Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
88
əlavə, Аğа Mirbаğır аğаnın həqiqi Аllah adamı olması, mərdliyi, 
haqqı nahaqqa verməməsi, çətin anda elə-obayа arxa-dayaq 
olması ona xalq arasında böyük hörmət və nüfuz qazandırmışdı. 
Əliaçıqlıq, səxavət, arxasıza, imkansıza,  əlilə,  şikəstə 
təmənnasız olaraq kömək etməsi xalqın nəzərində onu ən ali 
zirvələrə ucaltmışdı.  Аğа Mirbаğır  аğа müntəzəm olaraq 
Seyidsadıqlı  kəndində, atamla sıx  əlaqə saxlayarmış. Atamın 
vaxtı ilə  həmin kənddə ikimərtəbəli böyük evi olub. Sonra 
həmin evi məktəb etdilər. Yeri gəlmişkən onu da qeyd 
etməliyəm ki, mənim müəllim olmağımda atamın Аğа Mirbаğır 
аğа haqqında dəyərli söhbətlərinin böyük təsiri olmuşdur və 
mən bu gün qismən də olsa, Аğа Mirbаğır  аğаnın adına layiq 
qohum olmuşamsa, buna görə  mən özümü xoşbəxt hesab edə 
bilərəm.  
Sizə  də  ağanın ruhu xatirinə gördüyünüz bütün işlərdə 
uğurlar diləyirəm. Аğа Mirbаğır аğаnın həyatı hamıya örnəkdir. 
 
ƏLİYEV  BАYRАM  ADIGÖZƏL  OĞLU 
1951-ci il təvəllüdlü.  
Salyan rayon mərkəzi  
poliklinkasının kardioloqu.  
 
Ağanın ruhu daim bizim evimizdədir 
- Mən 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu 
bitirmişəm.  Əvvəllər Salyan rayonunun Yenikənd kəndində, 
yəni ata yurdumda yaşamışam. 1983-cü ildən isə iş yerimə yaxın 
olmaq məqsədi ilə Salyan şəhərinə köçmüşəm. Mənə ev tikmək 
üçün torpaq sahəsi ayrıldı. Boş sahə idi. O ərəfədə öyrəndim ki, 
bu yurdda vaxtı ilə  Аğа Mirbаğır  аğа yaşamışdır.  Əlbəttə ki, 
gənc olmağıma baxmayaraq el ağsaqqallarından  Аğа Mirbаğır 
аğа haqqında çox eşitmişdim. Onun yurdunda ev tikməmişdən 
əvvəl  Аğа Mirbаğır  аğаnın qızı Mirtəyyibə ilə görüşdüm və 
ondan yurdlarında ev tikmək üçün halallıq aldım. Çox imkansız 
idim və normal bir ev tikməyə demək olar ki, gümanım da yox 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
89
idi. Binanın özülünü qoyduğum gündən, inanın mənə, sanki Аğа 
Mirbаğır аğаnın ruhu şad oldu. Hər bir işim o qədər rahat başa 
gəlirdi ki, gözlərimə inana bilmirdim. Göydə Аllahın, yerdə də 
Аğа Mirbаğır аğаnın cəddi sayəsində çox qısa bir vaxtda normal 
ev tikməyə nail oldum. Binanın özülünü qoyduğum gündən 
özümü Аğа Mirbаğır аğаnın övladı, onun övladlarını isə özümə 
bacı bilmişəm.  İyirmi ildən yuxarıdır ki, mən bu yurdda 
yaşayıram və  Аğа Mirbаğır  аğаnın qızı, ömrünün ixtiyar 
çağlarını yaşayan Mirtəyyibə xanıma bir həkim kimi və bir insan 
kimi hərtərəfli köməklik göstərirəm. Günün hansı vaxtından 
asılı olmayaraq onun hər hansı bir çağırışına daim hazıram. Аğа 
Mirbаğır  аğаnın həbsindən sonra bərbad vəziyyətə düşmüş 
yurdunu abadlaşdırmağım, humanist bir peşə sahibi kimi Аğа 
Mirbаğır  аğаnın yaxınlarının və eləcə  də bütün məhəllənin 
köməyinə çatmağım rayonda çox müsbət qarşılanmаqla yanaşı, 
məni daima mənəvi saflığa səsləyir. 
Mən böyük kəramət sahibi Аğа Mirbаğır аğаya sidq-ürəklə 
inanmağımın, onun övladlarına olan doğma münasibətimin 
nəticəsidir ki, onun ruhu hər bir işimdə mənə arxa, köməkdir.  
Allah Аğа Mirbаğır аğаya qəni-qəni rəhmət eləsin, ruhu şad 
olsun, qəbri nurla dolsun. Аğа Mirbаğır аğаnın ruhunu yurdunda 
çıraq yandırmaqla, öz əməllərimlə  şad edərəmsə, özümü 
dünyanın ən xoşbəxt adamlarından biri sayaram.  
 
AXUNDOV  ƏLİMİRZƏ  AĞАMİRZƏ  OĞLU 
1929-cu il təvəllüdlü. 
Salyan rayonu,  
Boranıkənd kənd sakini.  
 
Ağada öncəgörmək qabiliyyəti vardı. 
Mənim nənəm Məşədi Yetər Аğа Mirbаğır аğа ilə xala qızı, 
xala oğlu olublar. Qohum kimi nənəmgil  Аğа Mirbаğır  аğаnın 
ailəsi ilə çox mehriban olublar. Uşaq vaxtlarımda Аğа Mirbаğır 
аğаnı istər nənəmgildə, istərsə  də öz evimizdə çox görmüşəm. 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
90
Аğа Mirbаğır  аğаnın çox məlahətli danışığı var idi. Hamı ona 
böyük hörmət göstərdiyindən 7-8 yaşımız olmasına baxmayaraq 
biz də onun qulluğunda durmağa çalışırdıq.  
 Təxminən 1936-cı ilin axırları idi. Mən bərk 
xəstələnmişdim. Anam sağalmağıma nəzir deyərək qulağıma 
adına «Heydəri» deyilən halqa şəkilli qızıl sırğa salmışdı. Kim 
məni sağaltsaydı həmin sırğa ona hədiyyə veriləcəkdi. Nə qədər 
müalicə etsələr də sağalmırdım. Nənəm Məşədi Yetər məni Аğа 
Mirbаğır аğаnın yanına apardı. O, yadımdadır ki, Аğа Mirbаğır 
аğа başımı, bədənimi sığalladıqca sanki əllərində od var idi
bədənimi yandırırdı. Bir azdan qızmam çəkildi və biz hamımız 
birlikdə yemək yedik. Nənəm mənim 2-3 saat ərzində çox 
yaxşılaşdığımı, yemək yediyimi, uşaqlarla birlikdə oynadığı-mı 
gördükdə, sevindiyindən uçmağa qanadı yox idi. 
Yaxşılaşdığımı görən nənəm nəzir etdiyi sırğanı qulağımdan 
çıxarıb Аğа Mirbаğır аğаya vermək istədi. Аğа Mirbаğır аğа isə 
təkrar olaraq nənəmə qaytardı  və bildirdi ki, mənə verdiyiniz 
hədiyyəni mən də  uşağa bağışlayıram. Həmin vaxtdan 70 il 
ötməsinə baxmayaraq, Аğа Mirbаğır  аğаnın səsi, dediyi sözlər 
hələ  də qulağımda səslənir. 3-4 ay sonra isə evimizdə 
danışırdılar ki, Аğа Mirbаğır  аğаnı heç bir əsas olmadan həbs 
ediblər. Həbs olunmasına baxmaya-raq, hamı onun 
xeyirxahlığından, ləyaqətli bir insan olmağından danışırdı.  
Deyilənə görə, Аğа Mirbаğır аğа görücü bir şəxs olub və o 
söhbətlərində demək olar ki, 50 il sonra nə olacağını deyərmiş. 
Dediklərimə misal olaraq mən sonra ağsaqqallardan eşitdiyim 
bir faktı sizə danışmaq istəyirəm. Deyilənə görə, 1933-1934-cü 
ildə burada Əliyev Ağababa adlı çox savadlı bir şəxs dairə 
icraiyyə komitə sədri işləyirmiş. Mənim əmim Məşədi Ağababa 
o vaxtlar rus məktəbini bitiribmiş  və onun yanında katib olub. 
Bir gün Məşədi Ağababanın atası, molla Cəfərqulu yəni mənim 
babam vəfat edir. Аğа Mirbаğır  аğа da qohum kimi hüzr 
məclisinə  gəlibmiş.  Əmim və  Əliyev Ağababa  Аğа Mirbаğır 
аğаdan xahiş edirlər: Ağa, sən 25 il Nəcəfül-Əşrəfdə  təhsil 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə