Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
415
70. Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən
buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.
71. Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün
davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!
72. Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini
yedikləri də.
73. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ
də şükür etməzlərmi?
74. (Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər)
qəbul etdilər.
75. (O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları
başqalarından qoruyan) hazır əsgərlərdir.
76. (Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni
kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.
77. Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı
görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,
78. Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə
bir məsəl də çəkdi.
79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir
məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!
80. O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar
ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə)
od yandırırsınız".
81. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?!
Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!
82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir.
O da dərhal olar.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
416
83. Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət
günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
417
.
37
.
əs-Saffat
(Səf-səf duranlar) surəsi
(Məkkədə nazil olmuşdur, 182 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);
2. (Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara,
insanlara günah işlər görməyi qadağan edənlərə)
3. Və Qur’an oxuyanlara!
4. Həqiqətən, sizin Allahınız birdir!
5. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir.
Məşriqlərin (şərqin və qərbin - günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də
Rəbbi Odur.
6. Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay
və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə
müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).
7. (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
8. Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və
hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.
9. (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
418
10. Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri)
çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər
şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.
11. İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim
(başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa)
yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir
palçıqdan yaratdıq.
12. Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə
inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
13. Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət
almazlar.
14. Bir mö’cüzə gördükdə isə ona istehza edərlər.
15. Və belə deyərlər: "Bu ancaq açıq-aşkar bir sehrdir.
16. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
17. Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!"
18. (Ya Peyğəmbər!) De: "Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
19. O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar
dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
20. Və deyəcəklər: "Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!"
21. (Mələklər isə onlara belə deyəcəklər): "Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə
batili, mö’minlə kafiri) ayırd etmə günüdür!"
22. (Allah mələklərə belə buyuracaqdır: ) "Yığın bir yerə zülm (küfr) edənləri, onların
həmtaylarını və ibadət etdiklərini -
23. Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
24. Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!"
25. (Mələklər istehza ilə onlara deyəcəklər: ) "Sizə nə olub ki, (bu gün dünyadakı kimi)
bir-birinizə kömək edə bilmirsiniz?"