Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə210/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   206   207   208   209   210   211   212   213   ...   243

yoxsa şüurlu şəkildə xalqın  tarixi əleyhinə hədyan söyləməyə yö-

nəldilər? 

Mir Cəlalın «Dirilən adam» romanında baş qəhrəman Qədir 

haqsızlıq   dünyasından,   Bəbir   bəyin   zorakılıqlarından   pristava 

şikayət edir.  Xeyli danışdıqdan sonra pristav qəzəblə soruşur:

-Nə istəyirsən?

Qədir deyir:

-Qoy başdan danışım.

Yenə bəyin zorakılığı haqqında xeyli danışır, bəyin insana 

yaraşmayan hərəkətlərini sadalayır. Lakin bu dəfə pristav daha 

qəzəblə soruşur:

- Nə istəyirsən, a çöllü?

Qədir müvazinətini düzəldib üçüncü dəfə deyir:

-Qoy başdan danışım.

İndi mən də məcburam o «çöllü» kimi haq yolunda başdan 

danışam. Çünki istəməyəndə başa düşmək istəmirlər. Sən də məc-

bursan bir də başdan danışasan. Axırı da haq danışdığın üçün ya 

səni Qədir kimi dama basacaqlar,   ya da elə bir vaxt gələcək ki, 

onların çarxını çevirəcəklər.

Yer üzərində yaranmış vahid Ulu dilin inkişafında təqribən 

miladdan əvvəl XII minillikdə ikinci böyük mərhələ - protodillərin 

parçalanması   mərhələsi   başlayır   və   XII-VI   minilliklər   arası   dil 

ailələrinin təşəkkülü dövrü hesab olunur.

E.  ə.  VI  minilliyə   qədərki  dövr   haqqında   yalnız  arxeoloji 

materiallar   əsasında   məlumat   almaq   olur.   Mezolitdə   (XII-VIII 

minilliklər)   insanın   əmək   fəaliyyətində,   dünyagörüşündə,   ətraf 

aləmə münasibətində əmələ gələn dəyişikliklər onun təfəkkür və 

nitq   inkişafına   səbəb   olur.   Həyatın   12   min   il   əvvəl   başladığı 

Qobustan   mağara   düşərgəsi   materialları   bunun   əyani   sübutu 

sayılır. Neolit dövründə (VII-VI minilliklər) insanın oturaq həyata 

keçməsi, maldarlıq və əkinçiliklə əsaslı surətdə məşğul olmağa 

başlaması onun dərketmə qabiliyyətinin yüksəlməsi üçün güclü 

zəmin yaradır, ibtidai insan ilkin incəsənət vərdişləri əldə edir. 

İnsan   sürətlə   artır,   dillər   uzaq   ərazilər   və   uzun   minilliklər 

hesabına   tədricən   bir-birindən   fərqli   keyfiyyətlər   qazanmağa 

başlayır: “Artıq ibtidai tarixin sonunda ən iri dil ailələri, başqa 

273



sözlə, qrammatik quruluşuna və əsas lüğət fonduna görə yaxın 

olan  dil ailələri mövcud idi: Hind-Avropa (müasir slavyan, baltik, 

german,  kelt, roman,  İran, hind,  erməni,  yunan və b. dillər), 

sami-hami   dilləri   (qədim   Misir,   sami   -   akkad   (babil,   assur), 

Finikiya, qədim yevrey, ərəb, həbəş (amxar) və b. dillər), həm 

də şumer və xurrit, Altay (türk, monqol və b. dillər), Çin-Tibet 

(Çin xalqlarının dilləri, Tibet, Vyetnam, Birma), Ural (fin-uqor-

samodiy dilləri) və s.”(İstoriə drevneqo mira, 1, Moskva, 1983, 

s. 35-36) 

Bu dövr hazırkı türk dilləri üçün pratürkün   parçalanması 

dövrü   sayılır.   Pratürkün   parçalanması   da   məhz   Ön   Asiya 

hüdudları     ilə   bağlı   olmuşdur.   Prof.Y.B.Yusifov   yazır:     «Çox 

güman   ki,   pratürk   dil   birliyinin   parçalanması   e.ə.   VIII-VII 

minilliklərdə   baş   vermiş   və   bu   dövrdə   Hind-Avropa   dili   ilə 

ünsiyyətdə   olmuşdur.   Bu   etnosların   arasında   qarşılıqlı   leksik 

mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada (fərqləndirmə 

mənimdir   -   Q.K.)   baş   vermişdir»”.   (Azərbaycan   tarixi,   I, 

Azərbaycan Düvlət Nəşriyyatı, Bakı, 1994, s. 83)   Müəllif Hind-

Avropa dili ilə ünsiyyəti ona görə nəzərə çarpdırır ki, hələ tam 

yetkinləşməmiş   bu   dil   ailələrinin   praformalarında   leksik 

müvaziliklər aydın seçilir. Lakin bunlar bu iki dilin Ön Asiyada 

kontaktı   ilə   deyil,   daha   zox   eyni   kökdən   -   vahid   Ulu   dildən 

ayrılmaları   ilə   bağlı   olmuşdur.   Azərbaycan   əraziləri   pratürkün 

vətəni olmaqla, onun   parçalanma sahəsi kimi mərkəzi mövqe 

tuturdu.

E.ə.12-ci minillikdə sami tayfalarından, hindavropalılardan 

və başqalarından təcridolunma prosesini əsasən başa çatdırmış 

olan   prototürk     əhali   böyük   kütlələr   halında   miqrasiyaya 

başlayarkən   bir   qismi   öz   ulu   vətənində   qalmış,   qalanı   güclü 

axınla   münbit   şərait   və  torpaqlar   axtarışı   ilə   səyahətə   çıxmış, 

qərbdə   Balkana,   şərqdə   Çin   və   yapon   sərhədlərinə   qədər 

irəliləmiş,   minilliklər   ərzində   antropoloji   quruluşunu 

təkmilləşdirməklə   yanaşı,   dilini   də   dəyişmiş,   artıb-çoxalmış, 

qohum   budaqlara  ayrılmışdır.   Buna  görə də türklərin qərb  və 

şərq  vətənləri arasında oxşar relyef və çay vadiləri, dağ ətəkləri, 

274



çoxlu   toponimlər   vardır.   Türklərin,   monqolların,   tunqus-

mancurların   bir   kökdən   olmasına   bu   mənada   şübhə   yoxdur. 

Bunlar   güstərir   ki,   Altay   türklərin   beşiyi,   ilkin   vətəni   deyildir. 

Türklərin beşiyi Ön Asiyadır. Hər şey buradan başlamışdır. İlk 

miqrasiyaların çıxış nöqtəsi Ön Asiyadır. E.ə. VIII-VII əsrlərdə 

sakların,   kimmerlərin,   skiflərin   Azərbaycana   gəlişi   qohum 

tayfaların çox sonrakı əks miqrasiyalarındandır. 

Türklərin   şərqə   birbaşa   ilkin   hərəkəti   mezolitə   (XII-VIII 

minilliklər) aiddir, çünki ən mühüm miqrasiyalar dövrü mezolit 

hesab olunur. Mezolitdən keçən minilliklər ərzində (hun dövrünə 

qədər   8   min   il)   türklər   Altayda   artıb-çoxalmış,   tədricən   bu 

kökdən tipoloji  cəhətdən eyni olan tunqus-mancur  və  monqol 

dilləri   təcrid   olunmuşdur.   Görünür,   iltisaqi   türk   protodili   hələ 

miqrasiyanın   başlandığı   dövrdə   aydın   şivə   xüsusiyyətləri   ilə 

fərqlənirmiş.   Ön   Asiyada   qalan   türk   qolundan   iltisaqi     türk-

şumer, elam, hurri və urartu dilləri,   şərqə üz tutan qolundan 

monqol,   tunqus,   mancur,   yapon,   koreya   dilləri   ayrılmışdır. 

Qarışıq   şivələr   Mərkəzi   Asiyanın   hüdudsuz   ərazilərində   hələ 

Altayaqədərki   dövrdə   qohumluq   əlaqələri   çətin   sezilən   fərqli 

keyfiyyətlər   qazanmışdır.   Bunlardan   belə   nəticə   çıxarmaq   olur 

ki, qədim dünyanın bütün iltisaqi dilləri bir kökdən, bir ümumi 

protodildən   yaranmışlar.   Bu   cəhət   tipoloji   cəhətdən   fərqlənən 

digər dil ailələrinə  də aiddir. 

Biz bu mülahizələrdə türkləri qohumları arasında ona görə 

əsas  qol hesab  edirik ki,  Ön  və Mərkəzi Asiyada daim  böyük 

kəmiyyət üstünlükləri ilə fərqlənmişlər. Digər tərəfdən, çox aydın 

hiss olunur  ki, şərqə, qərbə, şimala hərəkət edən türklər heç 

vaxt Ön Asiya ilə əlaqələrini kəsməmişlər. Tarixini bilmədiyimiz 

saysız əks miqrasiyalar olmuşdur ki, bunlardan bizə çatanı hələlik 

sakların,   skiflərin,   kimmerlərin   geri   miqrasiyasıdır.   Ulu   dildən 

təcrid olunmuş türk protodilini, o protodil ki ondan Ön Asiyada 

elam, hurri, urartu, Mərkəzi Asiyada monqol, mancur, tunqus, 

Koreya   dilləri  təcrid   olunmuşdur,   onu   başqa   bir   şərti  adla   da 

adlandırmaq   olardı.   Lakin   Ön   Asiyada   şumer-türk   üstünlüyü, 

275



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə