Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
401
43. Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: "Bu ancaq sizi
atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!" deyər,
(Qur’an haqında isə: ) "Bu, uydurma yalandan başqa bir şey deyildir!" söyləyərlər. Kafir
olanlara haqq (Qur’an) gəldikdə onun barəsində: "Bu yalnız açıq-aşkar bir sehrdir!" -
deyərlər.
44. Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl
də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.
45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün)
onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar.
(Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri
inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz
etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə
müşriklərinə bir ibrət dərsi olmalıdır!)
46. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah
xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin),
sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd
əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla
(düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!"
47. De: "Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin
olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"
48. De: "Rəbbim haqqı (vəhyi və risaləti Öz peyğəmbərlərinə) nazil edər. O, qeybi ən
yaxşı biləndir!"
49. De: "Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir
şey çıxarar), nə də geri qayıdar!" (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o
özlüyündə puçdur!)
50. De: "Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox,
əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Qur’an) sayəsindədir.
Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır.
51. (Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə
mənzərə!) Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın
bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
402
52. Onlar: "Ona (Qur’ana və ya Muhəmməd əleyhissəlama) inandıq!" - deyirlər. Amma
(axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə
getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də
dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!)
53. Halbuki onlar bundan əvvəl onu (Allah kəlamını, yaxud Peyğəmbəri) inkar
etmişdilər və uzaq bir yerdən qeybə (qaranlığa daş) atırdılar (qeybə dair bilmədikləri
şeylər barəsində danışırdılar).
54. Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir. (Bir də
dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə
özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Çünki onlar da (axirət
əzabı barəsində) dərin bir şəkk içində idilər.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
403
.
35
.
Fatir
(Yaradan) surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri
(peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar.
Həqiqətən, Allah hər şeyə qadirdir!
2. Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne’mətə, ruziyə) heç kəs mane ola
bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O,
yenilməz qüvvət sahibi, hikmət sahibidir!
3. Ey insanlar! Allahın sizə olan ne’mətini yada salın. Allahdan başqa sizə göylərdən və
yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə
(aldanıb haqdan) döndərilirsiniz?
4. Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də
peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır
(qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım
göstəriləcəkdir!)
5. Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və’di haqdır. Dünya həyatı
sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!
6. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə
uyanları cəhənnəm əhli olmağa çağırır.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
404
7. Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük
bir mükafat (Cənnət) gözləyir!
8. Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru
yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini
də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan
azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini
biləndir!
9. Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü)
bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri)
diriltmək də belədir!
10. Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə
də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və
ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona
tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü
eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir.
Onların qurduqları hiylələr boşa çıxar.
11. Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və
qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-
həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud
başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır.
Həqiqətən, bu, Allah üçün çox asandır.
12. İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat
keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq)
yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən
(ne’mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada
(suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür
edəsiniz.
13. (Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə,
sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində)
müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz
olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək
qabığına belə sahib deyillər.
Dostları ilə paylaş: |