------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
88
əlavə, Аğа Mirbаğır аğаnın həqiqi Аllah adamı olması, mərdliyi,
haqqı nahaqqa verməməsi, çətin anda elə-obayа arxa-dayaq
olması ona xalq arasında böyük hörmət və nüfuz qazandırmışdı.
Əliaçıqlıq, səxavət, arxasıza, imkansıza, əlilə, şikəstə
təmənnasız olaraq kömək etməsi xalqın nəzərində onu ən ali
zirvələrə ucaltmışdı. Аğа Mirbаğır аğа müntəzəm olaraq
Seyidsadıqlı kəndində, atamla sıx əlaqə saxlayarmış. Atamın
vaxtı ilə həmin kənddə ikimərtəbəli böyük evi olub. Sonra
həmin evi məktəb etdilər. Yeri gəlmişkən onu da qeyd
etməliyəm ki, mənim müəllim olmağımda atamın Аğа Mirbаğır
аğа haqqında dəyərli söhbətlərinin böyük təsiri olmuşdur və
mən bu gün qismən də olsa, Аğа Mirbаğır аğаnın adına layiq
qohum olmuşamsa, buna görə mən özümü xoşbəxt hesab edə
bilərəm.
Sizə də ağanın ruhu xatirinə gördüyünüz bütün işlərdə
uğurlar diləyirəm. Аğа Mirbаğır аğаnın həyatı hamıya örnəkdir.
ƏLİYEV BАYRАM ADIGÖZƏL OĞLU
1951-ci il təvəllüdlü.
Salyan rayon mərkəzi
poliklinkasının kardioloqu.
Ağanın ruhu daim bizim evimizdədir
- Mən 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu
bitirmişəm. Əvvəllər Salyan rayonunun Yenikənd kəndində,
yəni ata yurdumda yaşamışam. 1983-cü ildən isə iş yerimə yaxın
olmaq məqsədi ilə Salyan şəhərinə köçmüşəm. Mənə ev tikmək
üçün torpaq sahəsi ayrıldı. Boş sahə idi. O ərəfədə öyrəndim ki,
bu yurdda vaxtı ilə Аğа Mirbаğır аğа yaşamışdır. Əlbəttə ki,
gənc olmağıma baxmayaraq el ağsaqqallarından Аğа Mirbаğır
аğа haqqında çox eşitmişdim. Onun yurdunda ev tikməmişdən
əvvəl Аğа Mirbаğır аğаnın qızı Mirtəyyibə ilə görüşdüm və
ondan yurdlarında ev tikmək üçün halallıq aldım. Çox imkansız
idim və normal bir ev tikməyə demək olar ki, gümanım da yox
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
89
idi. Binanın özülünü qoyduğum gündən, inanın mənə, sanki Аğа
Mirbаğır аğаnın ruhu şad oldu. Hər bir işim o qədər rahat başa
gəlirdi ki, gözlərimə inana bilmirdim. Göydə Аllahın, yerdə də
Аğа Mirbаğır аğаnın cəddi sayəsində çox qısa bir vaxtda normal
ev tikməyə nail oldum. Binanın özülünü qoyduğum gündən
özümü Аğа Mirbаğır аğаnın övladı, onun övladlarını isə özümə
bacı bilmişəm. İyirmi ildən yuxarıdır ki, mən bu yurdda
yaşayıram və Аğа Mirbаğır аğаnın qızı, ömrünün ixtiyar
çağlarını yaşayan Mirtəyyibə xanıma bir həkim kimi və bir insan
kimi hərtərəfli köməklik göstərirəm. Günün hansı vaxtından
asılı olmayaraq onun hər hansı bir çağırışına daim hazıram. Аğа
Mirbаğır аğаnın həbsindən sonra bərbad vəziyyətə düşmüş
yurdunu abadlaşdırmağım, humanist bir peşə sahibi kimi Аğа
Mirbаğır аğаnın yaxınlarının və eləcə də bütün məhəllənin
köməyinə çatmağım rayonda çox müsbət qarşılanmаqla yanaşı,
məni daima mənəvi saflığa səsləyir.
Mən böyük kəramət sahibi Аğа Mirbаğır аğаya sidq-ürəklə
inanmağımın, onun övladlarına olan doğma münasibətimin
nəticəsidir ki, onun ruhu hər bir işimdə mənə arxa, köməkdir.
Allah Аğа Mirbаğır аğаya qəni-qəni rəhmət eləsin, ruhu şad
olsun, qəbri nurla dolsun. Аğа Mirbаğır аğаnın ruhunu yurdunda
çıraq yandırmaqla, öz əməllərimlə şad edərəmsə, özümü
dünyanın ən xoşbəxt adamlarından biri sayaram.
AXUNDOV ƏLİMİRZƏ AĞАMİRZƏ OĞLU
1929-cu il təvəllüdlü.
Salyan rayonu,
Boranıkənd kənd sakini.
Ağada öncəgörmək qabiliyyəti vardı.
Mənim nənəm Məşədi Yetər Аğа Mirbаğır аğа ilə xala qızı,
xala oğlu olublar. Qohum kimi nənəmgil Аğа Mirbаğır аğаnın
ailəsi ilə çox mehriban olublar. Uşaq vaxtlarımda Аğа Mirbаğır
аğаnı istər nənəmgildə, istərsə də öz evimizdə çox görmüşəm.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
90
Аğа Mirbаğır аğаnın çox məlahətli danışığı var idi. Hamı ona
böyük hörmət göstərdiyindən 7-8 yaşımız olmasına baxmayaraq
biz də onun qulluğunda durmağa çalışırdıq.
Təxminən 1936-cı ilin axırları idi. Mən bərk
xəstələnmişdim. Anam sağalmağıma nəzir deyərək qulağıma
adına «Heydəri» deyilən halqa şəkilli qızıl sırğa salmışdı. Kim
məni sağaltsaydı həmin sırğa ona hədiyyə veriləcəkdi. Nə qədər
müalicə etsələr də sağalmırdım. Nənəm Məşədi Yetər məni Аğа
Mirbаğır аğаnın yanına apardı. O, yadımdadır ki, Аğа Mirbаğır
аğа başımı, bədənimi sığalladıqca sanki əllərində od var idi,
bədənimi yandırırdı. Bir azdan qızmam çəkildi və biz hamımız
birlikdə yemək yedik. Nənəm mənim 2-3 saat ərzində çox
yaxşılaşdığımı, yemək yediyimi, uşaqlarla birlikdə oynadığı-mı
gördükdə, sevindiyindən uçmağa qanadı yox idi.
Yaxşılaşdığımı görən nənəm nəzir etdiyi sırğanı qulağımdan
çıxarıb Аğа Mirbаğır аğаya vermək istədi. Аğа Mirbаğır аğа isə
təkrar olaraq nənəmə qaytardı və bildirdi ki, mənə verdiyiniz
hədiyyəni mən də uşağa bağışlayıram. Həmin vaxtdan 70 il
ötməsinə baxmayaraq, Аğа Mirbаğır аğаnın səsi, dediyi sözlər
hələ də qulağımda səslənir. 3-4 ay sonra isə evimizdə
danışırdılar ki, Аğа Mirbаğır аğаnı heç bir əsas olmadan həbs
ediblər. Həbs olunmasına baxmaya-raq, hamı onun
xeyirxahlığından, ləyaqətli bir insan olmağından danışırdı.
Deyilənə görə, Аğа Mirbаğır аğа görücü bir şəxs olub və o
söhbətlərində demək olar ki, 50 il sonra nə olacağını deyərmiş.
Dediklərimə misal olaraq mən sonra ağsaqqallardan eşitdiyim
bir faktı sizə danışmaq istəyirəm. Deyilənə görə, 1933-1934-cü
ildə burada Əliyev Ağababa adlı çox savadlı bir şəxs dairə
icraiyyə komitə sədri işləyirmiş. Mənim əmim Məşədi Ağababa
o vaxtlar rus məktəbini bitiribmiş və onun yanında katib olub.
Bir gün Məşədi Ağababanın atası, molla Cəfərqulu yəni mənim
babam vəfat edir. Аğа Mirbаğır аğа da qohum kimi hüzr
məclisinə gəlibmiş. Əmim və Əliyev Ağababa Аğа Mirbаğır
аğаdan xahiş edirlər: Ağa, sən 25 il Nəcəfül-Əşrəfdə təhsil
Dostları ilə paylaş: |