Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə205/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   201   202   203   204   205   206   207   208   ...   243

Mən öz xalqımın tarixini yazmaq istəyirəm. Erməni, rus, iran-

şünas indi mənə o qədər də mane ola bilmir, indi sən yapışmısan 

yaxamdan.   Niyə,   məqsədin   nəlir?   Sən   mənə   kömək   etməlisən, 

kömək eləmirsən, heç olmasa, mane olma. Yenə deyirəm: sən elm 

xatirinə danışmırsan, sənin məqsədin ayrıdır. 

Axı biz hamımız bu torpağın oğluyuq. Bu torpağın havası, 

suyu, çörəyi ilə yaşayırıq. Ölkənin əsas əhalisi türklərdir. Türklər 

bir mağmın xalqdır və heç kəsə heç nə demir. Mən istəyirəm bu 

xalqın həqiqi tarixini üzə çıxaram. Bəs sən nə istəyirsən? Sən 

niyə mənim sözümü yox, düşmən sözünü üstün tutursan? 

Daha iş ki bura gəlib çatdı, məcburam açıq deməyə. Sən 

elm xatirinə danışmırsan. Sənin etnik ürəyin mənim dediklərimi 

götürmür.  

Görürsən, baş nə qədər işləsə də, ürək mane olur, qoymur. 

Sən o problemi düz tutmusan.

Mənim ürəyimin dedikləri lap, lap, uzaq başı, uydurma da 

olsa   (nəizübillah!),   vətənin   xeyrinədir,   sənin   ürəyinin   dedikləri 

lap həqiqət də olsa (qətiyyən belə deyil!),  əgər bu ölkəni vətən 

sayırsansa, onun zərərinədir. 

Amma mən sənin kimi olmaram. Yəni bu mənada ki, mən 

öz tariximi yazıram. Sən də öz tarixini yazsan, mən sənə mane 

olmaram.   Sən   qədim   türklərlə   bağlı   (mənə   dediyin   kimi)   çox 

«zəhmət çəkmisən», çoxlu əsər yazmısan. Amma o əsərlərin heç 

birində türk ürəyi yoxdur. Onlar təzədən yazılmalıdır.  



Hər bir 

xalqın   tarixini   o   xalqın   öz   oğlu   yazmalıdır.   Bir   xalqın  

tarixinin   əleyhdarının   onun   tarixini   yazması   düzgün 

deyil.

 Çünki həqiqətləri açıb-göstərmək üçün onun ürəyi imkan 

verməz. 

Beləliklə, sən də ürəyin hökmü ilə yazırsan, mən də. Mənim-

kinin zərəri yoxdur. Mən öz ürəyimin hökmü ilə öz xalqımın tarixini 

yazıram. Və sənin tarixinin qədimliyini danmıram, bir şey demirəm. 

Bir qədər əvvəl «Talışo səda» qəzetində belə məqalələriniz var idi: 

«Azərbaycanın qədim dili. Talış dili». Mən bir şey demədim ki? 

Yaz, sübut eləyə bilirsən, elə. İqrar Əliyev sənin indi dediyin kimi 

yazmışdı, söküb-dağıdırlar, akademikin məhsulu heçə çıxır. Çünki 

əsl zərərli fantaziya o idi. Axı yaxşı olmazmı  ki, yazılan düz olsun, 

qalsın?


258


Amma sənin ürəyinin dedikləri zərərlidir. Sən kimə xidmət et-

diyini   gərək   əməlli   düşünəsən.   Sən   başqasının   işinə   qarışırsan, 

həsəd   aparırsan,   paxıllıq   edirsən,   iftira   yağdırırsan.   O   tarixin 

açılmasına imkan verməmək istəyirsən. Amma gecdir. Ora  bir mən 

yox, çoxları yol tapıb və çox düz yol tapıblar. Öz işinlə məşbul 

olsan, daha yaxşı olar. Madam, məsələn, tat ola-ola, Azərbaycan 

dilinin, Azərbaycan xalqının tarixi ilə bağlı bir akademiya qədər iş 

görmüş Q.Qeybullayev kimi təmiz ürəklə yaza bilmirsən, yazma, 

başqa bir xalqın tarixi ilə məşğul ol. 

Mən sözümü dedim. Amma hələ çox şeyi demədim. Həm 

də bunu tək sənə yox, eyni tipli hamıya deyirəm.

Qardaş, 


mənə kömyin lazım deyil, mane olma.

Demirəm   ermənilər   kimi   eləyək,   deyirəm   onlardan   ibrət 

götürək. Milli tariximiz, milli dilimiz naminə…

29.06.07

259



TÜRK TARİXİNƏ HƏDYAN VƏ YAXUD ZƏRƏRLİ BİR

DİSSERTASİYA HAQQINDA

Azərbaycan   mədəniyyət   tarixinə   hücum   dövrüdür.   Bir 

tərəfdən «Dədə Qorqud» kimi müqəddəs abidə, o biri tərəfdən 

Nizami,   Şah   İsmayıl,   Cəlil   Məmmədquluzadə   kimi   sütunlar 

haqqında   nalayiq   sözlər     eşidilir,   Azərbaycan   mədəniyyət   və 

mənəviyyat   tarixini   yaradanlar   gözdən   salınır.     Azərbaycan   türk 

tarixi isə başdan-binadan saxta konsepsiya əsasında öyrənilir.  Elə 

buna   görə   də   Azərbaycan   dilinin   mənşəyi   məsələsi,   ümumxalq 

Azərbaycan dilinin hansı zəmində və nə vaxt yarandığı haqqında 

məsələ yekunlaşdırılmamış qalır. Hələ bir çoxları bilmir ki, tarixçi və 

dilçi xalqın  və xalq dilinin təşəkkülünü birlikdə əsaslandırmalıdır.

Gözümüzün önündə elə yazılar   meydana çıxır ki, onların 

vətən   tarixinə,   ümumtürk   tarixinə   bir   hədyan   olduğu   aşkar 

görünür   və   belə   əsərlərin   hansı   cəsarətlə   meydana   çıxarıldığı 

təəccüb doğurur. Bir yazımızda qeyd etdiyimiz kimi, keçmişdə 

yuxarılarda ideoloji məsələlərlə məşğul olan yoldaşlar olurdu və 

onlar   xalqın   mədəniyyət   tarixi   ilə   bağlı   zərərli   meyillərin   inki-

şafına   imkan   vermirdi.   Hələ   o,   SSRİ   tərkibində   olduğumuz, 

rusların türk tarixinə münasibətinin   məlum olduğu, hər yerdə 

türk tarixi əvəzinə, rus və fars tarixi yazdırdıqları dövr idi. İndi 

müstəqillik dövrüdür. Belə bir dövrdə xalqın mədəniyyət, dil və 

tarixini dərinləşdirən alimlər əvəzinə, ölkə daxilində güclü əleyh-

darları ilə qarşılaşırıq.

Budur, əlimizdə bir doktorluq dissertasiyasının avtoreferatı 

var.   Mövzu   belədir:    

«Qədim   türk   ədəbi   dilindən     orta 

əsrlər türk ədəbi dilinə (türki) keçid».

  Müəllifi gənc alim, 

elmlər namizədi Yadigar Vəli  oğlu Əliyevdir.

Dissertasiyanın  adı çox şey deyir, amma xüsusi diqqət ye-

tirməlisən ki, başa düşəsən. Bir şey oxucunu çaşdıra bilər: «qədim 

türk ədəbi dili», «orta əsrlər türk ədəbi dili - türki» dedikdə türk 

xalqlarının   hər   hansı   birinin   dilindən   söhbət   getmir.   Balkandan 

tutmuş Yaponiya ərazilərinə qədər yayılmış türk dillərinin hamısı 

nəzərdə tutulur. Yəni müəllifin fikrini nəzərdə tutduğu tarixi dövrlə 

birlikdə   aydınlaşdırsaq,   bu   o   deməkdir   ki,   VI   –   X   əsrlərdə   Yer 

260



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə