Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə214/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   210   211   212   213   214   215   216   217   ...   243

V.V.Radlovun   ağlına   gəlməyib,   S.Y.Malovun   ağlına 

gəlməyib, belə bir mövzu hörmətli Y.Əliyevin  ağlına gəlib.

İndi ali məktəblərdə «Azərbaycan dilinin tarixi qrammatikası» 

fənni keçilir. Bu dissertasiya əsasında müəllimin haqqı var deyə ki, 

əziz   balalar,   bu   fənn   ilə   mən   sizə   bütün   türk   dillərinin   tarixi 

qrammatikasını   öyrədəcəyəm.   Və   ya   Dilçilik   institutunda   bizə 

Azərbaycan dilinin tarixi qrammatikasını («Dədə Qorqud»dan XVIII 

əsrə   qədər)   tədqiq   edib   öyrənmək   tapşırılıb.   Maaş   alırıq.   Əgər 

babat   tədqiqat   apara   bilsək,   tədqiqatımızı   çuvaşlardan   tutmuş 

şorlara   qədər   bütün   türklərə   verə   bilərik   ki,   daha   siz   əziyyət 

çəkməyin, biz sizin də dil tarixinizi işləmişik. 

Bir   tərəfdən,   musiqimizi   oğurlayırlar,   mədəniyyətimizi 

oğurlayırlar,   tariximizi   oğurlayırlar,   torpaqlarımızı   oğurlayırlar, 

indii də əl qatıblar dilimizin tarixinə! 

Əslində, bu «əsər» haqqında bu qədər danışmağa dəyməzdi. 

Amma mən fürsətdən (və bu ağ eləməkdən) istifadə edib, başa 

düşə bilənləri bir daha oyatmaq istədim. Bu «əsərə» gəlincə,  deyir, 

milçək bir şey deyil, amma könül bulandırır.   Necə ki onun adını 

eşitdiyim gündən bu günə qədər mənim könlümü bulandırıb.

«Tədqiqat»ın   məqsədini   bir   də   yada   salmaqla   sözümü 

bitirirəm: 

«Tədqiqatın məqsədi qədim türk yazılı abidələrinə 

məxsus   dil xüsusiyyətlərinin, fonetik, leksik, qrammatik 

normaların   orta əsrlər türk yazılı abidələrində davam və 

inkişaf etdirildiyini sübut etməkdir»

. (s.5) 


Heç bunun sübuta ehtiyacı var?  Məgər burda başqa hal da 

ola bilərdi? «Davam və inkişaf etdirildiyini» - fikri də  düz deyil. Xalq 

filan xüsusiyyətləri zorla inkişaf etdirmir. Bu, dilin təbii axarı ilə bağlı 

məsələdir.

Amma   əsərin   əsl   məqsədi   var   və   yalnız   diqqətli   oxucu 

müəllifin aşağıdakıları sübut etmək istədiyini görə bilər:



1.Türk   xalqları   uşaqdır.   Türk   xalqlarının   tarixi 

yoxdur

, çox qısadır. Ermənilərin, farsların neçə min illik tarixi 

var, amma türklərin, çox olsa, 1500 illik tarixi var və 18-ci əsrə 

qədər   heç   bir   türk   xalqı   olmayıb,   yalnız   bir   xalq   (müxtəlif 

regionlara yayılmaqla) və onların «türki» adlı bir dili olub.

Müəllifin «ideyası» ilə tanış olduqda adam düşünür ki, bizim 

bir   sıra   açıq   düşmənlərimiz   özümüzünkülərdən   çox   insaflıdır. 

285



Məsələn, bu ölkənin havası ilə tənəffüz edən Yadigar Əliyev kimilər 

XVIII əsrə qədər müstəqil heç bir türk dili tanımır (müstəqil türk dili 

yoxdursa, müstəqil türk xalqı da yoxdur). Amma rus siyasətinin 

daşıyıcısı olan N.A.Baskakov M.A.Kastren, V.V.Bartold, V.V.Radlov, 

P.M.Melioranski, S.Y.Malov, B.Y.Vladimirtsov, Q.Ramsted, V.Kotviç, 

K.Qrenbek kimi nəhəng alimlərə əsaslanaraq, türk dillərini dil inki-

şafı   baxımından   6   mərhələyə     -   Altay   dövrü   (ən   qədim   za-

manlardan  hun dövrünədək), Hun dövrü (V əsrədək), qədim türk 

dövrü (V-X əsrlər), orta türk dövrü (X-XV əsrlər), yeni türk dövrü və 

s. dövrlərə ayıraraq göstərir ki, türk dillərinin Altay dövründə, bir 

tərəfdən,   türk   dili   türk,   monqol   və   tunqus-mancur   dillərinə 

parçalanmış, digər tərəfdən, iki qola – türk-monqol və tünqus-man-

cur qollarına ayrılmışdır. Türk-monqol dilləri 

ç-ş

, tunqus-mancur 



dilləri adlana bilər.   (Vvedenie v izuçenii törkskix əzıkov. İzdanie 

vtoroe, «Vısşaə şkola», Moskva, 1969), s.148-149)

Y.Əliyev yazır: «Qədim türk dövrünün əsas xüsusiyyətlərindən 

biri: «Yad təsirlər yoxdur və ya əhəmiyyətli tutumda deyil».(13) Hələ 

Hun dövründə türk, monqol, tunqus-mancur tayfa dilləri inkişaf və 

çarpazlaşma prosesində çin, sanskrit, fars, slavyan dilləri ilə əlaqədə 

olmuşdur. Qərbdə yaşayan türk dillərinə qədim İran və slavyan, 

şərqi türk dillərinə çin dili  elementləri daxil olmuşdur.(154)

Rus N.A.Baskakov deyir ki, hələ Hun dövründə türk dillərinin 

şərq və qərb qrupları fərqlənirdi. (s.157) Yadigar Əliyev isə deyir ki, 

XVIII əsrə qədər ancaq regional fərq olub, yalnız bir türki olub.

Yenə N.A.Baskakovdan bir sıra iqtibaslar: «Bulqar dili   - VI-

VIII   əsrlərdə   Volqa   və   Kama   üzərində     formalaşmış   Bulqar 

dövlətinin qədim dili…» olub. (s.233) «Xəzər dili -   Volqanın və 

Donun aşağılarında Xəzər dövləti əhalisinin qədim dili, IV əsrdən 

əvvəl formalaşmış, VII-VIII əsrlərdə yüksək inkişaf qazanmışdır…» 

(s.237) Əksər tədqiqatçılar çuvaş dilinin   mənşəyini və inkişafını 

bulqar   dili   ilə   bağlayırlar   (VI-XIV   əsrlər).   (239)   Türkmən   dilinə 

Qaraxanilər dövlətinin   uyğur, tirkeş, karluk dialektləri əsasında 

təqribən   X-XI   əsrlərdə   formalaşmış   dili   təsir   etmişdir.(s.250) 

Habelə karluk-uyğur yarımqrupunun X-XI əsrə, uyğur dilinin XI 

əsrə aid abidəsi («Kudatku biliq»), Karluk-xarəzm ədəbi dilinin 

Xarəzmdə monqol dövrünə qədər mövcud olduğu göstərilir. Bu 

ədəbi   dilin   «Divani-hikmət»   kimi   abidəsi   məlumdur.   Əhməd 

286



Yəsəvi   (1105-1166) bu əsəri qədim Cığatay dilində yazmışdır. 

Əgər bir dilin abidəsi varsa və o abidə o dilə aid edilirsə, deməli, 

o dil o biri dillərdən fərqlənir.

«Qırğızlar   Orta Asiyanın ən qədim xalqlarındandır. Qırğızlar 

haqqında ilk məlumat e.ə.201-ci ilə aiddir.» (A.A.Koklyanova. Kir-

qizskiy əzık. V kn: «Mladopisğmennıe əzıki narodov SSSR», 1959, 

s106) «Uyğurlar qədim zəngin mədəniyyəti olan xalqdır. Eramızın 

VIII əsrinə aid yazısı və yazılı abidələri olan xalqdır». (Orada, 170) 

«Çuvaş dili, məlum olduğu kimi,  o biri türk dillərindən kəskin fərq-

lənən dildir». (s.182)

Yadigar   da   jeyir   ki,     XVIII   əsrə   qədər   türk   dilləri 

fərqlənməyib və cəmi bir dil olub – «türki».

Başqa ölkələrin tədqiqatçıları başqa cür   deyir, az-çox insafla 

danışır. Bizim öz içərimizdən doktor olmaq istəyən isə deyir ki, «Sözü 

uzatmayın, VI-X əsrlərdə bir dil – «bir qədim türk dili olub»,  X əsrdə 

bu dil türki adlı yeni dilə çevrilib, XVII əsrə qədər o, bir (vahid) dil ki-

mi inkişaf edib, XVII əsrdə tənəzzül edib və başına nə iş gəlib, bilmi-

rəm».


2.Dediyinin   mahiyyəti   bir   də   budur   ki,  

X1   əsrə   qədər 

Azərbaycanda   türk   olmayıb,   Azərbaycan   əhalisi   X1 

əsrdən türkləşdirilməyə başlayıb,

 Səlcuqların gəlişi ilə. 

Bu, çox əhəmiyyətli «yenilik»dir, çünki belə olmasa, ermənilər 

və farslar üçün çətinlik olar. Məsələn, ermənilər deyə bilməz ki, in-

diki Azərbaycan torpaqlarının hamısı Tiqranın əraziləridir. Amma biz 

özümüz sübut edəndən sonra ki, bu yerlərə biz gəlməyik, XI əsrdən 

gəlməyə başlamışıq, onda onların daha nə çətinliyi olar? Adam bey-

nəlmiləlçi olmalı, qonşulara kömək etməlidir. 

Amma bizim görkəmli alimlərimiz tam başqa söz deyirlər və 

tarixi   faktlar   da   onların   dediklərinə   uyğundur,   bu   köhnə 

bayatının yenidən «kəşfinə» yox.

Şumer-türk  münasibətləri   insanları   təzəcə  düşündürməyə 

başladığı, aborigen türklərin çox qədim tarixi nəzərə alınmadığı 

dövrdə ümumxalq  Azərbaycan dilinin VI-VIII əsrlərdə təşəkkül 

tapdığını qeyd etməyin özü də böyük cəsarətin və elmi qğdrətin 

nəticəsi   idi.   Ədəbi   dilimizin   tarixinin   misilsiz   tədqiqatçısı 

prof.Ə.Dəmirçizadə   məhz   belə   düşünmüş   və   beləcə   də 

yazmışdır:     “Məlum   olduğu   üzrə,   VI-VIII   əsrlərdə   vahid 

287



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə