canişinlikdə birləşdirilmiş, sonralar ərəblər də bu strukturu
saxlamış, pozmamışlar. Sasani imperiyasının süqutu dövründə -
Xilafətin meydana çıxdığı ərəfədə vahid Azərbaycan xalqının və
vahid Azərbaycan dilinin təşəkkülü artıq başa çatmışdı. Bunu e.ə.
kükğ zox qədimlərlə bağlı olan, VI-VIII əsrlərdə yenidən işlənmiş
və cilalanmış «Kitabi-Dədə Qorqud”» dastanları və bu
dastanların misilsiz dil materialı da təsdiq edir.
Azərbaycanda hər tərəfi bürüyən türk coşqunluğunu
görmək əvəzinə, Atropatena ərazisində yaşayan əhalinin dilinin
Əhəmənilər dövründən iranlılaşdırılmış olduğunu iddia edənlər
də vardır. (1;259-271) Bu məqamda Ə.S.Sumbatzadə həqiqətə
sadiq qalaraq, Atropatena dövrü Azərbaycan əhalisinin etnik
tərkibi və dili haqqında araşdırmaların çətinliyini qeyd etsə də,
Parfiya asılılığı dövründə yerli əhalinin dilinin iranlılaşdırılmadığını
xüsusi nəzərə çarpdırır: «Atropatena əhalisinin dilinin xarakteri
və mənsubiyyəti barədə suala cavab vermək olduqca çətindir.
Heç bir şübhə yoxdur ki, İran Parfiya dövlətindən asılı vəziyyətə
salınmış Atropatenada da ölkə əhalisinin tərkibinin və dilinin
iranlılaşma prosesinə qarşı yenidən güc toplaması qaçılmaz
olmuşdur. Lakin tayfa qruplarının və kiçik xalqların etnik
müxtəlifliyinin təsviri Parfiya hakimiyyəti dövründə Atropatena
əhalisinin tərkibinin və dilinin iranlılaşdırıldığını düşünməyə əsas
vermir».” (10; 47) Müəllif bunu da əlavə etmişdir ki, parfiyalılar
yalnız hakimlərin təyini ilə məşğul olmuş və Atropatena ərazisinə
irandilli əhali köçürməmişlər. Ə.S.Sumbatzadə çox mühüm bir
məsələyə də toxunaraq yazır: «”Beləliklə, təbii coğrafi faktor -
Araz çayı o uzaq dövrdə də bu çaydan cənubda olduğu kimi,
şimalda da yaşayan Azərbaycan əhalisinin etnik yekcinsliyini
poza bilməmişdir»...” (10; 47) Bu cəhət zəruri bir faktor olmaqla
e.ə. IV əsrdən başlayaraq Atropatena və Albaniya əhalisinin
dilinin xalq dili şəklində ümumiləşməsi prosesinin sürətlənməsi
üçün zəruri şərtlərdən olmuşdur. Bir sıra tarixçilər yerli əhalinin
iranlılaşdırılmasını o qədər asan bir proses kimi təsəvvür etmiş
və yazmışlar ki, müəllif bunu da əlavə etməli olmuşdur ki, hətta
güclü Sasanilər imperiyası dövründə də yerli dilləri
iranlılaşdırmaq mümkün olmamışdır.(10; 58)
279
Köhnə eranın başa çatdığı, yeni eranın başlandığı dövrdə
«xalqların böyük köçü»”nə səbəb olan hunların qərbə hərəkəti
şimallı-cənublu Azərbaycanın birdəfəlik Yer kürəsində türk yurdu,
türk vətəni kimi bərqərar olmasına zəmin yaratmışdır. Başqa
sözlə, o ərazilərdə ki türk tayfaları yerləşmişdilər, qohum tayfalar
gələndə onlar yerlərini dəyişməli olmamış, yalnız yeni gələnlərlə
sıxlaşmış, zənginləşmişlər. İran və qafqazdillilər bu ərazilərdə
geniş yayıla blməmişlər.
Türk tayfalarının hun ittifaqı Azərbaycanın şimalı ilə cənubu
arasında əlaqələri daha da sıxlaşdırdı. Əvvəllər Adərbayqan
(Atropatena) ölkə adı Cənubi, Albaniya isə Şimali Azərbaycana
şamil edilirdi. Artıq “... erkən orta əsrlərdə Şimali Azərbaycanın
da ərazisi Adərbayqan (Aturpatakan) anlayışı altında
birləşdirilirdi».” (2; 136,215) Ərazi birliyi, etnik birlik, dil birliyi,
ictimai-siyasi və iqtisadi həyat birliyi xalqın və xalq dilinin
təşəkkülü üçün əsas olmuşdur.
Təbii ki, oxucunu bir məsələ daha çox düşündürür:
Azərbaycan ərazisində qədimdən bəri lullular, kutilər, turukkilər,
kaslar, kaspilər, mağlar (mannalılar, madaylar), albanlar,
qarqarlar, e.ə.VIII-VII əsrlərdə geri qayıdan kimmerlər, skiflər,
saklar, hun dövründə savarlar, peçeneqlər, qıpçaqlar, bir qədər
sonra xəzərlər və s. saysız türk tayfaları əsasında oğuz qrupu
türk dillərinə daxil olan ümumxalq Azərbaycan dili necə
formalaşdı, necə təşəkkül tapdı? Bu qədər tayfa içərisində koyne
nədən ibarət olmuşdur?
Əvvələn, hazırkı dövrdə Azərbaycan dilinin cənub, qərb və
şimal-şərq ləhcələrinə ayrılması tayfa dillərinə deyil, məhəlli
prinsiplərə əsaslansa da (45; 282-295), bu bölgü tayfa dil
əlamətlərini də mühafizə edir. Azərbaycan dilinin keçid şivələri ilə
yanaşı, rəngarəng və bir-birindən kifayət qədər fərqlənən şivələri
də vardır. Kərkükdən Dərbəndə qədər geniş ərazilərdə
məskunlaşmış azı 50 milyonluq Azərbaycan türklərini tam
təsəvvür etmək lazımdır. Bunlar göstərir ki, müxtəlif tayfa dilləri
280
izsiz yox olmamışdır. İndi tarixi dialektologiyanın əsas vəzifəsi
məhz qədim Azərbaycan ərazilərindəki tayfa dillərinin mümkün
abidələr, dil materialları əsasında dialekt faktlarını həmin
faktların bir vaxtkı daşıyıcıları olan tayfa dillərinə doğru tədqiq
edib öyrənməkdir. Nəzərə alınmalı başqa çox mühüm bir məsələ
də Azərbaycan dilinin gəlmə türk tayfa dilləri əsasında deyil,
qədim aborigen türklərin dili əsasında təşəkkülüdür. Bu
məqamda həm də nəzərə alınmalıdır ki, əvvələn, Azərbaycana
gələn türk tayfaları, mühafizə olunmuş faktlardan göründüyü
üzrə, vaxtilə bu ərazilərdən getmiş qohum tayfalardan ibarət
olmuşdur, digər tərəfdən, hətta az-çox fərqli xüsusiyyətləri ilə
seçilən tayfalar gəlmişsə belə, onlar da yerli tayfalarla asanlıqla
çarpazlaşa bilmişlər. Hər iki halda yerli tayfa dilləri üstünlüyü
saxlamışdır.
Bütün bunlarla yanaşı, hansısa daha köklü bir tayfa dilinin
üstünlüyü olmamış deyildir və tədqiqatçıların araşdırmaları ona
yönəlmişdir ki, daim ümumxalq Azərbaycan dili oğuz qrupu
dillərindən hesab olunur. Fakt belədir ki, dilçilər oğuz və qıpçaq
tayfa dilləri üzərində daha möhkəm dayanmışlar. Ə.Dəmirçizadə
Azərbaycan dilində «oğuz və qıpçaq lisani ünsürləri”»nin tədqiqi
ilə məşğul olmuşdur.(36;3-14) Əgər Azərbaycan dili oğuz və
qıpçaq tayfa dilləri əsasında təşəkkül tapmışsa, onda «lisani
ünsürlər»” nə deməkdir? «Lisani ünsür»” dilin mahiyyətini əhatə
etmir, onun üzdə olan çox nazik qatlarına işarə edir: deməli, bu
dil kök etibarilə başqadır, lakin onun tərkibində oğuz və qıpçaq
tayfa dillərinə məxsus ünsürlər qabarıqdır. Bizcə, professor düz
düşünüb - bu dil mahiyyət etibarilə türk dilidir, lakin onun
ümumi fonunda oğuz və qıpçaq tayfa dillərinə məxsus çalarlar
daha aydın seçilir. Belə olduqda burada iki variant görünür: ya
oğuzlar çox qədim (hun dövrü yox, daha qədim) dövrün
tayfalarıdır, yaxud da qədim (e.ə.III-II minilliklərin) türk dilinə
oğuz və sonralar müəyyən dərəcə qıpçaq elementləri çöküb.
Bizim fikrimizcə, oğuzların özləri Ön Asiyanın ən qədim
tayfalarındandır və onların bir sıra bölümləri Ön Asiyadan
ayrılaraq haraları dolansa da, sonralar yenə Ön Asiya yurdlarına
qayıtmışlar.
281
Dostları ilə paylaş: |