Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə132/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   128   129   130   131   132   133   134   135   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

408 



gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir 

dəyişiklik tapmazsan!  

44. Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu 

görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı 

aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!  

45. Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir 

nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta 

(qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin 

müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli 

müqabilində cəza, yaxud mükafat verər). Çünki Allah öz bəndələrini görəndir!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

409 



 

 

 



 

 

.



36

.  


Yasin surəsi

  

(Məkkədə nazil olmuşdur, 83 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ya, Sin!  

2. (Ya Rəsulum!) Hikmətlə dolu Qur’ana and olsun ki,  

3. Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) 

peyğəmbərlərdənsən!  

4. Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid 

dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).  

5. Bu Qur’an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan 

(Allah) tərəfindən nazil edilmişdir ki,  

6. (Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın 

hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!  

7. And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab 

hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz 

onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit 

etmişik).  

8. Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap 

çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

410 



(Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, 

gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, 

əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək 

iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).  

9. Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də 

(Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, 

bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən 

kordurlar).  

10. (Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman 

gətirməzlər!  

11. Sən ancaq Qur’ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda 

bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail 

olacağı ilə müjdə ver!  

12. Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub 

getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) 

təsbit etmişik.  

13. (Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, 

onlara elçilər gəlmişdi.  

14. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz 

də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: "Həqiqətən, biz sizə 

göndərilmiş elçilərik!"  

15. (Antakiyalılar: ) "Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən 

üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman 

(sizə) heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan 

danışırsınız!" - dedilər.  

16. (Elçilər) dedilər: "Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər 

olduğumuzu bilir.  

17. Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ 

etməkdir!"  

18. (Antakiyalılar) dedilər: "Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi 

bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

411 



yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri 

olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq 

bir şiddətli əzab toxunacaqdır".  

19. (Elçilər) dedilər: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz 

küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, 

nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!"  

20. Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq 

gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!  

21. Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də 

doğru yolda olan kəslərin ardınca gedin!  

22. (Antakiyalılar Həbib Həccardan: - Sən bu elçilərə tabe olmusanmı? - deyə 

soruşduqda o dedi: ) "Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də 

(qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!  

23. Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər 

yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın 

əzabından) xilas edə bilməzlər.  

24. Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.  

25. (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman 

gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"  

26. (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona 

(şəhid olduğu üçün Allah dərgahından): "Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar 

Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: "Kaş 

qövmüm biləydi ki,  

27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!"  

28. Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun 

göndərmədik və heç göndərən də deyildik.  

29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. 

Dərhal məhv olub (şam kimi sönüb) getdilər.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə