Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə212/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   208   209   210   211   212   213   214   215   ...   243

canişinlikdə   birləşdirilmiş,   sonralar   ərəblər   də   bu   strukturu 

saxlamış, pozmamışlar. Sasani imperiyasının süqutu dövründə - 

Xilafətin meydana çıxdığı ərəfədə vahid Azərbaycan xalqının və 

vahid Azərbaycan dilinin təşəkkülü artıq başa çatmışdı. Bunu e.ə. 

kükğ zox qədimlərlə bağlı olan, VI-VIII əsrlərdə yenidən işlənmiş 

və   cilalanmış   «Kitabi-Dədə   Qorqud”»   dastanları   və   bu 

dastanların misilsiz dil materialı da təsdiq edir.

Azərbaycanda   hər   tərəfi   bürüyən   türk   coşqunluğunu 

görmək əvəzinə, Atropatena ərazisində yaşayan əhalinin dilinin 

Əhəmənilər   dövründən   iranlılaşdırılmış   olduğunu   iddia   edənlər 

də vardır. (1;259-271) Bu məqamda Ə.S.Sumbatzadə həqiqətə 

sadiq   qalaraq,   Atropatena   dövrü   Azərbaycan   əhalisinin   etnik 

tərkibi və dili haqqında araşdırmaların çətinliyini qeyd etsə də, 

Parfiya asılılığı dövründə yerli əhalinin dilinin iranlılaşdırılmadığını 

xüsusi nəzərə çarpdırır: «Atropatena əhalisinin dilinin xarakteri 

və mənsubiyyəti barədə suala cavab vermək olduqca çətindir. 

Heç bir şübhə yoxdur ki, İran Parfiya dövlətindən asılı vəziyyətə 

salınmış   Atropatenada   da   ölkə   əhalisinin   tərkibinin   və   dilinin 

iranlılaşma   prosesinə   qarşı   yenidən   güc   toplaması   qaçılmaz 

olmuşdur.   Lakin   tayfa   qruplarının   və   kiçik   xalqların   etnik 

müxtəlifliyinin təsviri   Parfiya hakimiyyəti dövründə Atropatena 

əhalisinin tərkibinin və dilinin iranlılaşdırıldığını düşünməyə əsas 

vermir».” (10; 47) Müəllif bunu da əlavə etmişdir ki, parfiyalılar 

yalnız hakimlərin təyini ilə məşğul olmuş və Atropatena ərazisinə 

irandilli   əhali   köçürməmişlər.   Ə.S.Sumbatzadə   çox   mühüm   bir 

məsələyə də toxunaraq yazır: «”Beləliklə, təbii coğrafi faktor - 

Araz çayı o uzaq dövrdə də bu çaydan cənubda olduğu kimi, 

şimalda   da   yaşayan   Azərbaycan   əhalisinin   etnik   yekcinsliyini 

poza bilməmişdir»...” (10; 47) Bu cəhət zəruri bir faktor olmaqla 

e.ə.   IV   əsrdən   başlayaraq   Atropatena   və   Albaniya   əhalisinin 

dilinin xalq dili şəklində ümumiləşməsi prosesinin sürətlənməsi 

üçün zəruri şərtlərdən olmuşdur. Bir sıra tarixçilər yerli əhalinin 

iranlılaşdırılmasını o qədər asan bir proses kimi təsəvvür etmiş 

və yazmışlar ki, müəllif bunu da əlavə etməli olmuşdur  ki, hətta 

güclü   Sasanilər   imperiyası   dövründə   də   yerli   dilləri 

iranlılaşdırmaq mümkün olmamışdır.(10; 58) 

279



Köhnə eranın başa çatdığı, yeni eranın başlandığı dövrdə 

«xalqların böyük köçü»”nə səbəb olan hunların qərbə hərəkəti 

şimallı-cənublu Azərbaycanın birdəfəlik Yer kürəsində türk yurdu, 

türk   vətəni   kimi   bərqərar   olmasına   zəmin   yaratmışdır.   Başqa 

sözlə, o ərazilərdə ki türk tayfaları yerləşmişdilər, qohum tayfalar 

gələndə onlar yerlərini dəyişməli olmamış, yalnız yeni gələnlərlə 

sıxlaşmış,   zənginləşmişlər.   İran   və   qafqazdillilər   bu   ərazilərdə 

geniş yayıla blməmişlər.

Türk tayfalarının hun ittifaqı Azərbaycanın şimalı ilə cənubu 

arasında   əlaqələri   daha   da   sıxlaşdırdı.   Əvvəllər   Adərbayqan 

(Atropatena) ölkə adı Cənubi, Albaniya isə Şimali Azərbaycana 

şamil edilirdi. Artıq “... erkən orta əsrlərdə  Şimali Azərbaycanın 

da   ərazisi   Adərbayqan   (Aturpatakan)   anlayışı   altında 

birləşdirilirdi».” (2; 136,215) Ərazi birliyi, etnik birlik, dil birliyi, 

ictimai-siyasi   və   iqtisadi   həyat   birliyi   xalqın   və   xalq   dilinin 

təşəkkülü üçün əsas olmuşdur. 

Təbii   ki,   oxucunu   bir   məsələ   daha   çox   düşündürür: 

Azərbaycan ərazisində qədimdən bəri lullular, kutilər, turukkilər, 

kaslar,   kaspilər,   mağlar   (mannalılar,   madaylar),   albanlar, 

qarqarlar, e.ə.VIII-VII əsrlərdə geri qayıdan kimmerlər, skiflər, 

saklar, hun dövründə savarlar, peçeneqlər, qıpçaqlar, bir qədər 

sonra xəzərlər və s. saysız türk tayfaları əsasında oğuz qrupu 

türk   dillərinə   daxil   olan   ümumxalq   Azərbaycan   dili   necə 

formalaşdı, necə təşəkkül tapdı? Bu qədər tayfa içərisində koyne 

nədən ibarət olmuşdur? 

Əvvələn, hazırkı dövrdə Azərbaycan dilinin cənub, qərb və 

şimal-şərq   ləhcələrinə   ayrılması   tayfa   dillərinə   deyil,   məhəlli 

prinsiplərə   əsaslansa   da   (45;   282-295),   bu   bölgü   tayfa   dil 

əlamətlərini də mühafizə edir. Azərbaycan dilinin keçid şivələri ilə 

yanaşı, rəngarəng və bir-birindən kifayət qədər fərqlənən şivələri 

də   vardır.   Kərkükdən   Dərbəndə   qədər   geniş   ərazilərdə 

məskunlaşmış   azı   50   milyonluq   Azərbaycan   türklərini   tam 

təsəvvür etmək lazımdır.  Bunlar göstərir ki, müxtəlif tayfa dilləri 

280



izsiz yox olmamışdır. İndi tarixi dialektologiyanın əsas vəzifəsi 

məhz qədim Azərbaycan ərazilərindəki  tayfa dillərinin mümkün 

abidələr,   dil   materialları   əsasında   dialekt   faktlarını   həmin 

faktların bir vaxtkı daşıyıcıları olan tayfa dillərinə doğru tədqiq 

edib öyrənməkdir. Nəzərə alınmalı başqa çox mühüm bir məsələ 

də   Azərbaycan   dilinin   gəlmə   türk   tayfa   dilləri   əsasında   deyil, 

qədim   aborigen   türklərin   dili   əsasında   təşəkkülüdür.   Bu 

məqamda həm də nəzərə alınmalıdır ki, əvvələn, Azərbaycana 

gələn türk tayfaları, mühafizə olunmuş    faktlardan göründüyü 

üzrə,   vaxtilə   bu   ərazilərdən   getmiş   qohum   tayfalardan   ibarət 

olmuşdur, digər tərəfdən, hətta az-çox fərqli xüsusiyyətləri ilə 

seçilən tayfalar gəlmişsə belə, onlar da yerli tayfalarla asanlıqla 

çarpazlaşa   bilmişlər.   Hər   iki  halda  yerli  tayfa   dilləri  üstünlüyü 

saxlamışdır. 

Bütün bunlarla yanaşı, hansısa daha köklü bir tayfa dilinin 

üstünlüyü olmamış deyildir və tədqiqatçıların araşdırmaları ona 

yönəlmişdir   ki,   daim   ümumxalq   Azərbaycan   dili   oğuz   qrupu 

dillərindən hesab olunur. Fakt belədir ki, dilçilər oğuz və qıpçaq 

tayfa dilləri üzərində daha möhkəm dayanmışlar. Ə.Dəmirçizadə 

Azərbaycan dilində «oğuz və qıpçaq lisani ünsürləri”»nin tədqiqi 

ilə məşğul olmuşdur.(36;3-14)   Əgər Azərbaycan dili oğuz və 

qıpçaq   tayfa   dilləri   əsasında   təşəkkül   tapmışsa,   onda   «lisani 

ünsürlər»” nə deməkdir? «Lisani ünsür»” dilin mahiyyətini əhatə 

etmir, onun üzdə olan çox nazik qatlarına işarə edir: deməli, bu 

dil kök etibarilə başqadır, lakin onun tərkibində oğuz və qıpçaq 

tayfa dillərinə məxsus ünsürlər qabarıqdır. Bizcə, professor düz 

düşünüb   -   bu   dil   mahiyyət   etibarilə   türk   dilidir,   lakin   onun 

ümumi fonunda oğuz və qıpçaq tayfa dillərinə məxsus çalarlar 

daha aydın seçilir. Belə olduqda burada iki variant görünür: ya 

oğuzlar   çox   qədim   (hun   dövrü   yox,   daha   qədim)   dövrün 

tayfalarıdır, yaxud da qədim (e.ə.III-II minilliklərin) türk dilinə 

oğuz   və   sonralar   müəyyən   dərəcə   qıpçaq   elementləri   çöküb. 

Bizim   fikrimizcə,   oğuzların   özləri   Ön   Asiyanın   ən   qədim 

tayfalarındandır   və   onların   bir   sıra   bölümləri   Ön   Asiyadan 

ayrılaraq haraları dolansa da, sonralar yenə Ön Asiya yurdlarına 

qayıtmışlar.

281



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə