Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə135/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   131   132   133   134   135   136   137   138   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

419 



26. Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!  

27. Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa 

başlayacaq.  

28. (Tabe olanlar öz başçılarına) deyəcəklər: "Siz bizim yanımıza (özünüzün haqlı 

olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) 

gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)".  

29. (Başçıları) deyəcəklər: "Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.  

30. Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın 

(günah etməkdə həddi aşmış) bir qövm idiniz.  

31. Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz 

mütləq (əzabı) dadacağıq!  

32. Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!"  

33. O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.  

34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.  

35. Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbür 

göstərirdilər.  

36. Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!" - deyirdilər.  

37. Xeyr, o, haqla (Qur’anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.  

38. Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!  

39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.  

40. Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).  

41. Məhz onlar üçün mə’lum bir ruzi vardır.  

42. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar -  

43. Nəim cənnətlərində.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

420 



44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.  

45. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi 

axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.  

46. Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).  

47. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, 

süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.  

48. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr 

olacaqdır.  

49. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, 

ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).  

50. Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) 

başlayacaqlar.  

51. Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi.  

52. O deyirdi: "Sən, doğrudan da, inanmırsan ki,  

53. Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual 

olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?"  

54. (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda 

olduğunu) bilirsinizmi?" (Onlar: "Xeyr", - deyə cavab verəcəklər).  

55. O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək  

56. Və (ona üz tutub) deyəcəkdir: "Allaha and olsun ki, sən az qala məni (yoldan 

çıxardıb) məhv edəcəkdin!  

57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!  

58. Biz artıq ölməyəcəyik, elə deyilmi?  

59. (Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!"  

60. Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

421 



61. Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!  

62. (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa 

(Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?  

63. Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir 

bəla (dərd) etdik.  

64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.  

65. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).  

66. Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.  

67. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.  

68. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!  

69. Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.  

70. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.  

71. Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) 

əksəriyyəti (haqq yoldan) azmışdı.  

72. And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.  

73. (Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə 

oldu!  

74. Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).  



75. Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası 

necə də gözəl qəbul olunmuşdu!  

76. Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.  

77. Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.  

78. Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.  

79. (Onu belə yad edirlər: ) "Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

422 



80. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!  

81. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!  

82. Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.  

83. Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.  

84. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.  

85. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz?  

86. Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?  

87. Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" (Onun ruzisini yeyib bütlərə 

tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)  

88. (İbrahim) ulduzlara bir nəzər saldı.  

89. Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!"  

90. (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün 

qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.  

91. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər 

(yanınızda olan bu təamları) yeməyəcəksiniz?  

92. Sizə nə olub ki, danışmırsınız?"  

93. Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.  

94. (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.  

95. (İbrahim onlara) dedi: "Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?  

96. Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"  

97. Onlar dedilər: "Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) 

özünü də oda atın!"  

98. Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir 

vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə