Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə133/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   129   130   131   132   133   134   135   136   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

412 



30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza 

etməsinlər! (Buna görə də əzaba düçar olarlar).  

31. Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv 

etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?  

32. Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!  

33. Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu 

(yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da 

ondan yeyirlər.  

34. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,  

35. Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) 

yesinlər. Hələ də şükür etməzlər?  

36. Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən 

(erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və 

nöqsansızdır!)  

37. Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan 

kimi onlar zülmət içində olarlar.  

38. Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə 

seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli 

hökmüdür).  

39. Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa 

vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) 

olar.  


40. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) 

hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.  

41. Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu 

gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün 

(qüdrətimizə) bir dəlildir.  

42. Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

413 



43. Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat 

taparlar.  

44. Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb 

keçinmələri üçün (onları xilas edərik).  

45. Onlara (müşriklərə): "Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) 

qorxun ki, bəlkə, rəhm olunasınız!" - deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq 

asmazlar).  

46. Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!  

47. Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi 

zaman, kafirlər mö’minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi 

yedirdəcəyik?!" - deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar 

azmısınız.  

48. Onlar: "Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü) 

nə vaxt yerinə yetəcək?" - deyərlər.  

49. Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir 

dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.  

50. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!  

51. Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin 

hüzuruna axışacaqlar.  

52. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim 

qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir 

(qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!"  

53. Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı 

(haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.  

54. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin 

cəzasını çəkəcəksiniz!  

55. Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.  

56. Onlar (mö’min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

414 



57. Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.  

58. Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.  

59. (Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar! Bu gün 

(mö’minlərdən) ayrılın!"  

60. Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o 

sizin açıq-aşkar düşməninizdir,  

61. Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!  

62. Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?  

63. Bu sizə və’d olunan Cəhənnəmdir!  

64. Kafir olduğunuza görə bu gün girin ora, yanın!  

65. Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların 

ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların 

əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.  

66. Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də 

məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və 

ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma 

(belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir 

korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis 

yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).  

67. Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə 

irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa 

döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).  

68. Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə 

salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini 

unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra 

Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?  

69. Biz ona (Muhəmməd əleyhissəlama) şe’r öyrətmədik və bu ona heç yaraşmaz da 

(lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) 

açıq-aşkar Qur’andır ki,  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə