüz, işıq, qaranlıq 

məfhumları ilə bağlı ifadələrin, məsəllərin ən azı «Avesta» qədər 

yaşı olmalıdır. 

  H.A.Bayramov   müasir   Azərbaycan   dilində   frazeoloji 

vahidlərin semantik və struktur cəhətlərini araşdırarkən tarixə də 

nəzər   salmış,   Orxon-Yenisey   abidələrinin,   «Kitabi-Dədə 

Qorqud»un,   Kaşğari   «Divanı»nın   dili   üzərində   müşahidələr 

aparmış   və,   təbii   olaraq,   belə   bir   nəticəyə   gəlmişdir   ki,   «…

tədricən   qədimlərə   doğru   getdikcə   frazeoloji   vahidlərin   də 

kəmiyyəti   azalır».   (14,   14)   Müəllif   bunu   dilin   tədrici   inkişafı, 

zənginləşməsi və bir qədər də dilimizin tarixi inkişaf mərhələlərini 

əks etdirən dil materialının azlığı ilə əlaqələndirir. Bunların hər ikisi 

doğrudur. Lakin dildə məcaziliyin ilkin həqiqi mənadan sonrakı ha-

disə, tədrici inkişaf nəticəsi olması daha əsasdır. H.Bayramov ya-

zır: «Tədqiqat göstərir ki, ən qədimlərə doğru uzaqlaşdıqca dildəki 

belə vahidlər tamamilə yoxa çıxmır. Müasir dilimizdəki kəmiyyə-

301



tinə nisbətən müqayisə edilməz dərəcədə azlıq təşkil etsələr də, 

dilimizin frazeoloji vahidlərinin  müəyyən bir qismi, xüsusən türk 

mənşəli   baş   sözlər   əsasında   formalaşanlar   daha   qədim   tarixə 

malikdir.  Belə səciyyə daşıyanların ilk olaraq məhz hansı əsrdə və 

hansı yazılı əsərdə işlədilməsini  müəyyənləşdirmək üçün apardı-

ğımız  araşdırmalar bizi istər-istəməz  Azərbaycan dilinin təşəkkül 

tapdığı   dövrə məxsus dil abidələrindən daha əvvəllərə – hələ 

ayrı-ayrı müstəqil türk dillərinin  təşəkkül tapmadığı, yalnız vahid 

ümumtürk   dilinin   olduğu     dövrə,   başqa   sözlə   desək,   Orxon-

Yenisey abidələri dövrünə aparıb çıxardı». (14, 15) 

Ən qədimlərə doğru uzaqlaşdıqca frazeoloji vahidlərin tam 

yoxa   çıxmaması   barədə   fikir   doğrudur.   Lakin   müəllifin   «ən 

qədimlər»   barədə   təsəvvürü   doğru   deyildir.   Buradakı     «vahid 

ümumtürk   dili»   anlayışı   və   türk   dillərinin   formalaşma   tarixi 

barədə   fikirləri   tam   yanlışdır.   Çünki   müəllif   Orxon-Yenisey 

dövrünü   (V-VIII   əsrlər)   ümumtürk   dili   dövrü   hesab   edir   və 

müəllifin mülahizəsinə görə bu vaxta qədər   «vahid ümumi bir 

türk dili» olmuş, müstəqil türk dilləri  Orxon-Yenisey dövründən 

sonra yaranmışdır. Lakin bilirik ki, türk qolu vahid ulu dildən ən 

geci e.ə.XII minillikdə ayrılmışdır və VI minilliyə qədər artıq şərqi 

və qərbi türk dilləri fərqli keyfiyyətləri ilə mövcud idi. Sonrakı mi-

nilliklərdə isə saysız türk tayfa dilləri yaranmış və onların hər biri 

öz xüsusiyyətləri  ilə digərindən fərqlənmişdir. Odur ki birinci mi-

nilliyin   son   əsrləri   üçün   deyil,   hətta   əvvəlləri   üçün   də   vahid 

ümumi türk dilindən söhbət gedə bilməz. Azərbaycan xalq dili isə 

artıq V əsrdə formalaşmışdı və müəllifin dediyi dövr şifahi ədəbi 

dilin sürətli inkişafı, «Dədə Qorqud» kimi nəhəng abidələrin tək-

milləşdiyi, səlisləşdiyi və yazılı dilin inkişafa başladığı dövr idi. 

H.Bayramov   Orxon-Yenisey   abidələrinin   dilində   bir   sıra 

frazeoloji vahidlər  müəyyən  etmişdir:  



sabığ  almaq

  –  sözünü 

almaq,    

sabın   sımadı  

  -     sözünü   sındırmadı,    



başlığığ 

yükintirmis, tizliğiğ sökürmis

 – baş əydirmiş, diz çökdürmüş, 



atın   tutıpan

  –   adını   tutaraq,    



uça   bardı

  –   uçdu,   öldü, 



budunta   üzə   olurtım

  –   xalqın   üzərində   hökmranlıq   etdim, 



kün toğsıkta

 – gün doğanda, şərqdə, 



atı kusi yok bolmaq

 – 


adı batmaq, 

kün batsıkdakı

 – gün batandakı, qərbdəki  və s. 

(14, 16-23) Bunların bir çoxu bu gün də dilimizdə işlənməkdədir. 

302



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə