Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə129/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   125   126   127   128   129   130   131   132   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

398 



bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində 

qalmazdılar.  

15. Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) 

sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə 

buyurulmuşdu: ) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl 

bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!"  

16. Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini 

göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını 

(tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya 

çevirdik.  

17. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına 

cəzamı verərik?  

18. Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlət (Şam və Urdun) 

arasında bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq 

(belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində 

yatıb dincəlirdilər). (Onlara belə demişdik: ) "Gecələri-gündüzləri (istədiyiniz vaxt) 

orada arxayın gəzib-dolanın!"  

19. Lakin onlar: "Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!" - dedilər və 

öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan 

Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə 

qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində "Səba əhli 

kimi pərən-pərən düşdülər" məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda 

(çətinliklərə) səbir, (ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!  

20. İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mö’min istisna 

olmaqla, hamısı ona uydu.  

21. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla 

ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi 

hifz edəndir! (Mö’minlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə 

öz əməlinin cəzasını verər).  

22. (Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) 

çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların 

bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi 

var!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

399 



23. Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda 

verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan 

şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bə’zi möhtərəm zatlara 

şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş) 

qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): "Rəbbiniz nə 

buyurdu?" - deyə soruşar, o biriləri də: "Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər 

şeydən) ucadır, (hər şeydən) böyükdür!" - deyə cavab verərlər.  

24. (Ya Peyğəmbər! Müşriklərə) de: "Göylərdə və yerdən sizə ruzi verən kimdir?" (Əgər 

onlar sənə: "Bilmirik",- deyə cavab versələr) de: "Allahdır! Elə isə doğru yolda olan, 

yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz?"  

25. De: "Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də 

sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!  

26. De: "Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm 

edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə 

hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!"  

27. De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola 

bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!"  

28. (Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (mö’minlərə 

Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər 

olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!  

29. Onlar (Məkkə müşrikləri): "Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu 

və’d (əzab və’dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.  

30. (Onlara) belə de: "Sizə və’d olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə 

saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"  

31. (Kitab əhlinin mö’minləri məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini öz 

kitablarımızda görmüşük",- söylədikləri zaman) kafir olanlar dedilər: "Biz nə bu 

Qur’ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!" (Ya Rəsulum!) Kaş sən o 

zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları 

(bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı 

tutanlara (tabe olanların öz rəislərinə): "Əgər siz olmasaydınız, biz mütləq mö’min 

olardıq!" - dedikləri zaman görəydin.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

400 



32. (Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: "Əcaba, sizə 

doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz 

özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)"  

33. Acizlər özlərini yuxarı tutanlara deyərlər: "Xeyr bəs gecə-gündüz qurduğunuz 

hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz". 

Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir 

vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.  

34. Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər 

göndərdikdə, onun naz-ne’mət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə 

göndərilənləri (Allahın hökmlərini, risaləti, mö’cüzələri) inkar edirik!" - dedilər.  

35. Onlar: "Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) 

daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olamsaydı, bol 

ruzi verməzdi)" - dedilər.  

36. (Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) 

azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!"  

37. Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib 

yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq 

olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq 

içində yaşayacaqlar.  

38. (Bizi) aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə 

(qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər.  

39. (Ya Peyğəmbər!) De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol 

edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini 

verər. O, ruzi verənlərin ən yaxşısıdır!"  

40. O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da 

mələklərə belə deyəcək: "Bunlar sizəmi ibadət edirdilər?"  

41. (Mələklər: ) "Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! 

Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) 

əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi", - deyə cavab verəcəklər.  

42. Bu gün bir-birinizə nə bir xeyir (fayda) nə də bir zərər verə bilərsiniz. Zalımlara da: 

"Dadın (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyəcəyik.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə