Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə136/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   132   133   134   135   136   137   138   139   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

423 



99. (İbrahim oddan xilas olduqdan sonra) dedi: "Mən Rəbbimə doğru (Allahın mənə 

buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"  

100. (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə 

salehlərdən olan (bir övlad) bəxş et!"  

101. Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.  

102. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda 

(İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) 

nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim 

səbirlilərdən olduğumu görəcəksən!"  

103. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban 

kəsmək üçün) üzüstə yerə yıxdığı zaman  

104. Biz ona belə xitab etdik: "Ya İbrahim!  

105. Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə 

yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun 

yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.  

106. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.  

107. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.  

108. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.  

109. (Onu belə yad edirlər: ) "İbrahimə salam olsun!"  

110. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!  

111. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!  

112. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.  

113. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər 

ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!  

114. Biz Musa və Haruna da ne’mət (peyğəmbərlik) bəxş etdik.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

424 



115. Onların hər ikisini böyük fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda 

boğulmaqdan) qurtardıq.  

116. Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.  

117. Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.  

118. Onların hər ikisini doğru yola müvəffəq etdik.  

119. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.  

120. (Onları belə yad edirlər: ) "Musaya və Haruna salam olsun!"  

121. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!  

122. Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi.  

123. Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!  

124. Bir zaman o öz tayfasına belə demişdi: "Məgər (bütlərə ibadət etməklə) Allahdan 

qorxmursunuz?  

125. Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət 

edirsiniz?  

126. Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan 

Allahımı (tərk edirsiniz)?"  

127. Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) 

gətiriləcəklər.  

128. Yalnız Allahın müxlis bəndələrindən başqa!  

129. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.  

130. (Onu belə yad edirlər: ) "İlyasinə (İlyasa) salam olsun!"  

131. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!  

132. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!  

133. Həqiqətən, Lut da peyğəmbərlərdəndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

425 



134. (Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) 

onu və bütün ailəsini xilas etdik.  

135. Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!  

136. Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.  

137. Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;  

138. Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?  

139. Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!  

140. (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və 

adamla) dolu bir gəmiyə qaçmışdı.  

141. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən 

olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də 

sərnişinlər: "Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır", - demişdilər. Kölənin 

kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə 

atmağa məcbur olmuşdu).  

142. (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən 

(dənizə atılarkən) balıq onu udmuşdu.  

143. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,  

144. Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.  

145. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.  

146. Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) 

bitirdik.  

147. Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.  

148. Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək 

(ömürlərinin axırına kimi) gün-güzəran verdik.  

149. (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: "Deməli, qızlar sənin Rəbbinin, 

oğlanlar isə onların özlərinindir, eləmi?"  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə