Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə131/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   127   128   129   130   131   132   133   134   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

405 



14. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr 

də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də 

qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət 

etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) 

kimi xəbər verə bilməz!  

15. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin 

ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri 

bəyəniləndir!)  

16. Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.  

17. Bu, Allah üçün çətin deyildir!  

18. Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə 

yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın 

qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən 

(Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları 

qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün 

təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!  

19. Kor ilə görən eyni olaz.  

20. Zülmətlə nur da (eyni deyildir)!  

21. Kölgə (sərin) ilə isti (eyni olmaz).  

22. Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mö’min, küfrlə iman, 

Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə 

(ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən 

deyilsən!  

23. Sən ancaq (müşrikləri, kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən!  

24. Doğrudan da, Biz səni haqla (Qur’anla) müjdə verən və qorxudan bir peyğəmbər 

olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) 

qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!  

25. Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar (heç ürəyini qısma). Onlardan 

əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri 

onlara açıq-aşkar mö’cüzələr, səhifələr və (Tövrat, İncil kimi) nurani kitab gətirmişdilər.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

406 



26. Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim 

onları inkar etməyim (ne’mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!  

27. (Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! 

Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ, 

qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) peyda etdik.  

28. İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların da bu cür müxtəlif 

rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm 

sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa 

düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, 

(mö’minləri) bağışlayandır!  

29. Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah 

yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki,  

30. (Allah) onlara (əməllərinin) mükafatlarını versin və Öz lütfündən (kərəmindən) 

onlara artırsın! Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona 

etdikləri şükür müqabilində bol ne’mət əta edər).  

31. (Ya Peyğəmbər!) Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab 

(Qur’an) haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır, (hər, şeyi) görəndir!  

32. Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. 

Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əmələrdən çox olar), kimisi 

mö’tədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı 

işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu 

(Kitaba varis olmaq) böyük lütfdür!  

33. Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə 

bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.  

34. Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, 

Rəbbimiz bağışlayandır, qədirbiləndir!  

35. Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda 

yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) 

toxunacaqdır!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

407 



36. Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, 

ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə 

cəzalandırırıq!  

37. Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh 

əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!" (Onlara belə deyəcəyik: ) "Məgər 

orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi 

(düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri 

Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! 

Zalımların imdadına çatan olmaz!"  

38. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, 

ürəklərdə olanları da biləndir!  

39. Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin küfrü 

öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən 

başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!  

40. (Ya Rəsulum! Məkkə müşriklərinə) de: "Mənə bir göstərin (deyin) görüm, Allahdan 

başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi 

yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara (ilahi) bir 

kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?! 

Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və’d 

verirlər.  

41. Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) 

deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub 

saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza 

verməkdə tələsməz, tövbə edənləri əfv edər).  

42. (Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi 

təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru 

yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir 

peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq 

yoldan daha da uzaqlaşdılar).  

43. (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə 

sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz 

sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) 

əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə