Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə126/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   122   123   124   125   126   127   128   129   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

389 



izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq 

istəyirdilər.  

14. Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə 

törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, 

dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.  

15. Halbuki bundan əvvəl (Ühüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib 

qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət 

günü) mütləq sorğu-sual olunacaqdır!  

16. (Ya Peyğəmbər! Bu münafiqlərə) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən 

(qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) 

ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. 

Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü 

dəyişdirmək olmaz!)  

17. De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin 

haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün 

Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.  

18. Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: 

"Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)" - deyənləri 

də tanıyır. Döyüşə onların ancaq azı gələr,  

19. (Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) 

Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o 

tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca 

qənimətdə (mö’minlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə 

sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça 

çıxartmışdır. Bu, Allah üçün asandır!  

20. (Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı 

düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb 

gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, 

(gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö’minlər zəfər çalıbsa, 

qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər 

aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.  

21. Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, 

qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

390 



22. Mö’minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: "Bu, Allahın və 

Peyğəmbərinin bizə olan (zəfər) və’didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu 

imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö’minlərə 

kafirlər üzərində qalib olmağı və’d etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!" 

Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı.  

23. Mö’minlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. 

Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar 

(verdikləri sözü) əsla dəyişməzlər ki,  

24. Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də 

istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah 

(bəndələrini) bağışlayandır, rəhm edəndir!  

25. Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. 

Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah 

mö’minlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!  

26. Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları 

öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.  

27. (Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən 

bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!  

28. Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: "Əgər siz 

dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və 

(sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!  

29. Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah 

içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. 

(Peyğəmbər əleyhissəlamın xanımları dünya ne’mətlərindən vaz keçib axirət yurdunu 

daha üstün tutdular).  

30. Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş 

görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!  

31. Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını 

ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün 

(Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

391 



32. Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların 

heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan 

qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) 

danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə 

təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, 

yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)  

33. Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-

bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz 

qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi 

(günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!  

34. Allahın evlərinizdə oxunan ayələrini (Qur’anı) və hikməti (Peyğəmbərin qoyduğu 

qayda-qanunu) xatırlayın. Allah (mö’minlərə) lütfkardır, (bəndələrinin bütün 

əməllərindən) xəbərdardır!"  

35. Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, 

(Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və 

qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, 

oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər 

və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət 

(bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!  

36. Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz 

işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha 

və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!  

37. (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) ne’mət 

verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne’mət verdiyi şəxsə (Zeyd ibn 

Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!" - deyir, 

Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil 

olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun 

boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı 

olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi 

boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla 

evlənməkdə mö’minlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən mö’minlərə heç bir 

günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün 

müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə