Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə127/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   123   124   125   126   127   128   129   130   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

392 



38. Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona 

heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) 

peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli 

hökmdür! (O, mütləq yerinə yetməlidir!)  

39. O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti 

tərk etməkdə) Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü 

haqq-hesab çəkməyə kifayətdir.  

40. Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin 

öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin 

sonuncusudur. Allah hər şeyi biləndir!  

41. Ey iman gətirənlər! Allahı çox zikr edin!  

42. Onu səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyin! (Sübh, günorta, ikindi, axşam və 

gecə namazlarını qılın!)  

43. Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən 

Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah mö’minlərə 

rəhm edəndir!  

44. (Mö’minlərin) Ona qovuşacaqlarını gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya 

Allahın onlara verəcəyi xeyir-dua) "salam"dır! (Allah) onlar üçün çox qiymətli 

(tükənməz, gözəl) mükafat hazırlamışdır.  

45. Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir 

qorxudan kimi göndərdik!  

46. (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!  

47. Mö’minlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə 

ver!  


48. Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət 

vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.  

49. Ey iman gətirənlər! Əgər mö’min qadınlarla evlənib onlara toxunmadan əvvəl 

talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. 

(Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin. 

Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

393 



bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl 

tərzdə sərbəst buraxın!  

50. Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq 

verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin 

qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər 

onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı 

bir mö’min qadını - digər mö’minlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin 

üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində ("Nisa" 

surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu 

məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya 

Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal 

etdik). Allah bağışlayandır, rəhm edəndir!  

51. (Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək 

növbəsini) tə’xirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala 

bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini tə’xirə saldığın, yaxud ric’i talaqla 

boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir 

günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və 

sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah 

qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) 

biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)  

52. Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, 

gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz 

cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!  

53. Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə 

də’vət olumadan) girib onun bişməsini gözləməyin. Lakin də’vət olunduqda gedin və 

(yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin 

çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) 

utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) 

bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin

həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini 

incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, 

Allah yanında böyük günahdır!  

54. Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud 

onu (qəlbinizdə) gizli saxlasanız, (fərqi yoxdur) Allah hər şeyi biləndir! (Sizin bütün 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

394 



aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha 

mə’lumdur!)  

55. Onlara (Peyğəmbərin və mö’minlərin övrətlərinə) ataları, oğulları, qardaşları, 

qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları 

kölə və cariyələr barədə (onlara görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir 

günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl 

edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!  

56. Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua 

verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) 

layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu 

əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)  

57. Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lə’nət eləmiş 

(Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!  

58. Mö’min kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, 

şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!  

59. Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən 

çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini 

örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və 

onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!  

60. Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və 

Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz 

ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu 

ola bilərlər.  

61. (Onlar) məl’unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq 

tutulub öldürülərlər.  

62. Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu 

belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!  

63. Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya 

Peyğəmbər!) De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət) 

yaxındır).  

64. Şübhəsiz ki, Allah kafirlərə lə’nət eləmiş və onlar üçün yanar od hazırlamışdır.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə