V.V.Radlovun ağlına gəlməyib, S.Y.Malovun ağlına
gəlməyib, belə bir mövzu hörmətli Y.Əliyevin ağlına gəlib.
İndi ali məktəblərdə «Azərbaycan dilinin tarixi qrammatikası»
fənni keçilir. Bu dissertasiya əsasında müəllimin haqqı var deyə ki,
əziz balalar, bu fənn ilə mən sizə bütün türk dillərinin tarixi
qrammatikasını öyrədəcəyəm. Və ya Dilçilik institutunda bizə
Azərbaycan dilinin tarixi qrammatikasını («Dədə Qorqud»dan XVIII
əsrə qədər) tədqiq edib öyrənmək tapşırılıb. Maaş alırıq. Əgər
babat tədqiqat apara bilsək, tədqiqatımızı çuvaşlardan tutmuş
şorlara qədər bütün türklərə verə bilərik ki, daha siz əziyyət
çəkməyin, biz sizin də dil tarixinizi işləmişik.
Bir tərəfdən, musiqimizi oğurlayırlar, mədəniyyətimizi
oğurlayırlar, tariximizi oğurlayırlar, torpaqlarımızı oğurlayırlar,
indii də əl qatıblar dilimizin tarixinə!
Əslində, bu «əsər» haqqında bu qədər danışmağa dəyməzdi.
Amma mən fürsətdən (və bu ağ eləməkdən) istifadə edib, başa
düşə bilənləri bir daha oyatmaq istədim. Bu «əsərə» gəlincə, deyir,
milçək bir şey deyil, amma könül bulandırır. Necə ki onun adını
eşitdiyim gündən bu günə qədər mənim könlümü bulandırıb.
«Tədqiqat»ın məqsədini bir də yada salmaqla sözümü
bitirirəm:
«Tədqiqatın məqsədi qədim türk yazılı abidələrinə
məxsus dil xüsusiyyətlərinin, fonetik, leksik, qrammatik
normaların orta əsrlər türk yazılı abidələrində davam və
inkişaf etdirildiyini sübut etməkdir»
. (s.5)
Heç bunun sübuta ehtiyacı var? Məgər burda başqa hal da
ola bilərdi? «Davam və inkişaf etdirildiyini» - fikri də düz deyil. Xalq
filan xüsusiyyətləri zorla inkişaf etdirmir. Bu, dilin təbii axarı ilə bağlı
məsələdir.
Amma əsərin əsl məqsədi var və yalnız diqqətli oxucu
müəllifin aşağıdakıları sübut etmək istədiyini görə bilər:
1.Türk xalqları uşaqdır. Türk xalqlarının tarixi
yoxdur
, çox qısadır. Ermənilərin, farsların neçə min illik tarixi
var, amma türklərin, çox olsa, 1500 illik tarixi var və 18-ci əsrə
qədər heç bir türk xalqı olmayıb, yalnız bir xalq (müxtəlif
regionlara yayılmaqla) və onların «türki» adlı bir dili olub.
Müəllifin «ideyası» ilə tanış olduqda adam düşünür ki, bizim
bir sıra açıq düşmənlərimiz özümüzünkülərdən çox insaflıdır.
285
Məsələn, bu ölkənin havası ilə tənəffüz edən Yadigar Əliyev kimilər
XVIII əsrə qədər müstəqil heç bir türk dili tanımır (müstəqil türk dili
yoxdursa, müstəqil türk xalqı da yoxdur). Amma rus siyasətinin
daşıyıcısı olan N.A.Baskakov M.A.Kastren, V.V.Bartold, V.V.Radlov,
P.M.Melioranski, S.Y.Malov, B.Y.Vladimirtsov, Q.Ramsted, V.Kotviç,
K.Qrenbek kimi nəhəng alimlərə əsaslanaraq, türk dillərini dil inki-
şafı baxımından 6 mərhələyə - Altay dövrü (ən qədim za-
manlardan hun dövrünədək), Hun dövrü (V əsrədək), qədim türk
dövrü (V-X əsrlər), orta türk dövrü (X-XV əsrlər), yeni türk dövrü və
s. dövrlərə ayıraraq göstərir ki, türk dillərinin Altay dövründə, bir
tərəfdən, türk dili türk, monqol və tunqus-mancur dillərinə
parçalanmış, digər tərəfdən, iki qola – türk-monqol və tünqus-man-
cur qollarına ayrılmışdır. Türk-monqol dilləri
ç-ş
, tunqus-mancur
t
dilləri adlana bilər. (Vvedenie v izuçenii törkskix əzıkov. İzdanie
vtoroe, «Vısşaə şkola», Moskva, 1969), s.148-149)
Y.Əliyev yazır: «Qədim türk dövrünün əsas xüsusiyyətlərindən
biri: «Yad təsirlər yoxdur və ya əhəmiyyətli tutumda deyil».(13) Hələ
Hun dövründə türk, monqol, tunqus-mancur tayfa dilləri inkişaf və
çarpazlaşma prosesində çin, sanskrit, fars, slavyan dilləri ilə əlaqədə
olmuşdur. Qərbdə yaşayan türk dillərinə qədim İran və slavyan,
şərqi türk dillərinə çin dili elementləri daxil olmuşdur.(154)
Rus N.A.Baskakov deyir ki, hələ Hun dövründə türk dillərinin
şərq və qərb qrupları fərqlənirdi. (s.157) Yadigar Əliyev isə deyir ki,
XVIII əsrə qədər ancaq regional fərq olub, yalnız bir türki olub.
Yenə N.A.Baskakovdan bir sıra iqtibaslar: «Bulqar dili - VI-
VIII əsrlərdə Volqa və Kama üzərində formalaşmış Bulqar
dövlətinin qədim dili…» olub. (s.233) «Xəzər dili - Volqanın və
Donun aşağılarında Xəzər dövləti əhalisinin qədim dili, IV əsrdən
əvvəl formalaşmış, VII-VIII əsrlərdə yüksək inkişaf qazanmışdır…»
(s.237) Əksər tədqiqatçılar çuvaş dilinin mənşəyini və inkişafını
bulqar dili ilə bağlayırlar (VI-XIV əsrlər). (239) Türkmən dilinə
Qaraxanilər dövlətinin uyğur, tirkeş, karluk dialektləri əsasında
təqribən X-XI əsrlərdə formalaşmış dili təsir etmişdir.(s.250)
Habelə karluk-uyğur yarımqrupunun X-XI əsrə, uyğur dilinin XI
əsrə aid abidəsi («Kudatku biliq»), Karluk-xarəzm ədəbi dilinin
Xarəzmdə monqol dövrünə qədər mövcud olduğu göstərilir. Bu
ədəbi dilin «Divani-hikmət» kimi abidəsi məlumdur. Əhməd
286
Yəsəvi (1105-1166) bu əsəri qədim Cığatay dilində yazmışdır.
Əgər bir dilin abidəsi varsa və o abidə o dilə aid edilirsə, deməli,
o dil o biri dillərdən fərqlənir.
«Qırğızlar Orta Asiyanın ən qədim xalqlarındandır. Qırğızlar
haqqında ilk məlumat e.ə.201-ci ilə aiddir.» (A.A.Koklyanova. Kir-
qizskiy əzık. V kn: «Mladopisğmennıe əzıki narodov SSSR», 1959,
s106) «Uyğurlar qədim zəngin mədəniyyəti olan xalqdır. Eramızın
VIII əsrinə aid yazısı və yazılı abidələri olan xalqdır». (Orada, 170)
«Çuvaş dili, məlum olduğu kimi, o biri türk dillərindən kəskin fərq-
lənən dildir». (s.182)
Yadigar da jeyir ki, XVIII əsrə qədər türk dilləri
fərqlənməyib və cəmi bir dil olub – «türki».
Başqa ölkələrin tədqiqatçıları başqa cür deyir, az-çox insafla
danışır. Bizim öz içərimizdən doktor olmaq istəyən isə deyir ki, «Sözü
uzatmayın, VI-X əsrlərdə bir dil – «bir qədim türk dili olub», X əsrdə
bu dil türki adlı yeni dilə çevrilib, XVII əsrə qədər o, bir (vahid) dil ki-
mi inkişaf edib, XVII əsrdə tənəzzül edib və başına nə iş gəlib, bilmi-
rəm».
2.Dediyinin mahiyyəti bir də budur ki,
X1 əsrə qədər
Azərbaycanda türk olmayıb, Azərbaycan əhalisi X1
əsrdən türkləşdirilməyə başlayıb,
Səlcuqların gəlişi ilə.
Bu, çox əhəmiyyətli «yenilik»dir, çünki belə olmasa, ermənilər
və farslar üçün çətinlik olar. Məsələn, ermənilər deyə bilməz ki, in-
diki Azərbaycan torpaqlarının hamısı Tiqranın əraziləridir. Amma biz
özümüz sübut edəndən sonra ki, bu yerlərə biz gəlməyik, XI əsrdən
gəlməyə başlamışıq, onda onların daha nə çətinliyi olar? Adam bey-
nəlmiləlçi olmalı, qonşulara kömək etməlidir.
Amma bizim görkəmli alimlərimiz tam başqa söz deyirlər və
tarixi faktlar da onların dediklərinə uyğundur, bu köhnə
bayatının yenidən «kəşfinə» yox.
Şumer-türk münasibətləri insanları təzəcə düşündürməyə
başladığı, aborigen türklərin çox qədim tarixi nəzərə alınmadığı
dövrdə ümumxalq Azərbaycan dilinin VI-VIII əsrlərdə təşəkkül
tapdığını qeyd etməyin özü də böyük cəsarətin və elmi qğdrətin
nəticəsi idi. Ədəbi dilimizin tarixinin misilsiz tədqiqatçısı
prof.Ə.Dəmirçizadə məhz belə düşünmüş və beləcə də
yazmışdır: “Məlum olduğu üzrə, VI-VIII əsrlərdə vahid
287
Dostları ilə paylaş: |