Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə204/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   200   201   202   203   204   205   206   207   ...   243

Sən heç bir araşdırma aparmadan midiyalıların türklərdən 

ibarət   olduğuna   kinayə   edirsən?   Niyə?   Midiya   imperiyası   ilkin 

olaraq   Azərbaycan   ərazisində   əmələ   gəlib.   Farslar   indiki   İran 

yaylasına   e.ə.VIII   əsrdə   gəlməyə   başlayıblar.   Midiya   dövləti 

haqqında Assur mənbələrində e.ə.1X əsrdən məlumat verilir.  Bir 

tayfa bir ərazidə yoxdursa, o, orada necə dövlət yarada bilər? 

Farslar gəldikdən sonra heç Midiyanın daxilinə girə bilmədilər, 

ucqarlarda dolandılar.  Yalnız VI əsrin ortasında – e.ə.550-ci ildə 

Kirin  alçaqlığı və  Qarpağın  xəyanəti  ilə  farslar  hakimiyyəti  ələ 

alıblar. Onlar Midiya dövlətini necə yarada bilərdilər? 

Mən   yeni   tədqiqatlara   əsasən     (və   öz   araşdırmalarımı, 

Q.Qeybullayevin   araşdırmalarını)   nəzərə   alaraq   deyirəm   ki, 

Midiya   imperiyası   türk   imperiyasıdır,   midiyalıların   əsas   əhalisi 

türklərdir,   Midiya   –   Turandır,   o   Turandır   ki,   İran-Turan 

müharibələri   şəklində   tarixdə   böyük   iz   qoyub   və   bir   çox 

əsərlərdə   öz   əksini   tapıb.   Midiya   xüsusi   adları   türk   dilləri 

bazasında izah olunur. M.Kaşğarinin, ağıları ilə birlikdə xatırladığı 

Alp Ər Tonqa Turan dövlətinin başçısıdır. Kirə qarşı müharibəni o 

aparıb və axırda həlak olub. Alp Ər Tonqanı farslar «Əfrasiyab» ad-

landırmışlar.  Bizim «vətənsevər» tarixçilər Midiyanı da, Midiya pad-

şahlığını və padşahlarını da, Astiaq əfsanəsini də böyük səxavətlə 

İrana bağışlamaq istəyirlər. Bunlar hansı millətin övladlarıdır? Sənin 

başın qarışıb alimlərin çoxdan açıb-tökdükləri Orxon-Yenisey ya-

zılarına. Camaat tarixi tədqiqatla məşğuldur, xalqının tarixini öyrə-

nir. Tarixi tədqiqat əsasında artıq tam şəkildə sübüt olunur ki, Alp 

Ər Tonqa farsların dediyi Əfrasiyabdır və yenə tam şəkildə sübut 

olunur ki, Əfrasiyab deyilən adam axırıncı Midiya padşahı Astiaqdır. 

Buna nə deyirsən? İnkar edə biləcəksənmi? Astiaq da, Əfrasiyab 

da, Alp Ər Tonqa da Turan hakimidir, eyni adamlardır, farslarla 

müharibədədir   və   tarixin   ən   güclü   İran   -   Turan   müharibəsini 

aparmışlar. Midiyalılar Astiaqa yalvarır ki, padşahlığa farsları yaxın 

qoymasın, farslar hakimiyyəti ələ alsa, midiyalıları köləyə çevirəcək-

lər. Sən də yapışmısan ki, midiyalılar irandilli əhali idi. Qaldı, «vahid 

Midiya   dili»ndən   söhbət   getmir.   Dövləti   yaradan   əsas   əhalidən 

söhbət gedir. Midiya imperiyaya çevrildikdən sonra  sərhədləri çox 

genişlənir və müxtəlif tayfaları birləşdirir.

255



Mən bunu deyəndə sən deyirsən ki, xeyr, İqrar elə demir, 

başqa cür deyib..

İqrar elə deyib. O o zaman idi. İndi aşkar olur ki, belədir. 

Bizim tarixşünaslığımızın tarixi o qədər də uzun deyil axı.   Çox 

şeyi hələ də düz öyrənə bilməmişik.

Bəs   sənin   məqsədin   nədir?   Sən   ki   bunları   başa   düşə 

bilərsən?

Albaniyanın   əsas   əhalisi     türk   tayfaları   olmuşdur.   Hətta 

mühafizəkar   tarixçi   kimi   tanıdığım   Sumbatzadə   də   «Albaniya 

ərazisində heç bir farslaşdırmadan söhbət gedə bilməz» deyir. 

Sənin dediyin İqrarın dediyidir. Bunlar artıq ölür. Xalq öz tarixini 

yazır. Amma çöldən və içəridən çətinliklərlə üzləşə-üzləşə yazır, 

vuruşa-vuruşa yazır. 

Sən mənə irad tutursan ki, mən «ciddi alimlərə» istinad 

etməmişəm. Sənin bu «iradını» mən çoxdan eşitmişəm. «Ciddi 

alim» kimi deyirsən? İqrar Əliyevi deyirsən? İqrar Azərbaycan 

tarixi əvəzinə İran tarixi yazıb, Azərbaycan dövlətini başqa xalqa 

bağışlayıb, Azərbaycan türkünün, Azərbaycan türk dilinin tarixinə 

nifrət edib. Mən iki ay dalbadal bir qəzetdə onun yanlış və zərərli 

ideyalarını öz sağlığında ifşa etmişəm. İndi o mənim üçün «ciddi 

alim» olmalıdır? Hansı obyektiv elminə görə? Sənin könlündən 

keçəni bilirəm. Sən deyirsən ki, niyə mən tarixi faktlar əsasında 

yeni söz deyirəm? Niyə mən İqrarın dediklərini bir çox başqaları 

kimi tutu quşu misalında təkrar etmirəm? Xeyr, gecdir.   Görür-

sən ki, gecdir, amma sənin qəlbin onu istəyir. Məqsədin nədir?

Mən o alimi ciddi alim sayıram və saymışam ki, o bu xalqın 

çörəyini   yeyir   və  bu   xalqa   xəyanət   etmir.   Bu  xalqın   və  onun 

dilinin tədqiqi yolunda bir damla da olsa, iş görüb. 

«Ən acınacaqlısı budur ki, Q.Kazımov… ciddi alimlərə yox, 

bütün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə məşğul 

olan     adamların   dediklərinə…   isnad   edir».   Düz   deyil.   Mənim 

kitabım  çıxandan  bu  bayatını  eşidirəm.   Mən  əsas tezislərimdə 

alman alimi  Q.Vinkler, fransız alimi  E.Reklü,  rus alimi  L.Reder, 

türk   alimi   Ahmet   Cavad,   Azərbaycan   alimləri   Y.B.Yusifov, 

T.İ.Hacıyev, Q.A.Qeybullayev kimi alimlərə istinad etmişəm. Bu 

alimlərin bir tükünü sənin dediyin «ciddi alim»ə dəyişmərəm.

256



  Q.Qeybullayev   haqqında   sözümü   hələ   1997-ci   ildə   nəşr 

etdirdiyim   «Sənət   düşüncələri»   kitabımda   demişəm: 

«Q.Qeybullayev   «Azərbaycanlıların   etnogenezinə   dair»   (1991) 

əsərində   Şumer dövründən bəri   Azərbaycan ərazisində yaşamış 

tayfaların   etnik   mənsubiyyətini     aydınlaşdırmaq   baxımından 

misilsiz iş görmüşdür.  Onun bu sahədəki əməyi dil tarixçilərinin küll 

halında   əməyindən   xeyli   üstündür».(s.297).   Moskvanın   ali 

məktəblər üçün buraxdığı «Qədim dünya tarixi» kitabında qədim 

Şərqi, Ön Asiyanı öyrənən qüdrətli alimlərin adları arasında sənin 

dediyin   «ciddi   alim»in   adı   yoxdur,   orada   İ.M.Dyakonov, 

V.A.Belyavski   və   Y.B.Yusifovun   adları   var.   (1985,   s.105)   Yusif 

Yusifov həqiqi vətən tarixini yazdığı üçün akademik nəşrin (1998) 

1-ci cildinin girişi bütün sualtı axınla onun əleyhinədir və bu girişdə 

ən cəfəng alimlərin adı var, amma Y.Yusifov kimi həqiqi tarixçinin 

adı yoxdur. T.İ.Hacıyev   Azərbaycan dilinin ən qədim dövrünün 

düzgün tədqiqinə ilkin istiqamət verən və bu sahədə böyük məktəb 

yaratmış  bir   alimdir.  Onun  tədqiqləri  hələ 70-80-ci illərdə Azər-

baycan dilçilik tədqiqatının ən şöhrətli hissəsini təşkil etmişdir. Ha-

belə sonrakı dövrdə də. 

«Acınacaqlısı» o deyil, «acınacaqlısı» budur ki, qəlb bunları gö-

türmür.

İndi   bir   az   da   aydın   şəkildə   gələk   «ürək»   məsələsinə. 



Bütün bu həngamələrin səbəbi ürəkdir. Yaman problem atmısan 

ortalığa.   Özün   bilmədən   hər   şeyi   açmısan.     Elə   bilirsən,   sən 

mənim ideyalarımı bəyənməyəndə mən güman edəcəyəm ki, sən 

bunu elm naminə edirsən? Xeyr! Səni heç elm maraqlandırmır 

da.     Mən   600   səhifəlik   kitab   yazmışam.   Sən   iki-üç   cümlədə 

mənim   bütün   ideyalarımın   yanlış   və   gülməli   olduğunu 

söyləyirsən. Elm sənin yazdığın kimi olmur. Kitabın ideyalarını bir 

neçə cümlə ilə heç eləmək olmaz. Sən mənim dediklərimi təkzib 

etmək   üçün   kitabımdan   böyük   kitab   yazmalısan   –   həm  məni 

təkzib etməli, həm də düzgün hesab etdiyini göstərməlisən. Bunu 

sən eləyə bilməzsən. Elm ona deyərlər ki, bir-bir qoyasan ortalığa, 

deyəsən ki, qağa, bax mən də sənə kömək etmək istəyirəm. Amma 

bu məsələni belə yox, gəl belə qoyaq – çünki əsli belədir. 

Onda olar elm. Amma sən başqa yol tutursan: ermənilərin, 

rusların, iranşünasların dediklərini deyirsən. 

257



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə