------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
63
AĞA MİRHEYDƏR AĞA
Möminlər diyarı Salyanın
görkəmli din xadimlərindən,
alimlərindən biri də
Ağa Mirheydər ağadır. O, kasıb seyid
olub. Salyanda ilk dini mədrəsəni də o açıb. Bu bölgənin əksər
din xadimləri onun mədrəsəsində təhsil alıblar.
Ağa Mirheydər ağanın 2 övladı olub:
Rübabə və seyid
Mirkərim.
Seyid Mirkərim ağa Əli Bayramlıda yaşayıb və orada da
rəhmətə gedib.
Seyid Mirheydər ağanın Salyanın qədim qəbristanlığındakı
müqəddəs məzarının üstünü
Kərbəlayi Seyran Əbil oğlu
götürtdürmüş, ziyarətgaha gedən yolu hörmətli
Əliağa
Hüseynov çəkdirmiş, qəbiristanlığın girəcəyindəki çardağı isə
Akif Məmmədyarov düzəltdirmişdir.
Bu gün Salyan camaatının böyük ziyarətgahlarından sayılan
Аğa Mirheydər ağanın ocağına
soy kökü imam Hüseyn
əleyhissəlama bağlanan
Hаcı seyid Mirəfsər ağa rəhbərlik edir.
Hаcı seyid Mirəfsər ağa 1995-ci ildə Kərbəla ziyarətində
olub.
Oğlu seyid Rövşən də atasının yolunu davam etdirir,
ziyarətgaha gələnlərə dua edir.
Allah köməkləri olsun. Amin!
SEYİD MİRƏŞRƏF AĞA
Salyan rayonunun daha bir siması
seyid Mirəşrəf ağa
Mirəhməd oğlunun soy-kökü ikinci imamımız İmam Həsənin
nəslinə çatır. O, 1870-ci ildə Salyan şəhərində anadan olmuşdur.
Ağazadə Mirəşrəf Mirəhməd oğlu o vaxt Nəcəfdə təhsil
alarkən ərəb qızı
Minarə xanımla ailə həyatı qurmuşdur.
Mirəşrəfin bir qardaşı da Ağa seyid Məhəmməd ağadır. Onu
da xatırladaq ki, seyid Mirəşrəf ağanın qardaşı dövrünün
tanınmış ziyalısı olmuşdur. Seyid Məhəmməd ağa hətta Salyan
qubernatorluğunda mühüm vəzifədə işləmişdir.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
64
Ağa seyid Məhəmməd ağa 1917-ci ildə rəhmətə gedib. Şəhər
qəbiristanlığında dəfn edilib.
Qızı Mirzəhra, nəvəsi
Məmmədağa gümbəzin yanında dəfn ediliblər. Qəbrinin
üstündə gümbəzi
Naib Kərimov tiktirib, qalan
işləri isə
Kərbəlayi Şirin Yarıyev gördürüb.
Seyid Məhəmməd ağanın bacıları
Mirsəkinə, Mirziynət,
Mirməryəmdir.
Mirəşrəf ağanın övladları
Mirfatimə, Mirtahirə, oğlu seyid
Əhməd, Seyidəli, seyid Hüseyn olmuşdur.
Mirəşrəf ağa 1901-ci ildə təhsilini
başa vurduqdan sonra
Nəcəfdən Salyana gəlir.
Rüstəmov Dadaş Xəlil oğlu:
-Mirəşrəf ağanın anası Miranaxanım Mirələkbər qızı
olmuşdur.
Onun qardaşı seyid Məhəmməd ağa isə vəsiyyətində
bildirmişdi ki, məni Salyanda dəfn edin, çünki mənim qəbrim
burada olsa bu torpağa heç bir vaxt xəta-bəla yetişməz. Mirəşrəf
ağa da Mirbağır ağa ilə birgə ermənilərə qarşı mübarizədə iştirak
etmişdir.
1918-ci illdə ermənilər Sаlаyаnа hücum edərkən, Аğа
Mirbаğır аğа ilə birgə Аğа Mirəşrəf аğа ermənilərə qаrşı cihаd
elаn etmişlər. Xаlqı ermənilərə qаrşı döyüşə qаldırıblаr.
Аğаlаrın
hər ikisi kəfən geyinib, ön cəbhədə olublаr.
Mirəşrəf ağanın
oğlu Seyidəli 1905-ci ildə Salyan şəhərində
anadan olmuşdur. İlk təhsilini rus-tatar məktəbində almışdır. O,
1912-1918-ci illərdə elmin əsaslarını öyrənmişdir. Bolşeviklərin
Azərbaycana soxulması ilə əlaqədar Mirəşrəf ağanın ailəsi İraqa
köçmüş, oğlu Seyidəli Bakıya qayıdarkən bir daha xaricə
buraxılmamış, ailəsindən aralı düşmüşdür.
Azərbaycanda qaldıqdan sonra Seyidəli 1923-cü ilin
sentyabrında Lənkəranda təşkil edilmiş pedaqoji kursa daxil
olur. Kursu bitirdikdən sonra Bankə qəsəbəsinin
Surra kəndində
ilk pedaqoji fəaliyyətə başlayır. 1928-ci ildə Salyanda 2-ci dəfə
axşam məktəbini bitirir. Xalq Təhsili Komitəsinin əmri ilə
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
65
Lənkəran qəzasının Kalaxan (indiki Lerik rayonunun
ərazisindədir) kəndinə müəllim təyin olunur. 1936-37-ci illərdə
Bakıda, Əhmədli qəsəbəsində, 64 №-li məktəbdə tədris hissə
müdiri, 1939-40-cı illərdə şəhər 24 saylı məktəbdə müəllim
işləmişdir.
Seyidəli müəllim 1940-cı ildə indiki АD
Pedaqoji
Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olur və
müharibə başladığı üçün təhsili yarımçıq qalır.
Müharibədən sonra, 1945-50-ci illərdə Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakultəsinin ərəb dili şöbəsini
bitirir. Müxtəlif təhsil ocaqlarında müəllimlik etmişdir.
Ağazadə Seyidəli 1976-cı ildə Ali Ruhani İdarəsi tərəfindən
Sabirabad məscidinə axund təyin olunur.
Seyidəli müəllim istedadlı ziyalı, görkəmli elm xadimi,
istedadlı qələm əhli idi. Onun «Bağdad gecələri» povesti hələ
1960-cı ildə «Azərbaycan» jurnalında çаp olunmuşdur.
Qurani-Kərimin təfsirində Əli Fəhmi ilə birgə işləmişdir.
Ağazadə Seyidəli 12 oktyabr 1979-cu ildə Bakı şəhərində
vəfat etmişdir.
Seyidəlinin 6 oğlu, 3 qızı var.
HАCI İSMАYIL
Qafqaz
Müsəlmanları
İdarəsinin qazisi,
Əjdər bəy məscidinin
(«Göy» məscid) axundu
-Əlbəttə, mənim üçün Kərbəlayi Seyidəli ağa haqqında
danışmaq çox çətindir. Biz onun mərhum atası, qardaşları və
anası ərəb qızı haqqında çox eşitmişdik. Eşitmişdik ki,
Azərbaycanın bütün yerlərindən onların cəddini çağıraraq
sürülər, dəvələr, ilxı atlar nəzir edirlər, nəzirləri də qəbul
olunarmış və o sürünü, dəvələri və ya qaramalı ağanın qapısına