Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə122/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   118   119   120   121   122   123   124   125   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

375 



29. Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. 

Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola 

(islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!  

30. (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, 

xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. 

Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. 

Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. 

(Allah bütün insanları xilqətcə müsəlman - təkallahlı yaratmışdır, lakin ata-anaları 

onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən 

batil dinlərə - bütpərəstliyə uymuşlar).  

31. (Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın 

əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!  

32. O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə’zisi bütlərə, bə’zisi 

günəşə və aya, bə’zisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz 

dininin haqq olduğuna) sevinər.  

33. İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra 

(Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi 

içərilərindən bir qismi Rəbbinə şərik qoşar.  

34. Bizim onlara verdiyimiz ne’mətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi 

(bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) 

mütləq biləcəksiniz!  

35. Yoxsa Biz (müşriklərə Allaha) şərik qoşmaqlarını söyləyən (təsdiq edən) bir dəlil 

(kitab) göndərdik?!  

36. İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman 

ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir 

müsibətə düçar etdikdə isə dərhal mə’yus olarlar (hər şeydən ümidlərini üzərlər).  

37. Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) 

azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!  

38. (Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) 

müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) 

diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) 

məhz onlardır!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

376 



39. (Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz 

malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz 

sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə 

isə öz mükafatlarını) qat-qat artıranlardır!  

40. Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət 

günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə 

biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik 

qoşduqlarından (bütlərdən) ucadır!  

41. İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda 

fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində zərərli 

yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara 

etdiklərinin bir qismini (etdikləri bə’zi günahların cəzasını) daddırsın və bəlkə, onlar 

(tövbə edib pis yoldan) qayıtsınlar.  

42. (Ya Rəsulum! Məkkə əhlinə) de: "Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin 

axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.  

43. (Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən 

əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab çəkildikdən 

sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö’minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə 

gedərlər).  

44. Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı 

iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki,  

45. (Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat 

versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!  

46. Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən 

daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne’mətindən ruzi axtarmanız 

Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne’mətlərinə) şükür edəsiniz!  

47. (Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər 

göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Biz 

(peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Mö’minlərə kömək etmək 

Bizə vacibdir! (Biz Öz və’dimizə əməl edərək mö’minlərə yardım etməliyik!)  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

377 



48. Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan 

və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu 

(yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.  

49. Hərçənd ki üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) əvvəl (ondan) 

ümidlərini üzmüşdülər.  

50. (Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı 

öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə 

qadirdir!  

51. Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində əkinlərin) 

saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.  

52. Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən 

karlara eşitdirə bilərsən!  

53. Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən 

(haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! 

(Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)  

54. Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) 

sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən 

Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!  

55. Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan 

artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada 

da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).  

56. Elm və iman sahibləri isə belə deyərlər: "Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli 

elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət 

günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!"  

57. O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah 

rizasını diləmələri) də istənilməz!  

58. Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən 

onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir mö’cüzə gətirsən belə, onlar 

mütləq: "Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!" - deyəcəklər.  

59. Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyər!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə