Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə124/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   120   121   122   123   124   125   126   127   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

382 



27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq 

(mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah 

yenilməz qüdrət, hikmət sahibidir!  

28. (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) 

ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, 

görəndir!  

29. (Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah 

gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) 

etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən 

müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən 

xəbərdardır!  

30. Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət 

etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!  

31. (Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə’zisini göstərsin deyə, gəmilərin 

dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, 

(Allahın ne’mətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!  

32. (Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar 

bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. 

Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bə’ziləri (küfrlə iman 

arasında) orta mövqe tutar. (Bə’ziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız 

çox xain, nankor olanlar danarlar!  

33. Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara 

gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və’di, şübhəsiz ki, haqdır. (Qiyamət 

günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi 

Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, 

günahlarından keçəcək deyə) tovlamasın!  

34. Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) 

göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya 

sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs 

səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini 

bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!  

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

383 



 

 

 



 

 

.



32

.  


əs-Səcdə

  

(Səcdə) surəsi  

(Məkkədə nazil olmuşdur, 30 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Mim!  

2. Kitabın (Qur’anın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə 

yoxdur!  

3. Yoxsa (müşriklər): "(Muhəmməd) onu özündən uydurmuşdur!" - deyirlər. Xeyr, o 

səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın 

üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!  

4. Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü 

altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət 

(əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?  

5. O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin 

saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona 

doğru (Allahın dərgahına) yüksələr.  

6. O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!  

7. O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

384 



8. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi.  

9. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı 

ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu ne’mətlərə) az 

şükür edirsiniz!  

10. (Axirətə inanmayanlar) dedilər: "Məgər biz torpağa qarışıb yox olandan sonra 

yenidənmi yaradılacağıq?" Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib 

haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!  

11. (Ya Rəsulum!) De: "Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. 

Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!"  

12. (Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) 

başlarını aşağı dikib: "Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun 

əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. 

İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə 

inandıq!" - deyəndə görəydin!  

13. Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin 

Mən: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!" sözünü 

gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün 

doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını 

bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla 

yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)  

14. (Kafirlər Cəhənnəmə girdikdə Allah onlara belə buyurar: ) "Bu günə yetişəcəyinizi 

unutduğunuza görə indi dadın (əzabı)! Biz də sizi unutduq. (Cəhənnəmdə köməksiz 

buraxdır). Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!"  

15. Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə 

qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman 

gətirərlər.  

16. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində 

(Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və 

onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.  

17. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz 

oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə