Oğuzların Ön Asiyanın çox qədim tayfaları olduğuna tarix
kitablarında aydın işarələr də vardır. E.ə.III minillikdə Ön
Asiyadan ayrılıb Mərkəzi Asiyaya hərəkət edən toxarların bir
bölümü oğuzlar hesab olunur (T.Qamkrelidze,V.İvanov): «Eyni
zamanda tükər/toxar adı qədim oğuz etnik bölümlərini də
bildirirdi. Adı çəkilən tədqiqatçılar toxarlara şamil edilmiş türk
mənşəli tukri adını Diyala çayının yuxarı axarında yerləşdirilən
Tukriş ölkə adı ilə eyniləşdirirdilər» ”. (2; 81-82)
Diqqətlə araşdırmalar apardıqda hadisələr məntiqi şəkildə
əlaqələnir. Ə.Dəmirçizadə Azərbaycan dilinin mahiyyətində nə
ayrıca oğuz, nə də qıpçaq görür, ümumiləşmiş şəkildə «türk»”
görür. Türk sözü e.ə. III minillikdən özünü göstərməkdədir,
“Tükər” sözü şübhəlidirsə, «Turukki”» sözü var. Bütün türk
xalqları arasında yeganə Azərbaycan dili bizim zəmanəmizə
qədər «türk dili»” adını qoruyub saxlayıb. Oğuzlar Mərkəzi
Asiyaya buradan yayılıb. Gələnlər yenə bura gəlib. Adları
aşquzay, işquzay şəklində, skuz, skif, skolot şəkillərində tələffüz
edilən türk tayfalarının oğuzlar olduğu artıq tədqiqatçılar
tərəfindən üzə çıxarılmışdır. Z.Həsənov Azərbaycanda çarlıq
yaratmış skifləri ətraflı tədqiq edərək yazmışdır: “Skif etnonimi
«oğuz”» şəklində etimologiyalaşdırıla bilər”.(46; 54) Ətraflı və
səmərəli tədqiqatdan belə bir qənaətə gələn müəllif yenə yazır:
«Qeyd edək ki, quz-oğuz etnik anlayışını indi türk dillərinin oğuz
qrupuna daxil olan türklərin əcdadı təsəvvürü ilə qəti şəkildə
eyniləşdirmək olmaz. Qədim dövrün quzları-oğuzları (Herodot və
Rəşid-əd Dinin təsvir etdikləri) bərabər şəkildə bütün müasir
türklərin əcdadı olmuşlar. Tarixi məlumata əsasən, Oğuz xanın
tayfa ittifaqının tərkibində qıpçaqlar, karluklar, uyğurlar və başqa
türk etnosları birləşmişdi»”. (46,117) V.V.Bartold qeyd edir ki,
geniş Qıpçaq çölü X əsrdə Quz çölü adlanırdı. (47; 87)
N.A.Baskakov göstərir ki, M.Kaşğari daim öz lüğətində
qıpçaqlarla oğuzları yaxınlaşdırmış, onları uyğurlara qarşı
qoymuşdur. Məsələn, M.Kaşğarinin qeydlərindən aydın olur ki,
oğuz və qıpçaqlarda söz başında “y” səsi uyğurlarda düşür: yılığ
282
suv (oğuz, qıpçaq) - ilığ suğ (uyğur). Oğuz və qıpçaqlarda “m”
səsi uyğurlarda “b” səsinə keçir: men berdim (oğuz, qıpçaq) -
ben berdim (uyğur) və s. (Bu hal, yəni «b» səsi də güstərir ki,
Azərbaycanın yerli tğrkləri ilə Səlcuq oğuzları – XI əsrdə gələn
Anadolu tğrkləri fərqli əhalidir). Müəllif fikrini ümumiləşdirərək
yazır: «Mahmud Kaşğarinin oğuz və qıpçaq dillərini uyğur dili ilə
qarşılaşdırması göstərir ki, keçmiş dövrlərdə, məhz Hun
dövründə bu dillər (oğuz və qıpçaq dilləri - Q.K.) hələ
diferensiasiyaya uğramamışdı və vahid oğuz-karluk-qıpçaq
ünsiyyətini təşkil etmişdir ki, o da sonralar, bir tərəfdən, karluk
(uyğur), digər tərəfdən, oğuz-qıpçaq dillərinə parçalanmış,
sonrakılar isə oğuz və qıpçaq dilləri kimi ikiləşmişdir».” (27;
156-157)
Beləliklə, türk tayfaları zaman keçdikcə qaynayıb-qarışmış,
Azərbaycan xalqının, müasir Azərbaycan dilinin təşəkkülünə
gətirib çıxarmışdır. Bir sıra şivə fərqlərinə baxmayaraq, erkən
orta əsrlərdə Azərbaycanda yerli və gəlmə türk etnoslarının
vahid xalq kimi birləşməsi prosesi başa çatmışdır.
Bütün bunlara əsasən nəzərə almaq lazımdır ki, Azərbaycan
oğuzları XI əsrdə gələn Səlcuq oğuzlarından ibarət olmadığı kimi,
«Kitabi-Dədə Qorqud» da Səlcuqların dastanı deyil. «Kitabi-Dədə
Qorqud»un Homerlə yaşıd olması, poetik cəhətdən «İliada» və
«Odisseya» əsərləri ilə son dərəcə yaxınlığı, Homerin və Dədə
Qorqudun eyni mif və hadisələrdən qaynaqlandığı da göstərir ki,
«Kitabi-Dədə Qorqud» qədim Ön Asiya – Azərbaycan oğuzlarının
dastanıdır.
Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə protoazərbaycan
dili mərhələsi sona yetir və ğ m u m x a l q A z ə r b a y c a n d i
l i mərhələsi başlayır. Biz bu mərhələni iki dövrə ayırırıq:
a) ədəbi dilin təşəkkül dövrü (V - XI əsrlər);
b) ədəbi dilin inkişaf dövrü (XI - XV əsrlər).
283
Birinci dövrün özü də: şifahi ədəbi dilin təşəkkülü (V - VIII
əsrlər) və yazılı ədəbi dilin təşəkkülü (IX - XI əsrlər) mərhələlərinə
ayrılır.
Sonrakı düvr (XVI-XXI əsrlər) Azərbaycan milli ədəbi dilinin
təşəkkülü və inkişafı dövrudğr.
Yenə gələk dissertasiyanın üzərinə.
«Abidələrin dilində frazeologizmlərin – sabit söz
birləşməsi, atalar sözləri, bəzi stabil birləşmələrin olması qədim
türk dövründə şifahi ədəbi dilin də mövcudluğunu söyləməyə
əsas verir» (13). Belə də fikir olar? Şifahi ədəbi dil olmadan yazılı
ədəbi dil yaranar?
Əsərin birinci fəsli heç bir fakta əsaslanmayan qeyri-obyektiiv
və zərərli mülahizələrdən ibarətdir. İkinci fəsildə isə müəllif ortaya
qoyduğu «qədim türk dili»ndən fonetik, leksik və qrammtik
cəhətdən nələrin sıradan çıxdığını, «türki» dediyi dildə hansı yeni
fonetik, leksik, qrammatik əlamətlərin yarandığını, onun «qədim
türk dili»ndən nə ilə fərqləndiyini izah etmək əvəzinə, daha çox
qədim türk dilindən «türki»yə nələrin «ötürüldüyü»ndən danışır.
Bunun isə elə bir mənası yoxdur, çünki dildə katastrofik dəyişmələr
olmur. Heç bir xalq bir mərhələdən o birinə keçərkən öz dilinə
məxsus sait və samitləri, leksitk vasitələri, min illər ərzində forma-
laşmış qrammatik quruluşu atıb yenisini düzəltmir. Dildə
səlisləşmə, zənginləşmə istiqamətində inkişaf gedir. Tədricən
arxaikləşmələr də olur, yeniləşmələr də. Amma bir-iki əsrdə heç
bir dil köklü-köməcli dəyişib yeni dilə çevrilmir.
Beləliklə, bu əsərdə türk dillərinin tarixi inkişaf yolu qəsdən
təhrif edilir, bəşərin qədim bir qolu və yaşıdı olan türk tarixininə
nifrətlə baxılır. Türklərin bütün millətlərdən cavan və uşaq olduğu
sübuta çalışılır. Azərbaycanın türk yurdu olmadığı, türklərin bura
gəlmə olduğu «əsaslandırılır», Azərbaycan İran ərazisi kimi verilir,
onun azı 5 min illik şanlı tarixi üzərinə müəllif qara pərdə çəkmək
istəyir.
Onlarca müxtəlif mövzu seçə bilərdi. Amma belə bir mövzu
seçib. Çünki ideoloji məqsəd var: bir daş ilə türkü bütöv vurmaq
və Azərbaycan türkünü köksüz elan etmək!
284
Dostları ilə paylaş: |