Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
501
14. (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman
gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq:
"Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman
sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul
etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O
sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən,
Allah bağışlayandır, rəhm edəndir!
15. Mö’minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra
heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!
Məhz belələri (imanlarında) sadiq olanlardır!
16. (Ya Peyğəmbər! Bu bədəvilərə) de: "Siz dininizi (həqiqi müsəlman olduğunuzu)
Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir.
Allah hər şeyi biləndir!
17. Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman
olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru
deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza
minnət qoymuş olur!"
18. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah
sizin nə etdiklərinizi görəndir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
502
.
50
.
Qaf surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə iman
gətirmədilər)!
2. Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb
etdilər. Kafirlər dedilər:" Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq
mələk peyğəmbər ola bilər!)
3. Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq
(qeyri-mümkün) bir qayıdışdır!"
4. Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv
etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
5. Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış)
içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).
6. Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə
bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!
7. Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran
dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!
8. (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-
nəsihət olsun deyə etdik.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
503
9. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi)
biçilən taxıl dənələri yetişdirdik.
10. Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma
ağacları (bitirdik) -
11. Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik.
(Qəbirlərdən dirilib) çıxmaq da belədir!
12. Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü
peyğəmbərləri) təkzib etmişdi.
13. Ad (qövmü), Fir’on (əhli), Lut qardaşları;
14. Əykə əhli və Tübbə’ qövmü - bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim
də onlara və’d etdiyim (əzab) gerçəkləşdi.
15. Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri
diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-
şübhə içindədirlər!
16. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik.
Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən
keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)
17. Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə
alan) iki mələk oturmuşdur!
18. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk)
vardır!
19. Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın
(cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!
20. (Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və’d olunmuş gündür
(əzab günüdür)!
21. Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də
şahidlə (iki mələklə) gələcəkdir.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
504
22. (Ona belə deyiləcəkdir: ) "Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından)
qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"
23. Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: "Bu yanımdakı (Cəhənnəm üçün)
hazırdır!"
24. (Allah o iki mələyə buyuracaqdır: ) "Atın Cəhənnəmə hər bir inadcıl kafiri;
25. Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə)
şəkk edəni!
26. O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli
əzabın içinə!"
27. Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: "Ey Rəbbimiz! Onu mən azdırmadım.
Fəqət o özü haqq yoldan çox azmışdı!"
28. (Allah) buyuracaqdır: "Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada
peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.
29. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən
deyiləm!"
30. O gün Biz Cəhənnəmə: "Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə cavab
verəcəkdir.
31. Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
32. (Onlara deyiləcəkdir: ) "Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib
Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;
33. Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə
gələn bəndə üçündür!
34. Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!"
35. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı
(mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur!
Dostları ilə paylaş: |