100
həzrətin vəfatından
sonra cəm edilmiş, yığılmışdır. Odur ki,
Həzrət Peyğəmbərin
(s) qiraəti, surələrdə (eyni bir surədə) ayələrin yerinin başqaları tərəfindən
dəyişdirilmədiyini, öz yerindən qabağa və sonraya keçirilmədiyini inkar etmir.
Zərkeşinin gətirdiyi dəlil də təəccüblüdür. Çünki şiə və sünni qaynaqlarında
Quranın “Lövhi-məhfuz”dan dördüncü səmaya və ya dünya səmasına nazil edil-
diyini bəyan edən hədislər, Quranın “Lövhi-məhfuz”da hal-hazırkı mushəflərdə
mövcud olan tərtibatla yazıldığına əsla dəlalət etmir. Bu hədislər, əsas etibarilə,
“kitab” (mushəf) anlayışından daha yüksək bir mənanı bəyan etməkdədir.
Həqiqət
budur ki, (hal-hazırkı mushəflərdə) bütün surələrdə bütün ayələrin ar-
dıcıllığının “toqifi” olduğunu, yəni Həzrət Peyğəmbərin (s) göstəriş verdiyi və
yazdırdığı kimi olduğunu söyləyən nəzəriyyəni müdafiə etmək olmur. (Buna görə
də, ya əksər surələrdə, ya da surələrin bir qismində ayələrin ardıcıllığının Həzrət
Peyğəmbərin (s) göstərişi əsasında olduğu, qalan surələrdə isə səhabələrin öz
şəxsi nəzərləri ilə bu işə müdaxilə etdikləri qəbul ediləcəkdir.)
“ət-Təmhid” əsərinin
müəllifi bu əqidədədir ki, Qurani-Kərimin az sayda
surələrində ayələrin sıralanması “nüzul ardıcıllığı” ilə deyildir və bu ardıcıllığın
da Həzrət Peyğəmbərin (s) göstərişi ilə olduğuna dair əldə heç bir dəlil-sübut
yoxdur. Odur ki, bu surələrdə ayələrin ardıcıllığının “toqifi” olmadığına hökm
vermək məcburiyyətində qalırıq.
1
Əllamə Təbatəbai
əksər surələrdə ayələrin ardıcıllığının “toqifi” olduğunu
qəbul etsə də, lakin o, bu əqidədədir ki, sayı elə də az olmayan
bir sıra surələrdə
bəzi ayələrin ardıcıllığı səhabələrin nəzəri əsasındadır. Əllamə Təbatəbainin
nəzərincə, pərakəndə nazil olan bəzi ayələrin mövcud mushəfdə hal-hazırkı yerdə
qərar tutması səhabələrin müdaxiləsindən kənarda qalmayıb və bu məsələ “Qura-
nın birinci dəfə cəm edilməsi” (birinci xəlifənin dövründə)
barədə olan hədislərin
zahirindən (mətnindən) əldə olunur.
Əllamə Təbatəbai surələrdə ayələrin sıralanması barədə şiə və sünni qaynaqla-
rında olan hədislərə istinad edərək – bu hədislərdə nəql edilir ki, nazil olan ayələri
müsəlmanlar “nüzul ardıcıllığı” ilə yazırdılar və “Bismillə͂h” nazil olduqda başa
düşürdülər ki, surə tamamlanmış və yenisi nazil olmağa başlamışdır – bu nəticəyə
gəlir: Bu hədislər aydın şəkildə açıqlayır ki, Quran
ayələri Həzrət Peyğəmbərin
(s) nəzarəti altında “nüzul ardıcıllığı” ilə yazılmışdı: “məkki” ayələr “məkki”
surələrdə və “mədəni” ayələr “mədəni” surələrdə qərar tutmuşdu. Əgər biz hal-
hazırda ayələrin öz yerində qərar tutmadığını (ayələrin yerinin dəyişdirildiyini)
müşahidə ediriksə, bu, səhabələrin öz şəxsi nəzərləri ilə müdaxilələrinə aiddir.
Şə`ni-nüzul barədə olan saysız hədislər dəlalət edir ki, hal-hazırda “mədəni”
surələrdə yerləşən çoxlu ayələr Məkkədə nazil olmuş və ya Həzrət Peyğəmbərin
1
ət-Təmhid, c.1, s.214.
101
(s) ömrünün sonlarında nazil olan ayələr hicrətin əvvəllərində nazil olan surələrdə
qərar tutmuşdur.
1
Beləliklə, Əllamə Təbatəbai bu əqidədədir ki, Qurani-Kərim Həzrət Peyğəmbərin
(s) vəfatından sonra cəm edilərkən (bir kitab şəklində yığılarkən) bir sıra surələrdə
bəzi ayələrin yeri dəyişdirilmişdir, yəni “toqifi” deyildir. Lakin Həzrət Peyğəmbər
(s) həyatda olarkən şəxsən özü Quranın kitabət işinə nəzarət etmiş və heç şübhəsiz,
belə bir hal baş verməmişdir, yəni ayələrin ardıcıllığı “toqifi” olmuşdur.
Quran hafizləri və Quranı cəm edənlər
Bu
fəslin əvvəlində qeyd etdik ki, Həzrət Peyğəmbər (s) və səhabələr Quranın
əzbərlənməsinə və yazılmasına böyük əhəmiyyət vermişlər.
A) Quran hafizləri:
Səhabələr arasında Quran hafizləri çox idi. Ühüd döyüşündə, Bi`r-məunə
faciəsində
2
və Yəmamə hadisəsində öldürülən Quran hafizlərinin sayı bu sözün
doğruluğuna şahidlik edir. Hicrətin 4-cü ilində səfər ayında Bi`r-məunə faciəsi baş
verdi və bu faciədə qırx, yaxud yetmiş səhabə şəhid edildi. Həzrət Peyğəmbərin
(s) vəfatından bir il keçmişdi ki, Yəmamə hadisəsi
3
baş verdi və bu hadisədə 1000,
yaxud 1200 nəfər müsəlman öldürüldü. Öldürülənlərin arasında ən azı yetmiş
nəfər səhabə və Quran hafizi var idi.
4
Dr. Ramyar mühacir və ənsardan, eləcə də, Həzrət Peyğəmbərin (s) zövcə-
lərindən olan Quran hafizlərinin adlarını sadaladıqdan sonra deyir:
Beləliklə, Peyğəmbərin (s) dövründə 37 nəfər Quran hafizinin adı bizə məlum-
dur.
Amma heç şübhəsiz, onlardan qeyri saysız qarilər olmuşdur ki, qiraətləri bizə
gəlib çatmamış və unudulmuşdur.
5
Quran hafizlərinin adlarını sadalamaq və onlar haqqında məlumat vermək bu
müxtəsərə sığmadığından onlardan yalnız ən məşhurlarının adlarını çəkirik:
Əli ibn Əbu Talib (ə), Abdullah ibn Məs`ud, Ubəyy ibn Kə`b, Zeyd ibn Sabit, Osman
ibn Əffan, Məaz ibn Cəbəl, Əbud-Dərda, Əbu Əyyub, Sə`d ibn Ubeyd və Əbu Zeyd.
1
əl-Mizan, c.12, s.127-128.
2
Ühüd döyüşündən dörd ay sonra Həzrət Peyğəmbər (s) ənsardan olan qırx,
başqa bir hədisə görə isə
yetmiş nəfər seçilmiş Quran qarisini Bəni-Amir qəbiləsinin başçısının xahişi ilə Quranı təlim etmək üçün
onların yanına yolladı. Bu dəstəyə Mənzər ibn Əmr başçılıq edirdi və o, İslam dini zühur etməmişdən öncə
yazı yazmağı bacarırdı. Mədinədən Məkkəyə gedən yolun üstündəki dağda yerləşən “Bi`r-məunə” adlı su
quyusunun başında kafirlər həmin qari dəstəsinə qəfildən hücum çəkib onların hamısını qətlə ye rdilər.
Bu faciədən hədsiz təsirlənən Həzrət Peyğəmbər (s) bir ay sübh namazının qunutunda qa llərin bir-bir
adlarını çəkib onlara nifrin yağdırdı. (Dr.
Mahmud Ramyar, “Tarix-e Quran”, s.230.)
3
Bu hissənin üçüncü fəslində Yəmamə hadisəsi barədə məlumat veriləcək.
4
Dr. Mahmud Ramyar, “Tarix-e Quran”, s.253; əl-Burhan, c.1, s.336.
5
Dr. Mahmud Ramyar, “Tarix-e Quran”, s.255.