Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə224/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   220   221   222   223   224   225   226   227   ...   243

orfoqrafiyası   da   buna   tam   imkan   verməmişdir.   Digər   tərəfdən, 

mətnlərin oxunuşunda da hər şey qaydasında deyildir. «İkinci Kızıl 

çira»   abidəsi   haqqında   Ə.Rəcəbov   yazır:   «1952-ci   il   nəşrindən 

sonra  S.Y.Malov yeni əldə etdiyi surət və estampajlar əsasında  bu 

abidənin   oxusu   və   tərcüməsini   təkmilləşdirmişdir.   Birinci   sətirdə 

əvvəlki 


Ak kulum ər egiz kork  g….z yıta

 əvəzinə  



Alp kulum, 

ərdəm   yürəgim   sizə   yıta

,   beşinci   sətirdə   əvvəlki      



öz

  sözü 


əvəzinə  

yüz

,     yeddinci   sətirdə    



Üçin

  sözü   əvəzinə    



Arslan 

oxumuşdur».(21, 302) Heç şübhəsiz, əksər mətnlərdə bu cür hallar 

ola bilər. Bundan əlavə, saitlərin oxunuşunda da səhih olmayan 

hallar vardır. Bu, əlifbanın özündən gəlir. Söz başında işlənən bir 

sıra samitlərdən əvvəl müvafiq 

a, ə

 saitlərindən birinin  nəzərdə tu-

tulması kimi hallar buna aiddir.

Qeyd   edirlər   ki,   Orxon-Yenisey   abidələrinin   əldə   edilmiş 

bütün mətnləri birlikdə bir müəllif vərəqi həcmindədir. Bir neçə 

əsrlik geniş bir dövrü əhatə edən bu qədər az yazı dövrün dil 

mənzərəsini,   xüsusilə   frazeoloji   mənzərəni   lazımi   şəkildə   əks 

etdirə bilməzdi. Buna yazıların səciyyəsi də təminat vermir. Epi-

tafiyalarda,   təbii   ki,   frazeoloji   ifadəyə   elə   geniş   imkan   ola 

bilməzdi.

Bunlar   göstərir   ki,   «Kitabi-Dədə   Qorqud»un   frazeoloji 

fondu 2-ci minillikdə yaranmamışdır və başdan-binadan dastan 

boyları xalq dilinin qədim frazeoloji yatağına söykənmişdir. Odur 

ki   dastanın   dili   yazıyaqədərki   dövrün   frazeoloji   sistemini 

öyrənmək   üçün   qarşımızda   geniş   meydan   açır.  Mənşə   üzrə 

qruplaşdırmazdan   əvvəl   bir   sıra   səciyyəvi   cəhətləri   nəzərdən 

keçirmək üçün bir neçə nümunəyə diqqət yetirək.

Dastanın dilində elə frazeoloji vahidlər var ki, düşünmək 

olar ki, onlar bilavasitə ərəb işğalı, islam dininin yayılması dövrü 

ilə   bağlıdır.



 

Əslində   isə   belə   ifadələrin   bir   qisminin   tarixi   çox 

qədimdir   –   zərdüştilikdən   gəlir.   Lakin   islam   mühiti   onların 

işləkliyini genişləndirmiş və fəallaşdırmışdır.



Qiyamət   qopınca

  (31)  –   ifadəsi   Azərbaycan   dilinə 

məxsus   frazeoloji   törəniş   qaydalarına   uyğun   yaranmışdır. 

Qiyamət

  sözü   islam   təbliğatçılarının   şərhində   dəhşətli   tufanı 

nəzərdə tutmuş, 

tufan qopur

 ifadəsinə müvafiq 

qiyamət qopur 

ifadəsi yaranmışdır. Deməli, frazeoloji vahidlərin təşəkkülü üçün 

316



fel   çoxmənalılığının   (oxşar   əşyalar   və   hadisələr   üzərinə 

köçürmələr)     mühüm   rolu   olmuşdur.  

Sənin  oğlın  kür  qopdı, 

ərcəl qopdı.  Nə yerdə gözəl qopdısa, çəküb aldı

 (36-37) misal-

larından   göründüyü   kimi,  

qopmaq

  feli   «Dədə   Qorqud»un 

dilində frazeoloji vahid tərkibində çox fəal olmuşdur.  

Qiyamət 


qopur

 ifadəsi bu gün də dilimizdə işlənməkdədir.



Qılıc   çaldı,   din   açdı

 

şahi-mərdan   Əli   görkli



  (32)   – 

cümləsində 

qılıc çaldı

 – vuruşdu, 

din açdı

 – din yaratdı, yeni dinə 

yol açdı mənasındadır.  

Qılıc çaldı, çal qılıcın

  ifadələri bütün 

döyüş   boylarının   işlək   ifadələrindəndir.   Heç   şübhəsiz,   hər   iki 

ifadə qılınc və din anlayışları qədər qədimdir. Bunlardan birincisi 

bu gün də işlənməkdədir; 

din açmaq

 ifadəsi işləkliyini itirmişdir.



Yum  verəyin.

  (41)  


Yum  vermək

  –   xeyir-dua   vermək 

deməkdir.   M.Rəsulzadə   Azərbaycan   cümhuriyyətinin   ilk 

parlamentini açarkən bu sözdən istifadə etmişdir:   «Möhtərəm 

məbuslar!   Azərbaycan   Cümhuriyyətinin   ilk   məclisi-məbusanını 

açmaq  


yum   səadəti,

  siz   möhtərəm   məbusları   təbrik   etmək 

şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (alqışlar), əfəndilər!» 

(24, 379) Bu gün dilimizdə işləkliyini itirmişdir.



Qarnım   toymadı,   yüzim   gülmədi

    (33)   –   ifadələri 

şəxsin   əhvalını   göstərir,  lakin   bunlardan    ikincisində   frazeoloji 

məna daha güclüdür, çünki həmin ifadə sonralar dərin ictimai 

məzmun   qazanmışdır.   Qurbaninin   poeziyasına   diqqət   yetirmək 

kifayətdir:  



Üzüm  gülməz,   heç   açılmaz,   ah,   mənim!

 

Mənim 



üzüm   gülməz  Vətəndən   ayrı

  və   s.   Bu   ifadələr     bu   gün   də 

işləkliyini saxlamışdır. Şübhəsiz, ifadə etdikləri anlayışlar bəşərin 

yaşıdıdır. 



  Qanun dökəyinmi

  – ifadəsi  

qan tökmək

  şəklində tayfa 

davalarına, xalqlararası döyüşlərə və fərdi ölüm-öldürmə halla-

rına aid edilərək, geniş ictimai məzmun qazanmışdır. Dastanda 

isə Dirsə xanın şəxsi ailə münasibətləri ilə bağlı işlənmişdir və 

mənacə ilkin – etimoloji kökünə yaxındır.



Göz gəzdirdi, yürəgi oynadı, bağrı yanar 

(37) ifadələri 

də dastanın dilində ilkin təbii semantikasına daha yaxındır. Lakin 

bununla belə, artıq frazeoloji məna qazanmışlar.  



Göz açuban 

(gördigim),     könül   verib   (sevdigim)  

kimi   frazeoloji 

birləşmələr də ilkin-natural mənasına indikindən yaxındır. Lakin 

317



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə