Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə206/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   202   203   204   205   206   207   208   209   ...   243

üzündə bir (bir dənə) türk ədəbi dili olub və bu dil     XI əsrdən 

birdən-birə   «türki»   adlanan   yeni   bir   türk   ədəbi   dilinə   (bir   dilə) 

çevrilib və  XVII əsrə qədər bir dil olaraq qalıb, nə dəyişibsə, bir di-

lin daxilində baş verə bilən dəyişmələrdən ibarət olub. Yəni  XVIII 

əsrə qədər bizim tanıdığımız qazax, qırğız, özbək, türkmən, çuvaş, 

tatar, başqırd, uyğur, Azərbaycan … dillərinin heç biri olmayıb, biri 

digərindən fərqlənən türk dilləri olmayıb. Yalnız «türki» adlı vahid 

bir ədəbi dil olub. XVIII əsrdən sonrakı dövr barədə müəllif nə 

düşünür, onu bilmirik, çünki bu barədə bir söz deməyib.

Beləcə, çox sadə. Bu qədər xalqın dilini bu cür sadə yolla həll 

etmək bu vaxta qədər nə rusların, nə farsların, nə də ermənilərin 

ağlına  gəlib.  Belə «ağıllı»  fikri elə  öz içərimizdəkilər  tapıb   deyə 

bilərdilər   ki,   onlar   da   tapıb   deyiblər.   Çünki   həmişə   xarici 

düşməndən çox, daxildəkilərdən zərər çəkmişik və Qarabağ da belə 

daxili düşmənlərin köməyi ilə getdi.

Dissertasiya başdan-başa ziddiyyətli fikirlərlə doludur. Səbəb 

odur   ki,   bütövlükdə   əsərdəki   konsepsiya,   türk   dillərinin   tarixinə 

baxış   yanlışdır   və   bu   hal   əksər   cümlələrdə   müəllifi   çıxılmaz 

vəziyyətdə   qoyur.   Lap   elə   avtoreferatın   ilk   cümləsinə   baxaq: 

«Qədim türk ədəbi dilinə məxsus norma xüsusiyyətlərinin orta əsr-

lərin   ümumtürk   ədəbi   dilinə     (türki)   ötürülməsi   problemi 

türkologiyada   yetərincə   tədqiq   edilməmişdir.   Prof.Ə.R.Tenişev, 

prof.N.Q.Cəfərov orta əsrlərin ümumtürk ədəbi dili - «türki» haqqın-

da məqalələr  yazmış, Orxon-Yenisey abidələrinin bəzi dil xüsusiy-

yətlərinin  orta türk dövrü  yazılı abidələrində davam və inkişaf et-

dirildiyini göstərmişlər». (s.3) 

Oxucu   görsün   –   aydın   deyir:   «qədim   türk     ədəbi   dilinə 

məxsus  norma   xüsusiyyətlərinin   orta   əsrlərin   ümumtürk   ədəbi 

dilinə   (türki)   ötürülməsi…»   Deməli,   müəllif   Türk   xaqanlığından 

XVIII əsrə qədərki dövrdə bir «qədim türk dili», bir də «türki ədəbi 

dili»   adlı   iki   dil   tanıyır.   Bunun   üçün   iki   alimin   adını   çəkmədiyi 

məqalələrinə əsaslanır. «Norma xüsusiyyətlərinin ötürülməsindən» 

danışır. Norma xüsusiyyətləri ötürülmüşsə, o dillər necə fərqlənə 

bilərdilər   və   ümumən   «norma   xüsusiyyətlərinin   ötürülməsi»   nə 

deməkdir? Belə çıxır ki, kimlərsə bu «dillərin» başı üzərində durmuş 

imiş və gözləyib, X əsr gəlib çatanda qədim türk dilinin  norma 

xüsusiyyətlərini   qoyun   sürüsü   kimi   «türki»nin   içərilərinə   ötürüb. 

261



Müəllif başa düşməlidir ki, heç kim bu «ötürmək»lə şüurlu şəkildə 

məşğul olmur. Dil inkişaf edir və dildə təkmilləşmə, səlisləşmə, eyni 

zamanda arxaikləşmə baş verir. «…paralel dil faktlarından bəzisi 

normalaşır, digər qismi isə sabit situasiyalara, üslubi məqamlara 

təhkim   olunurlar».(s.3)   Kim   təhkim   eləyir   bunu?   Dil   faktlarını 

təhkim eləmək olarmı? «Sabit situasiyalar» nə deməkdir? Görün 

necə yeni «kəşflər» var: «Genetik və xronoloji baxımdan orta türk 

dövrü qədim türk dövrünün davamı olduğu kimi, hər iki dövrün 

etnik və dil prosesləri arasında   da varislik (sələf-xələf rabitəsi) 

özünü göstərir».(s.9)  Bəs nə cür olmalı idi? Bəlkə «türki» öz ilha-

mını başqa dillərdən almalı idi?

Baxın, çox mühüm ideyalardan biri budur:  



«Orta əsrlər 

dövrü   ümumtürk   ədəbi   dilinin     -   «türki»nin   dörd 

regional təzahür forması   (oğuz türkisi, qıpçaq türkisi,  

karluq   türkisi,   uyğur   türkisi)   müəyyən   edilir…»

  (s.6) 


Müəllifin   izahından   və   elə   cümlədən   də   aydın   olur   ki,   bunlar 

(oğuz türkisi, qıpçaq türkisi, karluq türkisi, uyğur türkisi) dil de-

yil, dil birdir – türkidir, bunlar bir dilin regional təzahürləridir. 

Oğuz  türkcəsi   dedikdə   bugünki   bölgüyə   düşən   dillər   –   türk, 

türkmən, Azərbaycan, qaqauz, mesxet türklərinin  dil birliyi nəzərdə 

tutulmur.  Bunlar   dil   deyil,   türkinin   regional   təzahürüdür.   Dörd 

regional təzahürün hamısı bir dil deməkdir.  Bir qədər sonra lap 

konkret fikrini verəcəyik. 

Müəllifin fikrincə, «türki» XVII əsrdə tənəzzül edir, yəni  XVII 

əsrə kimi vahid dil kimi gələn «türki» bu əsrdə dəyişikliyə uğrayır. 

Dəyişiklik nədən ibarət olur – bilinmir. 

Bu şəkildə götürdükdə, deməli, Həsənoğlu da, Qazi Bürha-

nəddin də, Nəsimi də, Şah İsmayıl da, Füzuli də, Qurbani də, Saib 

Təbrizi də,   Qövsi də, Məsihi də elə bir dildə (yəni türki adlanan 

dildə)   yazmışlar   ki,     onların   sənət   nümunələrinin   yalnız   türk, 

türkmən, qaqauz xalqları üçün deyil, başqırd, qazax, çuvaş, qırğız, 

uyğur,   xakas,   şor,   yakut,   özbək   xalqları   üçün   də   heç   bir   fərqi 

olmayıb. Bu cür saxta «ümumtürkçülük» adı altında türk xalqlarının 

şanlı tarixinin belinə daş qoymaq istəyirlər.

      Müəllif   vahid   «türki»   daxilində   regional   təzahürdən   danışır, 

dildən yox.

«Regional təzahür» nə deməkdir? 

262



«Regional təzahür»  o deməkdir ki, türklər, doğrudur, şimal-

qərbdə,   cənub-qərbdə,   şimal-şərqdə,   cənub-şərqdə   lokallaşıb, 

amma bunun dilə dəxli yoxdur, bunların hamısı  vahid bir «türki» 

adlı   dildə   danışıb,   yazıb.     «Bunların   hamısı»   deyəndə,   müəllif 

xalqların adlarını da nəzərə almır,  tayfa adı ilə bütün türk xalqlarını 

dörd qrup (oğuz, qıpçaq, uyğur, karluk) şəklində təsəvvür edir. 

Biz dilimizin tarixini araşdırıb, onun hansı qədim tarixdən 

qaynaq aldığını öyrənməyə çalışırıq, faktik olaraq, Yer üzündəki 

ən qədim dillərdən biri olduğunu üzə çıxarmaq istəyirik, gənc 

tədqiqatçılarımız   isə   bütün   üzə   çıxarılanların   üstündən   qələm 

çəkmək   istəyirlər. Bir sıra xarici və mürtəce daxili tarixçilərin 

dediklərini   əsaslandırmağa   çalışırlar.   Bu,   xarici   (düşmən) 

ideologiyanın   təsirindən   irəli   gəlir.   Sovet   dövründə   rusların 

özlərinin   siyasətləri   vardı:   qədim   türk   tarixinin   üzə   çıxmasına 

imkan verməmək Amma indi hindavropalılarr bizə birbaşa heç nə 

diqtə edə bilmir və bu məqamda yerli kadrlar onların xidmətində 

hazır dururlar. 

Dilimizin tarixi ilə bağlı söhbətlə bir qədər sonra yenidən 

məşğul   olacağıq.   Hələlik   «əsər»dəki   bəzi   mətləblərə 

münasibətimizi bildirməkdə davam edək.

Mühüm tezislərdən biri 

«qədim türk ədəbi dili»

 ifadəsidir. 

Yenə   təkrar   edirik,   müəllifin   fikrincə,   VI   –   X   əsrlər   arasında 

Balkandan Yapon ərazilərinə qədər olan böyük bir dünyada vahid 

«qədim türk ədəbi dili» işlənib. Başa düşmək olmur ki, təyyarə yox, 

televiziya   yox,   mətbuat   yox,  cib   telefonu   yox,   bu   qədər   böyük 

əraziyə  səpələnmiş  türklər  necə  bir  ədəbi  dildə danışa  bilərdilər. 

Burada əlifba ilə dil eyniləşdirilir. Orxon-Yenisey əlifbasından geniş 

dairədə bütün tayfalar istifadə edib. Bununla bu qədər geniş ərazidə 

əhalinin   bir   dildə   danışdığını   necə   sübut   etmək   olar?   Ərəb   əlif-

basından bütün ərəb xalqları, farslar və əksər türk xalqları istifadə 

ediblər.  Bu o deməkdirmi ki, bu xalqların hamısı bir ədəbi dildə da-

nışıb? Digər tərəfdən, bütün qədim yazılar (Orxon-Yenisey adı ilə ta-

nınan   yazılar)   birlikdə   cəmi   iki   çap   vərəqi   həcmində   deyil,   elə 

abidələr var, bir sözdən, bir cümlədən, bir neçə cümlədən ibarətdir. 

Uzağı iki səhifəlik yazılar var. Bunlarla «vahid ədəbi dil», «koyne» 

müəyənləşdirmək olar? 

263



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə