Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
430
21. (Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib
çatdımı? O zaman onlar (Davuda məxsus) mə’bədə (ibadət vaxtı ora daxil olmaq
qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.
22. Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan
aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq
etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini
saxlama) və bizə doğru yolu göstər!"
23. (Onlardan biri dedi: ) "Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi
qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi,
mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: "Onu mənə ver! (Məni ona sahib et!)"
- dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi".
24. (Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: "O
sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm
etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib
yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!" (İddiaçılar bir-birinə
baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək)
Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını
dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.
25. Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir
səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın
olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu
ne’mət, axirətdə isə gözəl sığınacaq - Cənnət gözləyir).
26. Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik.
Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa
onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab
gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!
27. Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna
yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!
28. Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni
tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay
edəcəyik?!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
431
29. (Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir
Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan)
ibrət alsınlar!
30. Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə
idi. (Onun rizasını qazanmaq diləyirdi).
31. (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə
duran), çapar atlar göstərildiyi zaman
32. O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm
(çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi
Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və
ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara
tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)".
33. (Süleyman dedi: ) "Onları (atları) mənə qaytarın!" (Atlar qaytarılıb gətirildikdən
sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən
yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı).
34. And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının
üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o
(peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı.
35. (Süleyman dua edib) dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət)
ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan
(kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik,
həm də padşahlıq əta etdi).
36. Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.
37. (Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,
38. Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)
39. (Və ona belə buyurduq: ) "Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud
(saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu ne’mətlər barəsində haqq-hesab
tələb olunmayacaqdır)".
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
432
40. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi
yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne’mət, axirətdə isə gözəl
sığınacaq - Cənnət vardır).
41. (Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə
belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!"
42. (Ona belə buyurduq: ) "Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və
içiləcək sərin (sudur)!" (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri
getdi).
43. Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və
üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.
44. (Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec
gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and
içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının
yüngülləşdirilməsi üçün ona belə buyurduq: ) "Əlinə (yüz yaş və ya quru çubuqdan
ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə)
səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.
45. (Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və
Yə’qubu da yad et!
46. Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-
ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər,
dünyalarından daha çox axirətləri haqında düşünərdilər).
47. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!
48. (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların
hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!
49. Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və
ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl
bir qayıdış yeri (Cənnət) gözləyir!
50. Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!
51. Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri)
istəyəcəklər.
Dostları ilə paylaş: |