Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə134/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   130   131   132   133   134   135   136   137   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

415 



70. Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən 

buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.  

71. Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün 

davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!  

72. Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini 

yedikləri də.  

73. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ 

də şükür etməzlərmi?  

74. (Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) 

qəbul etdilər.  

75. (O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları 

başqalarından qoruyan) hazır əsgərlərdir.  

76. (Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni 

kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.  

77. Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı 

görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,  

78. Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə 

bir məsəl də çəkdi.  

79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir 

məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!  

80. O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar 

ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) 

od yandırırsınız".  

81. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! 

Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!  

82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. 

O da dərhal olar.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

416 



83. Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət 

günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

417 



 

 

 



 

.

37

.  

əs-Saffat

  

(Səf-səf duranlar) surəsi  

(Məkkədə nazil olmuşdur, 182 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);  

2. (Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, 

insanlara günah işlər görməyi qadağan edənlərə)  

3. Və Qur’an oxuyanlara!  

4. Həqiqətən, sizin Allahınız birdir!  

5. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. 

Məşriqlərin (şərqin və qərbin - günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də 

Rəbbi Odur.  

6. Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay 

və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə 

müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).  

7. (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.  

8. Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və 

hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.  

9. (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

418 



10. Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) 

çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər 

şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.  

11. İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim 

(başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) 

yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir 

palçıqdan yaratdıq.  

12. Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə 

inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.  

13. Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət 

almazlar.  

14. Bir mö’cüzə gördükdə isə ona istehza edərlər.  

15. Və belə deyərlər: "Bu ancaq açıq-aşkar bir sehrdir.  

16. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!  

17. Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!"  

18. (Ya Peyğəmbər!) De: "Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).  

19. O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar 

dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.  

20. Və deyəcəklər: "Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!"  

21. (Mələklər isə onlara belə deyəcəklər): "Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə 

batili, mö’minlə kafiri) ayırd etmə günüdür!"  

22. (Allah mələklərə belə buyuracaqdır: ) "Yığın bir yerə zülm (küfr) edənləri, onların 

həmtaylarını və ibadət etdiklərini -  

23. Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!  

24. Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!"  

25. (Mələklər istehza ilə onlara deyəcəklər: ) "Sizə nə olub ki, (bu gün dünyadakı kimi) 

bir-birinizə kömək edə bilmirsiniz?"  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə