Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə125/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   121   122   123   124   125   126   127   128   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

385 



18. Məgər mö’min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar 

eyni ola bilməzlər!  

19. İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları 

(sakin olacaqları) Mə’va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları 

olacaqlar).  

20. Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan 

çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz 

cəhənnəm odunun əzabını!" - deyiləcəkdir.  

21. Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından 

daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!  

22. Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən 

daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!  

23. Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) 

görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam me’rac gecəsi Musa ilə görüşüb 

danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir 

rəhbər etmişdik.  

24. (Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan 

(İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik.  

25. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin onların (mö’minlərlə kafirlərin) arasında 

qiyamət günü ixtilafda olduqları (dini) məsələlər barədə hökm verəcəkdir!  

26. Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə 

nəsilləri (peyğəmbərlərini yalançı saydıqlarından ötrü) məhv etdiyimizi görmürlərmi? 

Həqiqətən, bunda (Məkkə müşrikləri üçün) ibrətlər vardır. Məgər (haqqa) qulaq 

asmayacaqlar?  

27. Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin 

yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə) 

görmürlər?  

28. Onlar: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu fəth (Məkkənin 

fəthi, Bədr vuruşu, yaxud qiyamət günü) nə vaxt olacaqdır? - deyə soruşarlar.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

386 



29. (Ya Rəsulum!) De: "Fəth günü kafirlərlə (sonrakı) imanı heç bir fayda verməz və 

onlara (tövbə etmək üçün) möhlət də verilməz!"  

30. (Ya Rəsulum!) Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. 

Doğrusu, onlar da (sənin ölümünü, başına bir iş gələcəyini və ya sənə qələbə 

çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər 

çalacaqsan, çünki Allah səninlədir!)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

387 



 

 

 



 

.

33

.  

əl-Əhzab

  

(Dəstələr) surəsi  

(Mədinədə nazil olmuşdur, 73 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah 

(hər şeyi) biləndir, hikmət sahibidir!  

2. Rəbbindən sənə vəhy olunana (Qur’ana) tabe ol. Allah, şübhəsiz ki, nə 

etdiklərinizdən xəbərdardır!  

3. Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!  

4. Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah 

ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq 

etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa 

götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). 

Bunlar sizin dediyiniz boş (mə’nasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) 

doğru yola gətirir!  

5. Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında 

daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin 

din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları 

qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını 

bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) 

qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm 

edəndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

388 



6. Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. (Mö’minlər peyğəmbəri 

özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun 

övrətləri (mö’minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə 

vərəsə olmaq baxımından) Allahın Kitabında mö’minlərdən və mühacirlərdən daha 

yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs 

qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk 

dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə 

olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük 

qohumlara verildi. Qohum olmayan mö’minlərin bir-birinə vərəsə olması isə yalnız 

vəsiyyət yolu ilə mümkün hesab edildi).  

7. (Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də

Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan 

möhkəm bir əhd almışdıq ki,  

8. (Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti 

təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər 

alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!  

9. Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və 

yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi 

zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin 

görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə 

etdiyinizi görürdü.  

10. O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt 

tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza 

gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö’minlər Allahın Öz 

və’dinə doğru olduğuna inanır, münafiqlər isə e’tiqadı zəif olanlar isə Muhəmməd 

əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).  

11. Məhz onda (Xəndək vuruşunda) mö’minlər imtahana çəkilmiş (kimin həqiqi 

mö’min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.  

12. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun 

peyğəmbəri bizə yalan və’d etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər.  

13. O zaman onlardan bir tayfa: "Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq 

bir yer yoxdur, (evinizə) qayıdın!" - demişdi. Başqa bir dəstə isə: "Evlərimiz açıqdır 

(kimsəsizdir, oğru girməsindən qorxuruq)" - deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə